Turkiye klubunun sukanı arxasına sabiq futbolçusu getirildi.

Türkiyə klubunun sükanı arxasına sabiq futbolçusu gətirildi

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Report” Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Mert Nobreyə həvalə olunub.

Braziliya əsilli türk mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyədə “Fənərbağça”, “Beşiktaş”, “Ərzurumspor” klublarının formasını geyinmiş Mert Nobrenin son komandası məhz “Gənclərbirliyi” olub.

Mənbə:report.az
Müxbir:Ramid.Askerov