“Türkiyənin “Ares 35 FPB” sürətli patrul katerinin prototipi bu ilin sonunadək başa çatdırılacaq”

Türkiyənin “Ares” gəmiqayırma zavodu “Ares 35 FPB” sürətli patrul katerinin prototip istehsalını davam etdirir.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, katerlərin istehsalı bu ilin sonunadək başa çatdırılacaq.

Bildirilir ki, patrul katerləri Türkiyə Sahil Mühafizəsi Komandanlığı və Təhlükəsizlik İdarəsi üçün hazırlanır.

Katerlər quru sularının təhlükəsizliyi, müstəsna iqtisadi zonaların təhlükəsizliyi, qəfil müdaxilə, patrul və müşayiət, axtarış və xilasetmə, qaçaqmalçılığa qarşı mübarizə, insan alverinin qarşısının alınması, kəşfiyyat əməliyyatları üçün nəzərdə tutulub.

Məlumata görə, prototip istehsalı başa çatdıqdan sonra 122 patrul katerinin inşası nəzərdə tutulub.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Aytac Cəfərova

Mənbə:Ordu.az