Türkiyənin vitse-prezidenti və Xarici İşlər naziri Livana səfər edib.

 

Türkiyənin vitse-prezidenti və Xarici İşlər naziri Livana səfər edib.

Türkiyənin vitse-prezidenti Fuad Oqtay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu Livana səfər ediblər.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

“Livanla həmrəy olduğumuzu göstərmək, dost və qardaş Livan xalqına dəstək olmaq üçün vitse-prezidentimiz Fuad Oqtayla birlikdə Beyrutdayıq”, – deyə M. Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Beyrut limanında baş verən partlayışdan sonra Fransa Prezidenti də Livana səfər edib.

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Beyruta səfər edəcək.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 154 nəfər həlak olub, 5 000 nəfər yaralanıb. 60 nəfərdən artıq şəxs isə itkin düşüb.
Mənbə:Apa.az
Müxbir: Aytac Cəfərova