Ümumi Kimya

Kimya: Maddənin tərkibini, quruluşunu, xassələrini, çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsi və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühitin mühafizəsi və s. kimi vəzifələr aiddir.

Bizi əhatə edən maddi aləm materiya adlanır. Materiya, duyğularımız vasitəsilə qavradığımız obyektiv reallıqdır. Materiyanın varlıq forması, maddə və sahədir. Mövcud olan hər bir şey hərəkətdə olan materiyanın müxtəlif formalarıdır, hansı ki, daim hərəkətdə, dəyişilmədə və inkişafdadır

Maddə xüsusi kütləsi olan hissəcik ( elementar hissəciklər,  atom, molekul, qaz, maye, bərk maddələr və s.), sahə (qravitasiya, elektromaqnit, nüvə daxili qüvvələr və s.) isə kütləsi olsa da əsasən enerji ilə xarakterizə olunan materiyadır.

Maddə materiyanın ayrı-ayrı növü olub, sabit fiziki xassələrə malikdir. Maddələr təmiz və qarışıq halda olurlar. Təmiz maddə eynicinsli, qarışıqlar isə eyni və müxtəlifcinsli olurlar.

Kimya nədir?

Kimya öncə təbiətşünaslıq elmlərindən biridir. Kimya maddələrin tərkibini, xassələrini, quruluşunu və çevrilmələrini öyrənir.

Kimyanın yaranması və inkişaf tarixi çox qədim olub, ərəb ölkələri: Misir, Çin, Hindistan, Yunanıstanla bağlıdır.

Kimya sözünün əmələ gəlməsi haqqında müxtəlif fikirlər irəli sürülür. Eramızdan 100 il əvvəl yunan tarixçisi Plutarxın fikrincə kimya “kemia” sözündən əmələ gəlmişdir, bu da qədim Misirin adıdır. Belə də güman edilir ki, kimya yunanca tökmə metal mənasını verən “kima” sözündən yaranmışdır.

Ərəblər 641-ci ildə Misiri, 711-ci ildə isə İspaniyanı işğal etdikdən sonra kimya haqqında biliklər Avropaya yayılmağa başladı. Ona görə də bu dövr kimyanın dirçəliş dövrü adlandırıldı. Onlar Kimya sözünün önünə “əl” şəkilçisi əlavə etməklə kimyanı özlərinin ki etdilər və əlkimya adlandırdılar.

Azərbaycanda kimyanın inkişaf tarixi qədimdir. Azərbaycanın ilk kimyaçı alimi Almaniyada təhsil almış Mövsümbəy Xanlarov olmuşdur. Ali məktəbdə tədris ilə bağlı alimimiz isə ADU-nin kafedra müdiri professor Sadıx Hüseynov olmuşdur. O, qeyri-üzvi kimyanın tədrisi ilə əlaqədar bir çox kitabların müəllifi olmuşdur. Bununla əlaqədar kimyanın tədrisi ilə bağlı prof. Məmməd Mövsümzadənin, prof. Həbibulla Şaxtaxtinskinin adlarını göstərmək olar.

Azərbaycanda kimyanın elmi əsasını qoyanlardan Yusif Məmmədəliyevin, Əli Quliyevin, Ələddin Quliyevin, İbrahim Şıxıyevin, Murtuza Nağıyevin, Toğrul Şaxtaxtinskinin, Sahib Əliyevin və başqalarının adlarını fəxrlə çəkmək olar.

Yazar: Zeynəb Fərhadlı

həmçinin bax Yosunlar. Mamırlar. Qıjıkimilər.

https://tehsilim.org/muellimlerin-ise-qebulu-musabiqesinde-yuksek-netice-gosterenler-25-avqust/