UCI “Tour de France” çoxgünlük veloyürüşü 2021-ci ilə təxirə salıb

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) nüfuzlu “Tour de France” çoxgünlük veloyürüşün keçirilmə vaxtında dəyişiklik edib. Belə ki, yarış 2021-ci il iyunun 26-dan iyulun 18-dək keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə UCI-nin mətbuat xidməti məlumat yayıb. Təqvimə görə, mötəbər yarış 2020-ci il iyunun 26-dən iyulun 18-dək təşkil olunmalı idi. Lakin koronavirus pandemiyasına görə payıza – avqustun 29-dan sentyabrın 20-dək təxirə salınmışdı.
“Tour de France” 1903-cü ildən keçirilir və “Giro d’Italiya” və “Vuelta” ilə yanaşı, ən nüfuzlu velosiped yarışlarından biridir.

Müxbir: kafkhaz.com
Xüsusi müxbir: Jalə Hüseynova
Mənbə: Azərtac