Toxtamışın yürüşləri

  1. Toxtamışın hakimiyyətə gəlməsi
  2. Toxtamışın Azərbaycana yürüşü

 

1) İyirmi illik gərgin mübarizə tərəflərdən heç birinə – nə Saray xanlarına, nə də Mamaya açıq qələbə gətirmədi. 1380-ci ilə doğru dövlətin əsas ərazisi bir-birinə zidd iki düşərgəyə parçalanmış vəziyyətdə qalırdı. Mamayın 1380-ci ildə Kulikova döyüşündə məğlub olması Toxtamışın Qızıl Ordada hakimiyyətə can atmasına şərait yaratdı. Bu isə Toxtamışın dövlətin birliyini bərpa etmək cəhdini asanlaşdırırdı.

Toxtamış Saray taxt-tacı uğrunda mübarizəyə hələ 1376-cı ildə qoşulmuşdu. Həmin ildə o, Əmir Teymurun köməyi ilə Saray Əl-Cədidi tutmuş və iki il onu əlində saxlamışdı. Lakin Toxtamış qəti şəkildə Qızıl Orda paytaxtında möhkəmlənə bilməmiş və müəyyən dövr üçün hakimiyyəti Ərəb şaha verməyə məcbur olmuşdu.

Toxtamış 1380-cı ildə qəti olaraq Saray Əl-Cədidə yiyələndi. Volqaboyunun köçəri və oturaq əhalisi Toxtamışa yaxşı münasibət bəsləyirdi. Eyni zamanda Toxtamışın arxasında əmir Teymur dururdu. Beləliklə, Qızıl Ordada iyirmi ildən artıq davam edən feodal ara müharibələri Toxtamışın hakimiyyətə gəlməsi ilə başa çatdı.

 

2) Toxtamışın Azərbaycana yürüşü

Çəkişmələr səbəbi ilə Azərbaycan ərazisi Cəlairilərin nüfuz dairəsindən çıxdı. Müxtəlif zamanlarda canişinlərin sərəncamında oldu. Sultan Əhməd hakimiyyəti bərpa etmək istəsə də nail ola bilmədi.

Cəlairilər dövlətinin zəifləməsi Sultan Əhmədin Təbrizdə olmaması və Teymurun Səmərqəndə qayıtmasından istifadə edən Toxtamış 1386-cı ilin qışında 90 minlik qoşunla Dərbənd keçidindəndən Azərbaycana hücum etdi. Şirvanşah I İbrahimin şəhərin müdafiəsini təşkil etmək cəhdi heç bir nəticə vermədi. Qoşun hissələri Dərbəndi və Şirvanı keçib Təbrizə yaxınlaşdı.Təbrizlilər şəhərin müdafiəsinə qalxdılar. Toxtamış şəhər hakimi Əmir Vəli ilə danışıqlara başladı və 250 tümən qızıl almaq şərti ilə geri qayıtmağa razılıq verdilər. Şəhər ordusu razılığa əsasən silahı yerə qoydu. Lakin Toxtamış əhdini pozdu, 1382-ci ildə Moskva altında olduğu kimi hiyləgərliklə qoşununu şəhərə yeritdi. Toxtamışın 100 minlik qoşun ilə 8 gün şəhəri qarət etdilər.

Toxtamış Təbrizdən Marağaya keçdi və şəhəri dağıdaraq yenidən Təbrizə qayıtdı. Qoşunun bir hissəsi Mərəndə və oradan Naxçıvana yollandı. Şəhəri qarət etdikdən sonra Qarabağa girib o biri dəstələrlə birləşərək Qızıl Ordaya getdi. Özü ilə 200 min əsir apardı.

Toxtamışın Azərbaycanda törətdiyi talanlar ölkəni xarabalığa çevirdi. Yerli əhalinin inadlı mübarizəsi və Teymurun qoşunlarının Qızıl Ordu malikanələrinə hücumu Toxtamışın geri çəkilməsinə səbəb oldu. Qaynaqlar Teymurun hücumu ərəfəsindəki vəziyyəti belə şərh edirlər: “Bu dövrdə İranda ölkənin hər tərəfinə fərman verə biləcək bir şəxs yox idi, həmfikir adam tapmaq olmazdı, adamlar bir-birinə etibar etmirdilər”.

 

İstifadə edilmiş Ədəbiyyat:

1.Mais Əmrəhov və Pərviz Səfərov. Türk xalqları tarixi.

2.Azərbaycan tarixi. III cild. (2007)

 YAZAR: Zeynəb Hüseynzadə

Həmçinin bax: Virusların kəşfi və mikrobiologiyası

Həmçinin bax: turaz.org/ordumuz-lacin-dehlizine-nezareti-artirir/