Tovuz təxribatı və Bakının diplomatik zərbələri…
Bu ilin 12 iyulunda işğalçı Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücum cəhdi və növbəti günlərdə davam edən hərbi təxribatı, bölgədə gərginliyin alovlanması, bunun nəticəsində hər iki tərəfdən itkilərin olması yerli ictimaiyyət kimi, beynəlxalq ictimaiyyətin də haqlı narahatlığına səbəb olub. Məhz Ermənistanın Azərbaycan-Ermənistan arasındakı beynəlxalq səviyyədə tanınmış dövlət sərhədi boyunca baş vermiş yeni təcavüz aktı ilə bağlı müxtəlif dövlətlər tərəfindən (ayrılıqda), eləcə də beynəlxalq təşkilatlar tərəfindən (birgə) bəyanatlar verilib, münasibət bildirilib.
Azərbaycanın qurucu üzvü olduğu Türk Şurası, TÜRK PA, GUAM və fəal üzvü olduğumuz İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını, növbəti hücum və işğal cəhdini qətiyyətlə qınayan bəyanatlar verilib, “Kommünike” qəbul edilib.
14 iyul 2020-ci il tarixli açıqlamasında Türk Şurasının Baş katibi, Fövqəladə və səlahiyyətli səfir Bağdat Amreyev Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pislədi və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı verdi. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və (beynəlxalq səviyyədə tanınmış) sərhədlərin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib.
Yenə 14 iyulda İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Bəyanatla çıxış edərək Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonunda hücum cəhdini qətiyyətlə pisləyib. İƏT Baş katibi cənab Yusif bin Əhməd əl-Osaymin şəhid olan Azərbaycan hərbi qulluqçularının ailələrinə başsağlığı verib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsa-sında həllinin dəstəkləndiyi vurğulanıb.
Qoşulmama Hərəkatının 18 iyul 2020-ci il tarixli “Kommünike”si isə Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı, yeni işğal cəhdi ilə bağlı 120 üzv dövlətin mövqeyini ifadə edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənib. Hərəkatın Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyi bir daha təsdiq edilib. Hərəkat üzvləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə göstərdiyi səylərlə həmrəy olduğunu ifadə edib.
TÜRK PA Baş katibi cənab Altınbek Mamayusupov Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhəd yaşayış mənətəqələrini atəşə tutmasını – mülki əhalinin ölümü ilə nəticələnən hücum cəhdini şiddətlə qınayıb. TÜRK PA-nın Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini dəst
Qaynaq :Axar.az
Müxbir : kafkazh.com xüsusi müxbiri Nuray Ələkbərova