UNEC-in 2019/2020-ci tədris ilinin Azərbaycan vətəndaşları olan bakalavr məzunlarının diplomlarının hazırlanması prosesinə başlanılıb

Xaricdə təhsilini davam etdirmək istəyən bakalavr məzunları diplomlarını daha tez almaq üçün telebe.shobesi@unec.edu.az e-mail ünvanına müraciət edə bilərlər.

Bakalavrların diplomları hazırlandıqdan sonra əcnəbi məzunların və magistrlərin diplomlarının hazırlanması prosesinə başlanılacaq.

2019/2020-ci tədris ilində UNEC-dən 3133 bakalavr, 1299 magistr məzun olub. Bakalavrlardan 349, magistrlərdən isə 110 məzun universiteti fərqlənmə diplomu ilə bitirib.

Əlaqə: (012) 492-68-32, Tələbə işləri mərkəzi

Mənbə: UNEC
Xəbərçi: Raisə Savalanzadə