Türk olmaq

TÜRK OLMAQ- Yer kürəsi yüzlərlə ölkəyə,milyardlarla insana,fərqli irqlərə,fərqli dinlərə ev sahibliyi edən,müxdəlif svilizasyaların birləşdiyi böyük bir dəniz.Türk olmaq bu dənizdə boğulmadan minlərlə ildirki dik dura bilməkdir.Asiyada Qərbli,Avropada isə Şərqli deyə xor görülməkdir Türk olmaq.İrqçiliyin və dini ayrı seçkiliyin nə olduğunu bilmədən getdiyi hər yerdə buna məruz qalmaqdır. Yaradandan ötrü sevməkdir yaradılanı.Məhz buna görədə yeri gəldikdə düşmənə belə mərhəmət gösdərə bilən,lakin əcdadları barbar olanlar tərəfindən “Vəhşi Türk”adlandırılmaqdır.Mədəniyyət beşiyi olan Şumerdən,Troyadan bu yana geniş əraziləri ələ keçirib,Qərbi və Şərqi Romanı qarşısında diz çökdürən millətdir Türklər.Necəki güclü bir dövlətin güclü müxalifəti var eləcədə güclü bir millətində düşmənləri çox olar.Dünyada formalaşmış olan bu Türk düşmənçiliyinin əsas kökləri ta qədimdən Çin Hun dövrünə ondan sonra Xaç yürüşlərinə qədər uzanır.Çünki bir xrisdiana Türk dedikdə onun yadına Papanı özünə diz çökdürən
Tanrı qırmacı Atilla, qarşısında Çin səddi belə dayanmayan Kürşad düşür və bu yara indinin özündə belə onların qəlbində sızıldamağa davam edir.Türklərə qarşı olan bu ön yarğı ilə keçirilən hər bir məclisdə keşişlər aşağıdakı cümlələri insanların beyninə yeritməyə çalışırdı. “Dünyada yaş
və cinsiyyət ayrımı etmədən uşaq yaşlı hər kəsi,hətda doğulmamış körpələri belə qətlə yetirən Türklər qədər rəhmsiz və barbar bir irq yoxdur”.
Gülməli tərəf isə öz qızlarını diri diri torpağa basdıran ərəblər,Xocalıda 63 uşağı öldürüb, 76 uşağı əsir alan,130 uşağı yetim qoyan şərmənilərin etdikləri xrisdian icmaları tərəfindən görməməzlikdən gəlinsədə ,Türklər uşaq qatili kimi qələmə verilir.Amma unudurlarki,15 ci əsrdə Türklər Ayasofyanı ələ keçirib kilsədə Əzan oxudarkən Avropanın beşiyində hələdə inkvizasya məhkəmələri,Autodafelər həyata keçirilirdi.15 -16 cı əsrlərdə Macarısdanda Təbrizli usda Əli saraylar qüllə və məscidlər inşa edəndə,Avropa insanlara cənnət qəbzləri satıb,dünyanın fırlanmasını iddia edənləri cadugər elan edərək edam edirdi.Bəli Türk olmaq budur.Üç qitədən gəlib sayısız dövlət qurmaq,sonrada öz torpaqlarının bölünməsini izləməkdir.
Öz torpaqları ilə sərhəd olmaqdır.Türk olmaq düşmən qorxduğunu düşünüb sevinməsin deyə öz qanı ilə üzünü boyayan Babəkdir.Gəmiləri qurudan ,mərmiləri dənizdən yeridən,Ayasofyada əzan oxudan Fateh Sultan Mehmetdir Türk.Türklər məddəniyyəti bizdən aldı deyənlərə inad, Nəsimini,Nizamini,Mövlanəni,Hacı Bektaşini duymaq, Qaracaoğlanı,Pir sultan Abdalı sevməkdir.”SSRİ bizə mədəniyyət verdi deyənlərə inat,
37 qışında represyaya qurban gedən Müşfiqi,Əhməd Cavadı,Yusif Vəzir Çəmənzəminlini unutmamaqdır Türk olmaq. Türk olmaq dörd bir yanın düşmənlə çevriliykən “Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olan və qəlblərə enən o bayrağı “bir daha dalğalandırmaq,yəni
Rəsulzadə olmaqdır.Prezdent olmasına rəğmən öz qızına ayaqqabı almaq üçün maaşını gözləyən Elçibəydir Türk.Əhməd Cavadın namusuna
xələl gəlməsin deyə düşmənin verdiyi yeməyi yeməyən,öz barmağını kəsib öz qanını içən Şükriyyə xanım Cavaddır kişi qeyrətli Türk qadını.
Azadlıq döyüşündə Musdafa Kamalın yanında cəbhədə yer alan Xalidə Edip onbaşıdır Türk qadını.Çanaqqala savaşında öz oğlu ağrıdan
qıvranarkən sırf haqq keçməsin deyə morfini başqa əsgərlərə vuran həkim Tarık Nüsrət,düşmən sərhəddi keçməsin deyə 215 kq mərmini tək
başına daşıyan Seyid Onbaşıdır Türk. Boşuna “Çanaqqala Keçilməz”cümləsini deməz bir Türk.Bu torpaqlar ölkənin dörd bir yanı düşmən
əsgəri ilə çevrilmişkən milli mücadələni başladan Atatürküdə gördü,təkbaşına düşmən posdunu dağıdan Mübariz İbrahimovuda.Bu torpaqlar
tank qarşısına yatan xalqıda gördü, öz əsgərini övladından daha çox düşünən Polad Həşimovuda.Öz qızını 1 dəfə belə görmədən şəhadət şərbətini
içən Yavər Babayevdir Türk oğlu Türk.Türk olmaq çətindir.Çünki dünya ilə savaşırsan.Türk olmamaq daha çətindir.Çünki Türklə savaşırsan.Türk olmaq şərəfdir.Türk olmaq qeyrətdir.Lakin hələdə sırf Türklərə,müsəlmanlara qarşı olan təxribatlardan qorxduğu üçün öz milliyətini dananlar var.
Çox sevdiyim bir filmdə belə bir səhnə var idi.Həmin şəxslərə ünvanlayaraq deyirdiki:
Sən hələ nə qədər əyiləcəksən? Əcdadlarının Süveyş kanalında,Ərəbisdanda susuzluqdan ciyərləri,soyuqdan nəfəsləri kəsildi.Əyilmədilər! Sən hələ
nə qədər əyiləcəksən?.Çanaqqalada iki addım geri getməmək üçün özlərini sipərlərə bağladılar.Əyilmədilər! Sən hələ nə qədər əyiləcəksən? Gözünün önündə məscidlərdə öldürüldülər.Əyilmədilər.Sən hələ nə qədər əyiləcəksən? Necə yaslıyacaqsan o qanlı səcdəyə başını? Hazır bu qədər əyilmişkən yerlərdə sürünən o şərəfini almadan ayağa qalxma!!!
Bəli Türk olmaq budur.
Bəxdiyar Vahabzadənin qeyd etdiyi kimi.
Əslimi nəslimi tanıyıram mən
Qarışıq deyiləm özümdən Hürkəm.
Sən kimsən sən nəsən özün bilərsən
Mən ilk qaynağımdan Türk oğlu Türkəm.

YAZAR: Müşfiqə Quliyeva

Həmçin bax: https://kafkazh.com/beynelxalq-siyasetde-qadinlarin-yeri/
Həmçin bax: https://tehsilim.org/rezidentura-pillesine-qebul-ucun-muraciet-etmis-hekim-namizedler-resmi-orqanlara-muraciet-unvanlayiblar/
Həmçin bax: https://turaz.org/gurcustanin-azerbaycana-olan-borcu/
Həmçin bax: https://www.facebook.com/Milli-Maarif-D%C9%99rn%C9%99yi-108247210851752/