Türkmənçay müqaviləsi

TÜRKMӘNÇAY MÜQAVİLӘSİ

İran-imperiyası ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmәnçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və Lənkəran xanlığının özlərin də qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırki Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsini bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.

I MADDӘ Bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri arasında, onların vәrәsәlәri vә taxt-tacın varisləri, onların dövlәtlәri Vә qarşılıqlı surәtdә tәbәәlәri arasında bundan sonra әbәdi sülh, dostluq vә tam razılıq olacaqdır.

II MADDӘ .Bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri hörmәtlә qəbul edirlәr ki, razılığa gәlәn yüksәk tәrәflәr arasında Baş vermiş vә indi xoşbəxtlikdən qurtarmış müharibә ilә Gülüstan traktatının qüvvәsi üzrә qarşılıqlı tәәhhüdlәr dә başa Çatmışdır; onlar göstәrilәn Gülüstan traktatını Rusiya vә İran arasında yaxın vә uzaq gәlәcәyә sülh vә dostluq münasibәtlәri Qurmalı vә tәsdiq etməli olan indiki şərtlər vә qərarlarla әvәz etmәyi zәruri hesab etdilәr.

III MADDӘ.İran şahı hәzrәtlәri öz adından vә öz vәrәsәlәri vә varislәri adından Arazın o tayı vә bu tayı üzrә Erivan xanlığını vә Naxçıvan Xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzәştә gedir. Şah hәzrәtlәri bu güzәşt nәticәsindә, hazırki müqavilәnin İmzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çәkilәn hәr iki xanların idarә edilmәsinә aid olan Bütün arxivləri vә ictimai sәnәdlәri Rusiya rәisliyinә verməyi vәd edir.

IV MADDӘ .Müqavilәyә qoşulan yüksәk tәrәflәrin razılığı ilә hәr iki dövlәt arasında sәrhәdlәr aşağıdakı hüdudda qәrara alınır: Sәrhәd xәtti Türkiyә torpaqlarının ucundakı kiçik Araratın zirvәsindәn aralıda düz istiqamәtdә әn yaxın nöqtәdәn başlayaraq O dağların zirvәsindәn keçir; buradan maillik üzrә Araratın cәnub tәrәfindәn axan Aşağı Qarasu çayının yuxarılarına düşür, Sonra sәrhәd xәtti o çayın axarı üzrә Şәrur qarşısında onun Araza töküldüyü yerәdәk davam edir; bu mәntәqәdәn Abbasabad qalasınadәk Araz çayının yatağı üzrә gedir; burada qalanın Arazın sağ sahilindә yerlәşәn xarici istehkamlarıYanında yarım ağac, yәni 3 1 / 2 Rusiya versti enindә bütün istiqamәtlәrdә dövrә haşiyәlәnәcәk vә o әtrafda olan torpaq Sahәsi büsbütün mәhz Rusiyaya mәxsus olacaqdır vә bu gündәn sayılmaqla iki ay әrzindә әn yüksәk dәqiqliklә ayrılacaqdır. Sәrhәd xәtti o yerdәn, göstәrilәn dövrәnin şərq tәrәfdәn Arazın sahilinә birlәşdiyi yerdәn başlayaraq bir daha o çayın yatağıİlә Yeddibulaq bәrәsinәdәk gedir; Burada iki dövlәt arasındakı Sәrhәd dağ zirvәlәrilә müәyyәn edilir; qәrarlaşdırılmışdır ki, onların Xәzәr dәnizinә doğru enişi Rusiyaya mәxsus olmalıdır, o Biri yandakı enişi isә İrana mәxsusdur.

V MADDӘ .İran şahı hәzrәtlәri bütün Rusiya imperatoru hәzrәtlәrinә öz sәmimi dostluğuna sübut olaraq, bu maddә ilә hәm öz Vәrәsәlәri vә İran taxt-tacının varislәri adından, yuxarıda göstәrilәn sәrhәd xәtti arasında vә Qafqaz sıra dağları vә Xәzәr Dәnizi arasında yerlәşәn bütün torpaqların vә bütün adaların, bununla bәrabәr hәmin mәmlәkәtlәrdә yaşayan bütün köçәri Vә başqa xalqların әbәdi zamanәdәk Rusiya imperiyasına mәxsus olduğunu tәntәnә ilә tanıyır.

VI MADDӘ .İran şahı hәzrәtlәri hәr iki dövlәt arasında baş vermiş müharibә ilә Rusiya imperiyasına vurulmuş xeyli ziyana, hәmçinin Rusiya tәbәәlәrinin düçar olduğu qurbanlara vә itkiyә hörmət әlamәti olaraq, onların әvәzini pul tәzminatı ilә ödәmәyi Öhdəsinə götürür. Müqavilәyә qoşulan hәr iki yüksәk tәrәf o mükafatın mәblәğini on kurur tümən raicә vә ya iyirmi milyon Gümüş manat qәrarlaşdırmışdır, onun vaxtı, ödәniş qaydası vә tәminatı sözbәsöz hazırkı traktata daxil edilә bilәcәk qüvvәyә Malik olan xüsusi müqavilәdә qәrarlaşdırılmışdır.

VIII MADDӘ .Rusiyanın ticarət gəmiləri, әvvәlki qayda üzrә, Xәzәr dәnizindә vә onun sahilləri boyunca azad üzmək vә bununla bәrabәr Onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qәzası hallarında İranda onlara hәr cür kömәk edilmәlidir. Bu üsulla İran Ticarәt gәmilәrindә dә Xәzәr dәnizindә әvvәlki qayda ilә üzmək vә Rusiya sahillәrinә yan almaq hüququ verilir ki, orada gәmi

Qәzası hallarında onlara qarşılıqlı surәtdә hәr cür kömәk göstәrilmәlidir. Hәrbi gәmilәrә gәldikdә isә, qәdimdә olduğu kimi, Yalnız Rusiya hәrbi bayrağı altında olan hәrbi gәmilәr Xәzәr dәnizindә üzә bilәrlәr; bu sәbәbdәn dә әvvvәlki müstəsna hüquq İndi dә onlara verilir vә tәsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlәtin Xәzәr dәnizindә hәrbi gәmilәri ola bilmәz.

XIII MADDӘ .Axırıncı vә ya bundan qabaqkı müharibәnin gedişindә әsir alınmış hәr iki tәrәfin bütün hәrbi әsirlәri, bununla bәrabәr hәr iki Hökumətin nә vaxtsa әsir düşmüş tәbәәlәri qarşılıqlı surәtdә azad edilmәli vә dörd ay әrzindә qaytarılmalıdır; onlar hәyati Azuqə vә digәr tələbatlarla tәmin edilmәli vә onları qәbul etmәk vә sonrakı yaşayış yerinә yollamağa sәrәncam vermәk üçün Hər iki tәrәfdәn ayrılmış komissarlara vermәkdәn ötrü Abbasabada göndәrilmәlidirlәr. Razılığa gәlәn yüksәk tәrәflәr hәr iki Tәrәfdәn әsir düşmüş, lakin olduqları yerin uzaqlığına vә ya başqa bir sәbәbә vә ya vәziyyәtә görә göstәrilәn müddәtә qaytarıla bilmәyәcәk bütün hәrbi әsirlәrә, habelә Rusiya vә İran tәbәәlәrinә dә bu yolla yanaşacaqlar. Hәr iki dövlәt Belәlәrinin hәr bir vaxt tələb edilmәsindә özünə dәqiq vә qeyri-mәhdud hüquq verir vә öhdәsinә götürür ki, onlar aşkar Edildikdə vә ya onlar haqqında tәlәblәr alındıqda qarşılıqlı surәtdә onları (bir-birinә) qaytarsınlar.

XIV MADDӘ Razılığa gәlәn yüksәk tәrәflәrdәn heç biri axırıncı müharibәnin başlanmasınadәk vә ya o vaxtı digərinin tәbәәliyinә keçmiş Olan satqınların vә fərarilərin verilməsini  tәlәb etmәyәcәkdir. İran hökumәti bu qaçqınlardan bәzilәrinin vә onların köhnə həmvətənlərinin  vә ya hakimiyyəti altında olanların arasında qәrәzli әlaqәlәrdәn qarşılıqlı surәtdә baş verә bilәcәk zәrәrli Nәticәlәrin qarşısını almaq üçün, öhdәsinә götürür ki, indi vә ya sonralar Rusiya hökumәtinin adbaad göstәrdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının vә Qızıl Üzәn çayının Xәzәr dәnizinә töküldüyü yer arasında yaratdığı Hüduddakı öz torpaqlarında olmasını qadağan edәcәkdir. Bütün Rusiya imperatoru hәzrәtlәri öz tәrәfindәn İran qaçqınlarının Qarabağ vә Naxçıvan xanlıqlarında vә İrəvan xanlığının Araz çayının sağ sahilindә yerlәşәn hissәsindә yurd salmasına vә ya Yaşamasına (hәr hansı) bir qərarda icazә vermәyәcәyini vәd edir. Lakin özlüyündә aydındır ki, ancaq rәsmi rütbә daşıyan vә ya müәyyәn lәyaqәt sahibi olan adamlara: şәxsi nümunәlәri, nәsihәt vә gizli әlaqәlәri ilә keçmişdә onların idarәsindә vә ya Hakimiyyəti altında olan әvvәlki hәmvәtәnlәrinә zәrәrli tәsir göstәrә bilәn xan, bәy vә dini rәislәr vә ya mollalara qarşı bu Şərtin gücü var vә olacaqdır. Ümumiyyәtlә, hәr iki dövlәtin sakinlәrinә gәldikdә isә, razılığa gәlәn yüksәk tәrәflәr qәrara alır Ki, hәr iki tәrәfin bir dövlәtdәn o birinә keçmiş vә ya bundan sonra keçәcәk tәbәәlәri onların keçdiyi hökumәtin icazә verdiyi Hər yerdә yurd sala vә yaşaya bilәr.

XVI MADDӘ .Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surәtdә tәxirә salınmadan tәcili olaraq, hәrbi әmәliyyatların Kəsilməsi haqqında bütün yerlәrә xәbәr vә lazımı fәrman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hәr iki Tәrәfin müvәkkillәri tәrәfindәn imzalanmış, onların gerbli möhürləri ilә tәsdiq edilmiş vә qarşılıqlı olaraq bir-birinә verilmiş bu Sülh müqaviləsi bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri tәrәfindәn tәsdiq vә ratifikasiya edilməli vә onların İmzaladığı ratifikasiya mәtnlәri tәntәnәli şәkildә hәr iki tәrәfin müvvәkillәri tәrәfindәn dörd ay әrzindә vә ya mümkün Olduqca daha tez dәyişdirilmәlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilindә Türkmәnçay kәndindәBağlanmışdır. Әslinә qol çәkmişlәr: İvan Paskoviç, A. Obrezkov.

İran Qafqazı Rusiyanın əlindən geri almaq üçün müharibəyə hazırlaşdı. “Azərbaycan tarixi” kitabında göstərilir ki, 1814-cü ildə bağladıqları müqaviləyə əsasən İngiltərə hökuməti İrana ingilis hərbi müşavirləri göndərir, onu silahla təmin edir, Təbrizdə və başqa şəhərlərdə silah zavodlarının inşasına köməklik göstərirdi. Şah hökuməti bu tədbirlərdən sonra özünü dirçəlmiş hesab edib Rusiya hökumətinə “Gülüstan” müqaviləsinin şərtlərinə yenidən baxmağı təklif etdi. Lakin danışıqlar nəticə vermədi. Bundan sonra İran Rusiyaya qarşı birgə mübarizə aparmaq üçün Türkiyə hökuməti ilə danışıqlara başlayaraq Türkiyənin Rusiya ilə münasibətlərini kəskinləşdirməsi üçün bütün vasitələrə al atdı. Həmçinin, şah hökuməti öz xanlıqlarını itirdikdən sonra İrana pənah gətirmiş xanlardan da istifadə etmək, onların vasitəsilə Azərbaycan əhalisini Rusiyaya qarşı qaldırmaq fikrində idi.

ABŞ tədqiqatçısı T.Svyatoçovski yazır: “Rusların 1812-ci ildəki uzun çəkməyən uğurlu yürüşü “Gülüstan” müqaviləsi ilə nəticələndi. Bu müqavilə növbəti il oktyabrın 12-də imzalandı. Müqaviləyə görə, İran ərazisinin çox böyük sahələri, habelə, Dağıstan, Şiragel əyaləti ilə birlikdə Gürcüstan, İmeretiya, Quriya, Minqreliya və Abxaziya, həmçinin, Qarabağ, Gəncə, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış xanlıqları Rusiya imperiyasına birləşdirildi. Bu müqavilənin müstəsna cəhəti onda idi ki, Rusiya İranın vəliəhdlik siyasətinə müdaxilə edə bilərdi. Bu isə şah tərəfindən təyin olunan varisin taxt-taca yiyələnməsinə havadarlıq etməkdən, “kənar qüvvələr vəliəhdi devirmək istədikdə” onu dəstəkləmək öhdəçiliyindən ibarət idi. Şahın oğulları arasında ixtilaf yarandığı zaman ancaq “şah özü xahiş etdiyi təqdirdə” Rusiya müdaxilə edə bilərdi”.

Tədqiqatçı qeyd edir ki, sonralar məlum olduğu kimi, “Gülüstan” müqaviləsi Zaqafqaziya üçün iki böyük dövlət tərəfindən aparılan rəqabətin, sadəcə olaraq, birinci mərhələsinin başa çatması demək idi. 13 il sonra Fətəli şah Rusiyanın Zaqafqaziya regionu üzərindəki hökmranlığına qarşı çıxmağa özündə cəsarət tapdı və öz qoşununu “Gülüstan” müqaviləsinə görə razılaşdırılmış sərhədə, şiə din xadimlərinin müqəddəs elan etdiyi bir müharibəyə göndərdi. 1826-cı ilin mayında iranlılar Lənkəran, Şamaxı və Nuxanı ələ keçirdilər və Şuşadakı rus qarnizonunu mühasirəyə aldılar. Abbas Mirzə yenidən ordunun başında duraraq, Rusiyanın işğal etdiyi Azərbaycana yürüş etdi. Bu zaman o, Rusiyanın hakim mövqeyindən narazı qalan yerli əhalidən, eləcə də, rusların vassalı olmaqla və sürgün edilməklə təhqir olunan xanlardan böyük kömək gözləyirdi. Qacarlar xanların hüquqlarını müdafiə edəcəklərini vəd edirdilər.

YAZAR: Günel Yusubova
HƏMÇİNİN BAX: Azərbaycanın tərkibində Naxçıvan MSSR və DQMV yaradılması
HƏMÇİNİN BAX: Tehsilim.org/zefer-gunune-hesr-edilmis-tops-festivali-kecirilib/