Tovuz hücumu ilə bağlı BMT-də məsləhətləşmə… – Zaxarova
Atəşkəs rejiminin pozulması halları azalıb, lakin gərginlik hələ də qalır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
“Ötən həftə münaqişə zonasındakı duruma Minsk Qrupunun, daha sonra ATƏT-in Daimi Şurasının iclasında təşkilatın bütün ölkələrinin iştirakı ilə baxılıb. Həmsədrlər münaqişə tərəfləri ilə təmasdadır. Vəziyyətlə bağlı BMT Baş Katibliyində məsləhətləşmələr keçiriləcək”, – Zaxarova qeyd edib.
Axar.az
Nuray Ələkbərova