“Türkiyədə hərbiçiləri daşıyan avtobus aşıb ölənlər var”

Türkiyənin Mersin əyalətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Avtobusdakı hərbçilər Şimali Kipr Türk Respublikasına gedirmiş.

Qəza nəticəsində Mut-Karaman avtomobil yolu bağlanıb.

Xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.

Türkiyədə hərbçiləri daşıyan avtobusun aşması nəticəsində avtobus sürücüsü və 5 hərbçi ölüb, 10 hərbçi isə yaralanıb.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Aytac Cəfərova

Mənbə:Report.az