Ümumən dövlətin mənşəyi və tərtibatı haqqında

Sağlam Düşüncə, Tomas Peyn (1776)

Ümumən dövlətin mənşəyi və tərtibatı haqqında.  İngiltərə Konstitusiyasına dair qısa şərhlərlə

İngilis Konstitusiyasının  bir-birinə qarşılıqlı nəzarət edən üç gücün birliyi olduğunu söyləmək absurddur, ya sözlər heç bir məna daşımır, ya da  tamamən  ziddiyyətlidir. İcmaların kral üzərində nəzarəti olduğunu söyləmək iki məna kəsb edə bilər:

1) Krala nəzarətsiz etibar etmək olmaz və ya başqa sözlə, mütləq hakimiyyətə iştaha monarxiyanın təbii xəstəliyidir.

2) Bu səbəblə təyin olunan icmalar kraliyyətdən daha ağıllıdırlar, ya da etibara daha çox layiqdirlər.

Lakin, büdcəyə nəzarəti icmaların səlahiyyətinə verərək onlara krala nəzarət etmək gücü verən konstitusiya, daha sonra krala digər qanun layihələrini rədd etmək gücünü verərək krala icmaları idarə etmək səlahiyyətini verir: bu yenə də  kralın ondan daha ağıllı olacağı düşünüldüyü adamlardan daha ağıllı olduğunu göstərir. Bu isə sadəcə bir cəfəngiyatdır!

Monarxiyanın quruluşunda son dərəcə gülünc bir məqam var. İlk növbədə,  insanı məlumat vasitələrindən kənarlaşdırır, lakin ən yüksək mühakimənin tələb olunduğu hallarda fəaliyyətə keçməsinə səlahiyyət verir. Bir kralın mövqeyi onun dünya ilə əlaqəsini kəsir, amma vəzifəsi ondan dünyanı hərtərəfli bilməsini tələb edir; bu səbəblə bu ziddiyyətlər qeyri-təbii bir-birinə qarşı çıxaraq və bir-birini məhvə sürükləyərək monarx obrazının tamamilə absurd və faydasız olduğunu sübut edirlər.

Bəzi yazarlar ingilis konstitusiyasını belə izah edirlər: kral birdir, xalq isə  fərqli. Əsilzadələr kralın adına bir palatadır, icmalar isə xalqın adınadır; bu isə özlüyündə bölünmüş bir partiyanın bütün müxtəlifliyinə sahibdir və bu ifadələr gözəl səslənsə də, yenə də diqqətlə incələdikdə boş və ikibaşlı anlaşılır.

Mövcud olmayan və yaxud təsviri anlaşılmaz olan bir şeyin təsviri zamanı istifadə edilən ən gözəl quruluşlu sözlər yalnız yaxşı səslənən sözlər olacaq, lakin bu sözlər qulağa xoş gəlsələr də, bizi yaxşı məlumatlandırmayacaqlar və bu hal hər zaman ortaya çıxacaq. Buna görə də, bu izahat əvvəlki bir sualı özündə cəmləşdirir. Xalqın güvənməyə qorxduğu  və hər zaman nəzarətdə saxlamalı olduqları kral necə hakimiyyətə gəldi? Belə bir güc nə müdrik bir xalqın hədiyyəsi ola bilər, nə də nəzarətə ehtiyacı olan bir güc tanrı tərəfindən bəxş edilə bilər. Lakin, konstitusiyanın verdiyi müddəa belə bir gücün mövcudluğunu nəzərdə tutur.

Bununla birlikdə, hökm vəzifəyə bərabər deyil: üsullar  məqsədə nail ola bilməyəcək və ya heç nail olmayacaq  və bütün məsələ bir növ intihardır. Çünki həmişə çəkisi çox olan yüngül olanı daşımışdır və mexanizmin bütün çarxları bir qüvvə tərəfindən hərəkətə gətirildiyi kimi geriyə yalnız konstitusiyada hansı qüvvənin daha çox çəkiyə sahib olduğunu bilmək qalır, beləliklə, bu qüvvə idarəetməni ələ ala bilər. Əgər digərləri və ya onların bir hissəsi maneə törətsə və ya ifadədə olduğu kimi desək, hərəkətin sürətinə nəzarət etsə, dayandıra bilmədikləri müddətdə səyləri təsirsiz olacaq. İlkin hərəkətverici qüvvə öz yolunu tapacaq və sürətlə istədiyi şey zamanla təmin olunacaq.

Vurğulamağa ehtiyac yoxdur ki, Kraliyyət İngiltərə Konstitusiyasındakı rəhbər hissədir və bütün təsiri yalnız yer və təqaüd verən olmaqdan qaynaqlandığı məlumdur, bu səbəbdən, mütləq monarxiyaya qarşı qapı bağlamaq və kilitləmək üçün kifayət qədər ağıllı olsaq da, eyni zamanda, onları  açarın sahibi edəcək qədər ağılsız olduq. İngilislərdə  krallar, lordlar və icmalar tərəfindən idarə olunan hökumətlərinin lehinə  yaranan qərəz, ağıldan daha çox milli qürurdan irəli gəlir. Fərdlər, şübhəsiz ki, bəzi digər ölkələrə nisbətən İngiltərədə daha təhlükəsizdirlər, lakin kralın iradəsi, İngiltərə ərazisində Fransadakı qədər qanundur. Bu fərqlə birbaşa onun sözləri ilə davam etmək əvəzinə, daha qorxunc bir parlament qərarı ilə xalqa təhvil verilir. I Çarlzın taleyi  kralları  daha ədalətli deyil, yalnız daha açıqgözlü etdi.

Bu səbəbdən rejim və formaların lehinə bütün milli qürur və təəssübkeşliyi kənara qoyarsaq, açıq həqiqət budur ki, BÜTÜNLÜK HÖKUMƏTİN KONSTİTUSİYASINA YOX, XALQ KONSTİTUSİYASINA BAĞLIDIR, kraliyyət İngiltərədə Türkiyədəki qədər zülmkar deyil.

İngilis dövlət quruluşunda KONSTİTUSİYA XƏTALARI ilə bağlı araşdırma aparmaq belə bir vaxtda olduqca zəruridir. Çünki biz qərəzliliyin təsiri altında heç vaxt başqaları üçün ədalət təmin etməyə uyğun ola bilmərik, eynilə hər hansı inadkar qərəzliliyə qapılmaqla özümüz üçün də ədalət təmin edə bilmərik. Necə ki bir fahişəyə bağlı olan kişi bir arvad seçmək və ya mühakimə etmək üçün yararsızdır, pis hökumət konstitusiyası lehinə olan hər hansı bir fikir yaxşı konstitusiyanı ayırd etməyimizi əngəlləyəcək.

TƏRCÜMƏ: Qələm Məmmədova

Həmçinin bax: Yəhudi-ərəb münasibətləri

Həmçinin bax: https://turaz.org/xankendiye-qaytarilacaq-azerbaycanlilarin-sayi-aciqlanib/

Həmçinin bax: https://tehsilim.org/tehsil-nazirliyi-qazilerle-gorusub/