Türkiyə HHQ-yə “Teber-82” döyüş başlığı tədarük edilib

 

“Roketsan” şikəti tərəfindən yerli və milli resurslarla hazırlanan “Teber-82” lazerlə idarəolunan döyüş başlığı Türkiyə Hərbi Hava Qüvvələrinə tədarük edilib.

 

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir məlumat verib.

 

TEBER-81/82 döyüş başlıqları Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalında olan “Mark-81” və “Mark-82” tipli ümumi təyinatlı bombalarını həssas zərbə ilə təmin edir. Döyüş başlıqlarının maksimal mənzili 28 kilometrdir.

Mənbə:Ordu.az

Müxbir:kafkazh.com xüsusi müxbiri Aytac Cəfərova