Türkiyə XİN başçısı Ceyhun Bayramovu təbrik edib
Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Musavat.com-a bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib. O, qardaş Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib.
Nazirlər tərəfindən iki qardaş ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb.
QAYNAQ: musavat.com
XƏBƏRÇİ: Kafkazh.com xüsusi müxbiri Səbinə Balmedova