Türkiyəli səfir azərbaycanlılara dəstək üçün Çexiyadakı aksiyaya qatıldı

Türkiyəli səfir azərbaycanlılara dəstək üçün Çexiyadakı aksiyaya qatıldı

Hazırda Çexiyanın paytaxtı Praqa şəhərində Çex Respublikasındakı Azərbaycan İcmasının təşkilatçılığı ilə aksiya keçirilir.

Musavat.com xəbər verir ki, aksiyada Türkiyənin Çex Respublikasındakı səfiri Egemen Bağış da iştirak edir.

O, həmvətənlərimizə dəstək olmaq üçün Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin önünə gələrək hər zaman Azərbaycanın yanında olduğunu ifadə edib.

E.Bağış Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədovla birlikdə türk və azərbaycanlı aksiyaçılara dəstək olub.

Mənbə: Musavat.com
Müxbir: Jalə Hüseynova