Türkiyə HHQ-nin nümayəndələri Gəncəyə gedib
“TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gedib.
Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Mənbə: report.az
Müxbir: Jalə Hüseynova