UNEC-in “SABAH” mərkəzinin rəhbəri beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” mərkəzinin rəhbəri, dosent Aida Quliyeva beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Aida Quliyeva Çex Respublikasının paytaxtı Praqada keçirilən illik “Sosial, iqtisadi və akademik liderlik” (Social,economic and academic Liedership- İCSEAL) 7-ci beynəlxalq konfransının elm komitəsinin 8 üzvündən biri seçilib. Elmi komitənin üzvləri Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Polşa, Kolumbiya və Çin Xalq Respublikasının nümayəndələridir.
Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova