Torpaqşünaslığın inkişaf tarixi

Öncəliklə onu qeyd etmək lazımdır ki,torpaqşünaslıq torpaq və onun yaranması ( genezisi), inkişafı , tərkibi həmçinin də torpaqların müəyyən coğrafi şəraitdə yayılmasının qanunauyğunluqlarını və torpağın ən önəmli xassəsi sayılan onun münbitliyinin yaranması eyni zamanda da inkişafı haqqında elmdir. Bu elm həmdə torpaqlardan səmərəli şəkildə istifadə etmək, məhv olmuş torpaqları yenidən bərpa etmək bununla yanaşı həmdə onların qorunmasına xüsusi diqqət yetirir. Torpaqşünaslıq elminin yaranması xıx əsrin sonlarına təsadüf edir. Torpaqşünaslıq bir elm sahəsi kimi formalaşmasında xüsusilə tanınmış rus alimləri olan V.V. Dokuçayev, P.A.Kostıçyev, eləcə də N.M.Sibirtsevin bu sahədə xidmətləri danılmazdır. Təsadüfi deyil ki,torpağa ilk dəfə elmi cəhətdən yanaşaraq təhrif də məhz elə V. Dokuçayev tərəfindən verilmişdir. Təhrif belədir: Dağ süxurlarının ( fərqi yoxdur hansı) su,hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş “ açıq “ və ya xarici qatına torpaq deyilir. Dokuçayev həmdə müəyyənləşdirmişdir ki, torpağın yaranmasında dağ süxurlar ( həmçinin ana süxurlarda) və onların quruluşu, tərkibi ,bundan başqa,ərazinin relyefi və s. Bunun kimi amillərin mürəkkəb qarşılıqlı təsiri əsasında yaranır. Torpaqşünaslıq elminin inkişafı və torpaqları haqqında aparılan araşdırmalardan məlumdur ki,torpağın ən önəmli xassəsi onun münbitliyidir. Münbitlik dedikdə əsasən torpağın bitkini normal şəraitdə inkişaf etdirməsi üçün lazım olan vasitələrlə təmin etmək qabiliyyəti nəzərdə tutulur.
Yuxarıda torpaqşünaslıq elminin yaranmasında iştirak edən rus alimlərini qeyd etmişik. Azərbaycan da bu elmin inkişaf etməsində bir sıra alimlərin əməyini xüsusilə qiymətləndirmək lazımdır. Bunlara misal olaraq: H.Ə.Əliyev, M.E. Salayev, R.H Məmmədov ,K.A.Ələkbərov, M.P.Abduyev, Ş.G. Həsənov və bu kimi dövrünün tanınmış alimlərini xüsusilə qeyd etmək lazımdır.
Bildiyimiz kimi başqa elmlərdə olduğu kimi məhz elə torpaqşünaslıq elminin inkişafı bir sıra mərhələlərdən keçmişdir.
1. Birinci mərhələ torpaqların xassələri və münbitliyinin haqqında biliklərin pərakəndə formalaşması və əkinçiliyin yaranması ilə bağlıdır. Bu mərhələdə torpaqlar daha çox müqəddəsləşdirilirdi. Həmdə bu mərhələdə torpaqlarda olan münbitlik haqqında əfsanələrə və dastanlara rast gəlinir.
2. İkinci mərhələ əsasən torpaqlardan istifadə forması haqqında ilkin məlumatların toplanması ,eyni zamanda da, ilk torpaq kadastrının hazırlanması mərhələsidir
3. Biliklərin sistemləşdirilməsi mərhələsi.bu mərhələdə yunan alimləri ilk dəfə torpağın profil quruluşu barəsində fikirlər söyləmişlər. Həmçinin də torpağın münbitliyinin qiymətləndirilməsi məsələsini zəruri hesab edirdilər. Üçüncü mərhələ əsas etibarilə yunan – roma mədəniyyətlərində öz əksini tapdığı üçün burda bir sıra tanınmış Roma alimlərini misal göstərə bilərik: Mark Katon, Qay pliniy, Vergiliy, Palladiya və.s kimi şəxsləri göstərə bilərik.
4. Torpaqların tədqiq olunması, torpaq -kadastr işləri mərhələsi. Mərhələ əsasən vı- xvıı əsrləri əhatə edir. Mərhələnin səciyyəvi cəhəti əsasən feodalizm münasibətinin inkişafı ilə əlaqədar olmuşdur. Bunun nəticəsində torpaqlar qiymətləndirilməsi işləri aparılır və nəticədə kadastr tipli yazı kitablar ortaya çıxır.

5. Torpağa müasir baxışların yaranması, torpaq və onun münbitliyinin hərtərəfli eksperimental öyrənilməsi mərhələsi. Bu mərhələdə torpaqlar haqqında müasir baxışlar formalaşır. Buna misal olaraq A.Kyulbelinin ilk dəfə elmə “humus “ anlayışı gətirməsini xüsusilə qeyd etmək lazımdır. Bundan başqa N.Valriusun(isveç alimi) , Tyurqonun( Fransa) , M.V.Lomonosovun, A.T.Bolotovun və başqalarının bir sıra ideyalarından danışmaq olar.
6.Aqrogeologiya, Aqrokulturkimya və torpaq xəritəçiliyinin təşəkkül tapması və inkişafı mərhələsi. Bu mərhələ xvııı əsrin sonları və xıx əsrin əvvəllərinə təsadüf edir. Mərhələnin əsas xarakterik cəhəti torpaq haqqında iki təsəvvürün yaranması idi. Bunlar Aqrogeoloji və Aqrokulturkimya ideyaları idi. Lakin bu ideyalardan heç biri torpaqşünaslığın inkişafına təkan verə bilmədi.
7.Genetik torpaqşünaslığın yaranması mərhələsi. Biz yuxarıda da torpaqşünaslığın inkişaf etməsində V.V.Dokuçayevin nə qədər böyük rol oynadığını qeyd etmişdik. Dokuçayevin daha bir uğuru isə genetik Torpaqşünaslığın banisi olmasıdır. Dokuçayevin işlərinin əsas xarakterik cəhəti isə ondan ibarətdir ki,O torpaqları ayrı -ayrı amillərin qarşılıqlı təsirinin nəticəsi kimi qiymətləndirirdi. O torpaqların qanunauyğunluqlarını öyrənirdi. Torpaqşünaslığın bu cür inkişafı həmdə geologiya, geobotanika , meşəçilik, əkinçilik, geokimya, minerologiya və.s bu kimi elmlərin də inkişafına səbəb olmuşdur.
8. Torpaq haqqında Dokuçayev təliminin intensiv inkişafı,onun differensiasiyası və torpaqşünaslıq daxilində müxtəlif istiqamətlərin yaranması mərhələsi. Bu mərhələ xx əsrin əvvəllərində təsadüf edir. Bu mərhələdə əsasən kapitalist münasibətləri inkişaf edirdi, sosial təbəqələşmə güclənir. Dokuçayev isə bu mərhələdə torpaqlar üzərində geniş tədqiqatlar aparır. Torpaqların bu şəkildə tədqiq olunmasında həmdə K.D.Qlinka, S.S.Nestruyev, N.A.Dimo, L.İ.Prasolov və.başqalarının əməyi danılmazdır. Bu dövrdə torpaqşünaslığ elminin inkişafında K.D.Qlinkanın rolu böyükdür. O dağ süxurlar və onların aşınması, genezisi ilə bağlı mühüm işlər görmüşdür.
9. Torpaqşünaslığın sürətli inkişafı, yeni -yeni sahələrin və təlimlərin yaranması mərhələsi. Bu mərhələ əsas etibarilə xx əsrin 90- cı illərinə qədər davam etmişdir. Mərhələnin əsas xarakterik cəhəti yeni ideyaların yaranmasıdır. Buna misal olaraq V.İ.Vernadskinin araşdırmasının nəticəsi olan biogeokimyəvi ideyalarını göstərmək olar. Bundan başqa D.N.Pryanişnikovun bitkilər və onların qidalanması, gübrələr və.s haqda nəzəri əsaslarını da qeyd edə bilərik.
10. Torpaqşünaslığın ən müasir inkişaf və beynəlxalq əməkdaşlıq mərhələsi. Sonuncu mərhələ sayılan onuncu mərhələdə artıq sovet ittifaqı dağılır məhz elə bununla əlaqədar olaraq Azərbaycanda da torpaqşünaslıq elmi inkişaf etməyə başlayır. Mərhələnin əsas xüsusiyyəti torpaqların nomeklaturasının yaranması həmçinin də diaqnostikasının yaradılmasıdır.
Yazar: Babazadə Jalə
Ədəbiyyat siyahısı: Qərib Məmmədov “ torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları səh 15-19.

Cəfərov M.İ. torpaqşünaslıq ( ı hissə) 1982. Səh 221.
Əliyev A.H., Hüseynov A. Ə. torpaq coğrafiyası. Torpaqşünaslığın əsasları ilə.Bakı 1995