Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirib
Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib.
“Report” xəbər verir ki, bu barədə məlumat “Twitter”də yayılıb.
Nəzarət uçuşlarına adi PUA-larla yanaşı silahlı PUA-lar da qatılıb.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir.
QAYNAQ: Yeni Müsavat
XƏBƏRÇİ: Kafkazh.com xüsusi müxbiri Jalə Hüseynova