Türkiyə futbolunda tarixi qərar verildi

 

Türkiyə Super Liqasında I Liqaya enmə qaydası 2020/2021 mövsümü üçün ləğv olunub.

 

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihad Özdəmir məlumat verib. O, növbəti mövsüm ölkə çempionatında 21 klubun oynayacağını bildirib.

 

Özdəmir 2020/2021 mövsümünün sonunda 4 klubun Super Liqanı tərk edəcəyini, 2021/2022 mövsümündə ölkə çempionatında 20 klubun yer alacağını vurğulayıb.

 

Beləliklə, cari mövsüm 18 komandalı çempionatda son 3 pilləni tutan “Ankaragücü”, “Yeni Malatyaspor” və “Kayserispor” klubları elitanı tərk etməyəcək.

 

Mənbə: axar.az

Kafkazh.com xüsusi müxbiri Jalə Hüseynova