Tropik qurşağın torpaq örtüyü

Tropik iqlim qurşağı əkinçilik üçün zəif mənimsənilmişdir. Lakin tropik əkinçilik Kənd təsərrüfatı məhsullarının dünya təsərrüfatında əhəmiyyətli rola malikdir. Tropik torpaqlarda yerləşən əkinçilik sahələri dünya əkin sahələrinin təxminən 20 %-ni təşkil edir.Burada yerləşən bir çox əkinçilik bitkilərinə digər qurşaqlarda rast gəlinmir. Bildiyimiz kimi torpq örtüyü torpaq-iqlim qurşaqlarına və torpaq-bioiqlim vilayətlərinə ayrılır.

Tropik-torpaq iqlim qurşağı 3 torpaq-bioiqlim vilayətinə ayrılır:
1)Tropik rütubətli-meşə vilayətləri
2)Tropik kserofit-meşə və savanna vilayəti
3)Tropik yarımsəhra və səhra vilayətləri

Topik rütubətli-meşə vilayətləri

3 tropik rütubətli meşə vilayəti vardır:
1)Amerika vilayəti-Mərkəzi və Cənubi amerikanın böyük bir hissəsini əhatə edir, 2)Afrika vilayəti-4Qvineya körfəzi sahilləri və Konqo hövzəsini əhatə edir.Avstraliya-Asiya-Cənubi Asiya yarımadalarını,Avstraliyanın şimal sahillərini və iki Materik arasında qalan bütün adaları əhatə edir.Tropik rütubətli-meşə vilayətlərinin ümumi sahəsi 2230 mln ha km-dir.

Tropik meşələr ən məhsuldar bitki formasiyasıdır və bioloji dövranın yüksək intensivliyi ilə seçilir.Hər il meşə döşənəyinə yüksək küli (5,6%)və azot (1%) tərkibli 250-400 sent/ha üzvi maddə daxil olur.Meşə döşənəyinin çevrilməsi hidrotermik rejimin və torpaq faunasının(termitlər və s)fəaliyyəti nəticəsində intensiv parçalanma ilə səciyyələnir Bu torpaqlarda əsaslar küli maddələr içərisində cüzi miqdar təşkil edir.Meşə döşönəyinin üzvi birləşmələrinə daxil olan azot və kükürdün intensiv oksidləşməsi mühitin ümumi turşulaşmasına gətirib çıxarmışdır.Nəticədə isə torpaqlarda humifikasiyanın zəif kondensasiya olunmuş məhsulları(fulvoturşuları) və suda həll olan üzvi turşular və polifenol birləşmələr yaranır

Torpaq örtüyündə 2 torpaq zonası ayrılır:
1)Rütubətli tropik-meşəLərin qırmızı sarı ferralit toroaqlar zonası
2)Musson meşələrin və Savannaların qırmızı torpaqlar zonası
Qırmızı-sarı ferralit torpaqlar: İsti və rütubətli şəraitdə formalaşır. İllik fəsilləri bir-birindən fərqlənmir Və bu fərq gecə və gündüz temperaturlarının dəyişkənliyində də hiss olunmur.Tempratur bütün vaxt 25-27° arasında tərəddüd edir.Həmçinin burada yağıntıların fəsillər üzrə paylanması da bərabərdir.Yağıntıların ümumi miqdarı 1800-2500 mm və daha çoxdur,rütubətlənmə əmsalı hər yerdə vahiddən böyükdür. Yağıntıların 20%-ə qədərini leysanlar təşkil edir ki,Bu da torpaq profilinin dərindən yuyulmasına və torpaq eroxiyasının inkişafına səbəb ola bilər. Tropik meşələrin təbii bitkiləri çox yerdə qırılmışdır.Bu meşələr zəngin növ tərkibi və çox yarusluğu ilə seçilir. Tropik meşələr üçün Yüksək sıxlıqlı lianlar və epifitlərin çoxluğu ilə seçilir.Ağacların örtüyü altında günəş şüalarının çatışmaması səbəbindən kol və ot bitkiləri inkişaf edə bilməmişdir. Burada torpağın səthi adətən tez parçalanann üzvi  örtülü olur

Ferralitləşmə – dağ süxurlarının aşınmasında mərhələ olub, ilkin mineralların (kvarsdan başqa)
parçalanması, biryarım oksidli törəmə mineralların, həmçinin müəyyən miqdarda kaolinit qrupuna daxil olan və
tərkibində SiO2 :Al2O3 –in çox kiçik nisbətinə malik gilli mineralların yaranması və toplanması ilə müşayiət olunur. Kaolinit və qalluazitin kristal qəfəsinin yaranmasında iştirak etməyən silisium oksidi və əsaslar aşınma qatından xaric olur. Aşınma zamanı üzvi turşuların az olduğu mühitdə dəmir oksidlərinin hidratları azad olur və kaolinit kütləsinin rəngini dəyişir. Kaolinitlətin tərkibinə daxil olmayan sərbəst alüminium oksidləri gibbsir və hidrargillit minerallarını yaradır.

Dəmir hidroksidləri hidratasiyanın onların miqdarından və dərəcəsindən asılı olaraq tünd qırmızıdan tutmuş sarı çalara kimi torpağın rəngini müəyyən edir və kaolinit hissəciklərini sabit xırda kəltənvari struktur formalara salır. Bu struktur böyük aqronomik əhəmiyyət kəsb edir. O, suya davamlı olub, adətən, çox gilli olan bu

torpaqlarda əlverişli su və hava rejimi yaradır.

Torpağın tərkibində qalan Fe2O3-un miqdarı 12-16%-ə çata bilər. Qalan dəmir isə rütubətli tropik meşələrin qırmızı-sarı torpaqlarından yuyularaq torpaq profilindən kənar olur və çox nadir hallarda konkresiya formasında toplanır.

Qırmızı-sarı torpaqlara daxil olan üzvi maddələr demək olar ki, əsasən torpaq səthində toplanmış yarpaq və budaq qırıntılarının çürüməsi hesabınadır. Burada kök qalıqlarının rolu azdır. Üzvi maddələrin çox hissəsi tamamilə minerallaşır, lakin eyni zamanda torpağın səthində və xüsusən də onun profilində mütəhərrik fulvat Və ulmin-fulvat məhsulları əmələ gəlir. Rütubətli tropik meşələrin qırmızı-sarı ferralit torpaqlarında “A” humus horizontunun rəngi qəhvəyivariboz olub, xırda kəltənvari strukturludur, qalınlığı 12-17 sm-dir. Nazik meşə döşənəyi horizontunun bilavasitə altında (5-7 sm dərinlikdə) humusun miqdarı 4-5 %-ə çatır və humus horizontunun qalan hissəsində bu göstərici 1-2 %-ə bərabərdir. Humusun tərkibi ulmatlı-fulvatlıdır. “A” humus horizontundan aşağıda qırmızımtıl-qonur və ya sarımtıl-qonur rəngli “AB” keçid horizontu yerləşir; onun strukturu iri olsa da zəif dayanaqlıdır, struktur elementlərinin üzəri gil pərdəsi ilə örtülmüşdür. Ümumi qalınlığı 25-50 sm-dir. Keçid horizontunun altında qonurvari-qırmızı və ya qonurvari-sarı rəngli B1 qatı yerləşmişdir. Bu qat tədricən qalınlığı bir neçə metrdən bir
neçə on metrə çatan və ilkin dağ süxurunun kipliyini özündə saxlamış bir qədər tünd torpaqəmələgətirən süxura – aşınma ferralit qatına keçir. Torpaq və aşınma qabığının reaksiyası turşdur (pH 4,0 -5,5). Udma tutumu 100 qram torpaqda 3-6 m-ekv-dir və yalnız humus horizontunda udma tutumu 10-13 m-ekv-ə qədər yüksəlir.
Əsaslarla doyma 50 %-dən aşağıdır.
Ferralit torpaqların üst horizontları, o cümlədən humus horizontu aşağı horizontlarla müqayisədə daha az lil və gil hissəciklərinə malikdir. Bunun səbəbi alimlər tərəfindən müxtəlif cür izah edilir. Bəziləri onu normal podzollaşma, digərləri lessivaj hadisəsi ilə izah edir. Üst və aşağı horizontlarda giləmələgəlmənin bir bərabərdə
olmaması, mövsümi səthi qleyləşmə ilə şərtlənən psevdopodzollaşma və yağış sularının səthdə toplanması nəticəsində hissəciklərin təbəqələşməsi ilə bağlı başqa izahlar da vardırQırmızı ferralit torpaqlar torpaqəmələgəlmənin xarakterinə görə qırmızı-sarı torpaqlara yaxındır. Lakin bu torpaqların özünəməxsus xüsusiyyətləri vardır. Bunlar aşağıdakılardır: torpağın su rejiminin illik gedişi dəyişikliyə uğrayır və torpaqlar quru mövsümdə dərindən quruyur; quru mövsümdə yuxarı horizontların intensiv qızması nəticəsində dəmir oksidi termik dehidratasiyaya məruz qalır və torpaq qırmızı rəng alır; humus horizontu tünd qonur rəngə çalır və onun qalınlığı, xüsusən də savanna bitkiliyi altında 30-40 sm -ə kimi artır.

Bu qatda humusun miqdarı 4%-ə kimi çoxalır; humus əksər hallarda fulvat tərkiblidir; dəmir hidroksidlərinin konkresiya formasında çökməsi, təbəqə və ya bərkimiş horizont (lateritləşmə prosesi) yaratması imkanı genişlənir.

Lateritləşmə – mürəkkəb proses olub, əsasən dəmir birləşmələrinin torpaq məhlullarının yan axınlarının gətirilməsi hesabına yaranır. Dəmirin həll olan formalarda toplanması əsasən səthi qleyləşmə prosesi nəticəsində baş verir. Onun hidroksidlər formasında çökməsi məhlulun hərəkəti yolunda geokimyəvi baryerlərin (reaksiyanın dəyişməsi, mühitin oksidləşmə-reduksiya vəziyyətində kəskin dəyişmələrin) yaranması ilə əlaqədardır. Həmin baryerlər isə qranulometrik tərkibi və süxurların kimyəvi tərkibi, qrunt suyunun təsiri və s. ilə əlaqədardır.
Dəmir oksidlərinin təsiri ilə bağlı xırda kəltənvari struktura malik qırmızı ferralit torpaqlarda ayrı-ayrı dəmir konkresiyasına və bəzən isə dəmir konkresiyalarının bütöv bərkimiş horizontuna təsadüf etmək mümkündür.
Torpaq-qrunt suyunun səthə yaxın yerləşdiyi torpaqlarda dəmirin müasir hidrogen akkumulyasiyası üçün şərait yaranmış olur. Bu dəmir törəmələr, adətən, dəlik-dəlik formaya malikdirlər. Dəliklərin divarı (dəmir hidroksidləri ilə dolmuş çatlar) bərk, dəliklərin daxilində isə yumşaq ferralit kütləsi ilə dolmuş halda olur. Nəm halda asan kəsilən laterit horizontlar quruduqda bərkiyərək torpaq səthində “kirasslar” deyilən bərkimiş qabıq əmələ gətirir. İlk dəfə laterit horizontlar, Byukenen tərəfindən (1807) təsvir edilmiş və laterit  (lat.kərpic) adlandırılmışdır.

Tropik rütubətli-meşələr vilayətində təsadüf olunan torpaqlar içərisində qələvi və əhəng süxurlar üzərində formalaşmış tünd qırmızı və tünd tropik meşə torpaqlarını xüsusi qeyd etmək lazımdır. Bu torpaqlar marqalitli və ya ferralitli-marqalitli torpaqlar adlanır. Qırmızı-sarı və qırmızı torpaqlarla müqayisədə bu torpaqlar üçün gilli qranulometrik tərkib, əsaslarla yüksək doyma dərəcəsi və yüksək udma (30 m-ekv) tutumu səciyyəvidir. Reaksiyası zəif turş, humusu az olsa da bu torpaqların rəngi qaramtıldır. Tünd-qırmızı və qara meşə tropik torpaqların tərkibində kaolinit qrupdan olan minerallar əhəmiyyətli rol oynayır və montmorillonit qrupdan olan mineralların iştirakı da mümkündür. Bu da həmin torpaqların yüksək münbitliyini müəyyən edir və onlar kənd təsərrüfatında geniş istifadə edilir.

Tünd-qırmızı və qara torpaqların sahəsi böyük deyildir (təqribən 40 mln.ha). Onlar Cənubi Asiya və İndoneziyada, həmçinin Cənubi

Amerika və Afrikada geniş yayılmışlar, bu da həmin ərazilərdə əsaslarla zəngin vulkanik süxurlarla əlaqədardır. Amazon və Konqo çay hövzələrinin aşağı axınlarında ferralitli qleyli meşə torpaqları yayılmışdır. Bu torpaqların mənimsənilməsi qurutma işlərinin aparılmasını tələb edir. Bu ərazilərdə həmçinin tropik allüvial (təqribən 120 mln.ha), tropik bataqlıq və sahilboyu qabarma-çəkilmə sahələrində şorlaşmış manqr torpaqlar yayılmışdır. Tropik rütubətli-meşələr vilayətinin mənimsənilməsi zəifdir. Əkinçilikdə istifadə olunan torpaqların səhəsi  120 mln.ha olub, bu da ümumi sahənin 5%-ni təşkil edir. Tropik rütubətli-meşələr vilayəti torpaqlarının ən çox mənimsənilməsi Cənubi Asiya (İndoneziya, Hindistan, Vyetnam), sonra Cənubi Amerika, Afrika və Avstraliyada müşahidə olunur. Əsas kənd təsərrüfatı bitkiləri – düyü, şəkər qamışı, maniok, batat, qəhvə, kakao, banan, ananas və digər bitkilərdir. Torpaqların münbitliyinin artırılması və ildə bir neçə məhsulun alınması spesifik kompleks mineral gübrələrin tətbiqini və torpaqda izafi turşuluğun götürülməsindən ötrü tədbirlərin görülməsini tələb edir. Burada torpaqların eroziyasına və səth laterit horizontların təsirini azaltmaqdan ötrü tədbirlərin görülməsi də vacibdir.
Əkinçiliyin genişləndirilməsi imkanları olduqca genişdir. Bəzi hesablamalara görə əkin sahələrini 5-6 dəfə artırmaq mümkündür. Zonada meşə təsərrüfatının da böyük əhəmiyyəti vardır.
Tropik kserofit-meşə və savanna vilayətlərinin ümumi sahəsi 1460 mln ha-dır.Bu vilayət əsasən şərq yarımkürəsində yerləşir.
1)Hind-Afrika vilayəti
2)Avstraliya kserofit meşə vilayəti
3)Mərkəzi-Amerika torpaq bioiqlim vilayəti
4)Cənubi Amerika torpaq bioiqlim vilayəti
Bu vilayətlərdə 2 torpaq zonası ayrılır:
1-Kserofit meşələrin qəhvəyi-qırmızı torpaq zonası
2-Quru savannaların qırmızı-qonur torpaq zonası
Hər iki tip torpaqlarda tropik qara torpaqlar müşahidə olunur.

Qəhvəyi-qırmızı torpaqlar seyrək quru tropik meşələr və kolluqlar altında, yağıntıların 1000-1300 mm və 4-5 ay çəkən quru qış mövsümü şəraitində formalaşır.
Qəhvəyi-qırmızı torpaqlar əsasən ferralit tərkibə malikdirlər. Humus horizontunun (25-30 sm) tərkibində təqribən 2%-ə qədər humus vardır və onun tərkibi humatlı-fulvatlıdır, pH 5-6, əsaslarla doyma dərəcəsi 50%-dən çoxdur. Torpaq kütləsində kaolinit qrupuna daxil olan minerallar üstünlük təşkil edir. Bu da torpağın gil
tərkibini və zəif udma tutumunu (4-6 m-ekv.) müəyyən edir. Cənubi Afrikada bir qədər açıq qonur rəngə çalan yüngül qranulometruk tərkibə malik qəhvəyi-qırmızı torpaqlar da yayılmışdır. Qəhvəyi-qırmızı torpaqlarda intensiv şəkildə dəmir konkresiyaların yaranması baş verir, torpağın səthində suyu pis keçirən qaysaq yaranır. İlin rütubətli mövsümündə eroziya torpağı güclü şəkildə dağıdır və səthə bərk laterit horizontun çıxması ilə eroziya prosesi dayanır. Quru savannaların qırmızı-qonur torpaqları bir qədər az nəmlənmə şəraitində formalaşır. Yağıntıların illik
miqdarı 800-1000 mm və quru mövsüm 6 ay və daha çoxdur. Bitki örtüyü quru savannalar adını almış özünəməxsus formasiyalarla təmsil olunmuşdur. Burada ot örtüyü fonunda ayrı-ayrı nəhəng ağacların (baobab və s.) ucalmasını müşahidə etmək mümkündür. Bu ağacların kök sistemi olduqca güclü və geniş inkişaf etmişdir. Bu da ağacları quru mövsümdə qurumaqdan qoruyur. Yay dövründə, yağıntıların 75%-dən çox hissəsinin düşdüyü zaman quru savanna yaşıllaşır, hündürlüyü 1 m-ə çatan otlar bitir. Qışda, altı ay sürəkli quraq dövr başlayanda ağaclar yarpaqlarını atır, otlar quruyur və əsasən, torpağın səthindəki üzvi maddələr minerallaşır. Burada torpağın strukturunun formalaşmasında və onun üzvi birləşmələrlə zənginləşməsində qarışqa və termitlərin böyük rolu vardır.

Qırmızı-qonur torpaqlar fersiallit (kaolinit-illitmontmorillonit) tərkibə malikdir. Humus horizontu bir qədər zəif (20-25 sm) inkişaf etmişdir və bu horizontda humusun miqdarı 1%-ə qədərdir. Torpağın reaksiyası zəif turşdan zəif qələvilik arasında dəyişir. Humusun tərkibi humatlı-fulvatlıdır. Profilin aşağı hissəsində ilüvialkarbonatlı horizont formalaşmışdır. Uducu kompleks əsaslarla doymuşdur. Torpağın səthində onun yaxşı mikrostrukturluğunu təmin edən çoxlu miqdarda (aşınma nəticəsində yaranan) mütəhərrik dəmir vardır. Fransız  torpaqşünasları bu torpaqları “dəmirli torpaqlar” adlandırır. Qırmızı-qonur torpaqlarda dəmirli konkresiyaların yaranması qəhvəyi-qırmızı torpaqlarla müqayisədə bir qədər zəif intensivliklə baş verir, burada qaysaq nadir hallarda müşahidə olunur. Qırmızı-qonur torpaqların üst horizontlarında lil hissəciklərin miqdarı azdır, bu da profilin aşağı qatlarında ya lessivaj prosesi və ya intensiv aşınma və giləmələgəlmə prosesi ilə əlaqələndirilir. Bəzi tədqiqatçılar qırmızı-qonur torpaqlar arasında şorakətləşmiş torpaqların olması fikrini söyləyirlər. Lakin  onların sahəsi azdır. Yağışlar mövsümündə quru savannaların torpaqları asan həll olan duzlardan tamam yuyulur və torpaq profilindən kənara aparılır. Uzun müddətdir ki, qırmızı-qonur və qırmızı-qəhvəyi torpaqlar arasında yayılımış qara tropik torpaqlar dünyanın aqronom və torpaqşünaslarının diqqət mərkəzindədir; bu torpaqlar əsaslarla zəngin torpaqəmələgətirən
süxurlar – qabbro, bazalt, həmçinin əhəngli süxurlar üzərində formalaşmışdır. Quru savannaların qaratorpaqları
əkinçilikdə geniş istifadə olunur və tropiklərin ən münbit torpaqları hesab olunur.
Əsaslarla zəngin süxurların dəyişkən-rütubətli iqlimin, bəzən isə kifayət qədər drenajın olmadığı şəraitdə
aşınması, neytral və qələvi reaksiya şəraitində montmorillonit qrupundan olan törəmə mineralların yaranmasına
gətirib çıxarır. Qara torpaqlar ağır qranulometrik tərkibə, yüksək udma həcminə (15-20-dən 40-60 m-ekv-ə
qədər) malik olub, kalsium və maqnezium ilə zəngindir, bəzən burada natriuma da rast gəlmək olur.
Quru savannaların qaratorpaqlarında silisium oksidinin alüminium-oksidinə molekulyar nisbəti  (SiO2:Al2O3) geniş ölçülərdə dəyişir (3-5) ki, bu da onları ferralit tərkibə malik digər tropik torpaqlardan kəskin  şəkildə fərqləndirir. Qaratorpaqlarda humus horizontu (qalınlığı 1m və daha çox) yaxşı inkişaf etsə də, tərkibində humusun miqdarı çox azdır (1-1,5%). Bu torpağın tərkibində xüsusi üzvi maddə formalarının, daha sabit ulmin və humin qruplarının olması və humin maddələrinin torpağın montmorillonitlə zəngin mineral hissəsinə möhkəm bağlılığı ilə əlaqədardır. Tropik yarımsəhra və səhra vilayətləri tropik qurşağın ən quru ərazilərini əhatə edir. Bu vilayətlər daim quru passat küləklərinin təsiri altında olub, tədricən subtropik səhralara keçir. Əsasən dörd tropik yarımsəhra və səhra vilayəti fərqləndirilir. Onlar içərisində ən böyüyü Afrika-Asiya vilayəti olub, Saxara səhrasının və Ərəbistan yarımadasının cənubunu əhatə edir. Sahəsinə görə sonra Avstraliya materikinin böyük hissəsini əhatə edən Avstraliya vilayəti gəlir. Üçüncü yerdə Afrikanın cənubunda Kalaxari vilayəti və nəhayət, dörüncü yerdə Çilinin şimalında yüksək dağlığın səhra vilayətidir.
Tropik yarımsəhra və səhra vilayətlərinin ümumi sahəsi 1220 mln ha-dır. Burada da səhralaşmış savannaların qırmızımtıl-qonur, bərkimiş boz və allüvial torpaqlar 460 mln.ha, gilli və daşlı səhralar, həmçinin
şoranlıqlar – 480 mln.ha və qumlu səhralar təqribən 280 mln.ha ərazini əhatə edir.
Tropik yarımsəhra və səhra vilayətlərinin torpaq örtüyü özünəməxsus olub, qonşu subtropik qurşağın yarımsəhra və səhralarından fərqlənir. Tropik yarımsəhra rayonlarında yayılmış qırmızımtıl-qonur torpaqlar səhralaşmış savannalar altında formalaşmışdır. Bu torpaqlar adətən, sialit tərkibə malikdirlər. Onlar quru savannaların qırmızı-qonur  torpaqlarından ferralitləşmənin az dərəcəsi, qonur rəngin bir qədər artıqlığı, humusun azlığı, profilboyu lilin differensiasiya olmaması ilə fərqlənir. Bu torpaqlar hər yerdə karbonatlı olub, şorlaşmaya zəif məruz qalmışdır. Humus humat tərkiblidir. Rütubətli yay mövsümü 1-2 aydan çox deyildir.
Tropik səhraların torpaqları da zəif ferrallitləşmə səbəbindən və sonradan həmçinin dəmir oksidlərinin
torpaq səthinin yüksək qızması səbəbindən (600) deqidratasiyası nəticəsində qırmızımtıl rəngə malikdirlər.

Tropik səhraların ferralitləşməsinin müxtəlif izahı vardır; bəzi tədqiqatçılar bunu qədim dövrlərdə yağıntıların
çoxluğu ilə, digərləri isə bir neçə ildən bir düşən leysan yağışları ilə izah edirlər. Subtropiklərdən fərqli olaraq, tropik səhralarda duz toplanması az yayılmışdır. Burada əkinçilik yalnız suvarma şəraitində, çay vadilərində və vahələrdə mümkündür

Yazar: Sevin Bayramova

Həmçinin bax Lənkəran-Astara iqtisadi coğrafi rayonunun qəsəbələri

https://tehsilim.org/i-ve-iv-ixtisas-qrupu-secenlerin-nezerine/