Torpaqəmələgətirən süxurların və torpağın qranulometrik və mineraloji tərkibi
Qranulometrik tərkib:
Aşınma prosesləri zamanı süxurlar müxtəlif ölçülü hissələrə parçalanaraq yumşaq kütləyə çevrilirlər. Belə hissəciklərə mexaniki ünsürlər (elementlər) deyilir. Mexaniki ünsürləri təşkil edən hissəciklər ölçülərinə görə fraksiyalarda cəmləşdirilir. Torpağın mexaniki xassələrini (qranulometrik) öyrənən A.N.Kaçinskiyə görə torpağın mexaniki (qranulometrik) ünsürü dedikdə onun tərkibindəki ayrı-ayrı süxur və mineral qırıntıları, həmçinin bütün elementləri ilə qarşılıqlı kimyəvi əlaqədə olan amorf birləşmələr nəzərdə tutulur. Mexaniki ünsürlər üç tip olur: mineral, üzvi və üzvü-mineral.
Torpağın kütləsi əsasən mineral ünsürlərdən təşkil olunmuşdur.
Torpaqda və süxurda mexaniki ünsürlərin nisbi miqdarına qranulometrik tərkib deylir. Bu miqdar quru torpaq çəkisindən faizlərlə ifadə ounur.Torpaq və süxur hissəciklərinin ölçülərinə görə qruplaşdırılması mexaniki ünsürlərin qranulometrik təsnifatı adlanır.
Hissəciklərin ölçülərinə görə fraksiyalarda qruplaşdırlması qranulometrik elementlərin təsnifatı adlanır. N.A.Kaçinskiyə görə aşağıdakı fraksiyalar ayrılır:
Fraksiyalar Fraksiyaların ölçülüəri, mm
Daş > 3
Çınqıl 3-1
Qum:
iri qum 1-0,5
orta qum 0,5-0.25
xırda qum 0,25-0,05
Toz:
iri toz 0,05-0,01
orta toz 0,01-0,005
xırda toz 0,005-0,001
Lil:
kobud lil 0,001-0,0005
narın lil 0,0005-0,0001
Kolloidlər < 0,0001
Fiziki gil < 0,01
Fiziki qum > 0,01
Cədvəldən göründüyü kimi diametri 3 mm-dən böyük olan hissəciklər daş, 3-1 mm arasında olanlar çınqıl, 1,0-0,5 qum, 0,05-0,001 mm toz, 0,001-0,0001 mm lil, 0,0001 mm-dən kiçik hissəciklər kalloid hissəciklər adlanır.
Ölçüsü 0,01 mm-dən kiçik olan bütün mexaniki elementlərin cəminə fiziki gil, 0,01 mm-dən böyük hissəciklərin məcmuuna isə fiziki qum deyilir.Ölçüsü 1 mm-dən kiçik hissəciklərin cəmi narın torpaq, 1 mm-dən böyüklər isə torpaq skeleti adlanır.
Mexaniki elementlər müxtəlif mineraloji, kimyəvi, fiziki və fiziki-kimyəvi xassələrə malikdirlər. Daşlar və çınqıllar əsasən süxur qırıntılarından, bəzən isə minerallardan ibarət olurlar. Qum və toz hissəcikləri kvars,çöl şpatı,slyuda və digər ilkin minerallardan ibarətdir.Lil hissəcikləri tərkibində isə ilkin minerallardan başqa törəmə minerallar da olur. Mexaniki elementlərin ayrı-ayrı qrupları fiziki və su xassələrinə görə fərqlənirlər. Daş və qum hissəcikləri suyu yaxşı keçirir, lakin onu özündə pis saxlayır. Toz isə əksinə suyu pis keçirir və onu özündə yaxşı saxlayır. Mexaniki elementlərin ölçüləri azaldıqca onların tərkibindəki silisiumun miqdarı azalır, dəmir və alüminium oksidləri, kalsium, maqnezium və s. maddələr çoxalır.
Torpağın fiziki-kimyəvi prosesləri əsasən lil fraksiyası ilə əlaqədardır. Lil hissəciklərində çoxlu humus (üzvi maddə) və bitkilərin qidalanması üçün lazım olan mineral maddələr, azot və s. toplanır. Kalloid hissəciklər torpaq strukturasının yaranmasını təmin edir.
Müasir torpaqşünaslıqda N.A.Kaçinskinin təsnifatından geniş istifadə olunur.Cədvəl 2.
Cədvəl 2.
Qranulometrik tərkibinə görə torpaq və süxurların təsnifatı
Qranulometrik tərkibinə görə qısa adı |
Fiziki gilin miqdarı (<0,01mm) miqdarı, % | Fiziki gilin miqdarı (>0,01mm) miqdarı, % | ||||
Torpaqlar | ||||||
Torpaqəm
ələgəlmənin podzol tipi |
Torpaqəm
ələgəlmənin bozqır, həmçinin qırmızı və sarı tipi |
Şorakət və şiddətli şorakət
vari |
Torpaq
əmələ gəlmənin podzol tipi |
Torpaqəm
ələgəlmənin bozqır, həmçinin qırmızı və sarı tipi |
Şorakət və şiddətli şorakət
vari |
|
Qumlu:
Yumşaq qum |
0-5 | 0-5 | 0-5 | 100-95 | 100-95 | 100-95 |
Bitişkən qum | 5-10 | 5-10 | 5-10 | 95-90 | 95-90 | 95-90 |
Qumsal | 10-20 | 10-20 | 10-15 | 90-80 | 90-80 | 90-85 |
Gillicə:
Yüngülgillicəli |
20-30 | 20-30 | 15-20 | 80-70 | 80-70 | 85-80 |
Ortagillicəli | 30-40 | 30-45 | 20-30 | 70-60 | 70-55 | 80-70 |
Ağırgillicəli | 40-50 | 45-60 | 30-40 | 60-50 | 55-40 | 70-60 |
Gilli:
Yüngül gilli |
50-65 | 60-75 | 40-50 | 50-35 | 40-25 | 60-50 |
Ortagilli | 65-80 | 75-85 | 50-65 | 30-20 | 25-15 | 50-35 |
Ağırgilli | >80 | >85 | >65 | <20 | <15 | <35 |
Bu təsnifatda fiziki gil və fiziki qumun miqdarı, həmçinin mexaniki fraksiyalar nəzərə alınmışdır.
Həmin təsnifata istinad edərək hər hansı torpağın mexaniki tərkibini müəyyən etmək olar. Məsələn,çimli-podzollu torpağın tərkibi 28,1% fiziki gil,37,0% qum,34,9% iri toz, 16% orta toz və 12,1% xırda tozdan ibarətdir.Bu torpağın qranulometrik tərkibinə görə əsas adı – yüngül gillicəli,əlavə olaraq,iri tozvari-qumlu olacaqdır.Nümunədən göründüyü kimi, torpağın əlavə, dəqiqləşdirici adı iki əsas fraksiyaya görə verilir.
Məsələn, Tutaq ki, şoran və şorakət toprağın mexaniki elementlərinin miqdarını müəyyən etmişik:lil-35%,toz hissəcikləri (orta və narın) -25%, iri toz -20%,qum 15%-dir.Bu torpaq orta gilli qranulometrik tərkibə malikdir (fiziki gilin miqdarı 60% olmuşdur).
Cədvəl 3.
Azərbaycan torpaqlarının qranulometrik tərkibinin şkalası
Fiziki gilin (<0,01 mm) miqdarı,
% |
Qranulometrik tərkibinə görə qısa adı |
<10 | Qum |
10-20 | Qumsal |
20-30 | Yüngül gillicə |
30-40 | Orta gillicə |
40-50 | Ağır gillicə |
50-60 | Yüngül gil |
60-70 | Orta gil |
>70 | Ağır gil |
Torpağın qranulometrik tərkibi onun xassələrinin və münbitliyini aşkar etməyə imkan verir. Qumlu, qumsal torpaqlar kənd təsərrüfatı alətlərinə az müqavimət göstərdiyindən asan becərilir və bunun üçün onları “yüngül torpaqlar” adlandırırlar.
Belə torpaqlar suyu yaxşı sızdırır, əlverişli hava rejiminə malik olurlar. Üzvi maddələrin minerallaşması intensiv gedir. Lakin bu torpaqların rütubət tutumu və udma qabiliyyəti zəifdir, qida maddələri çox itirir, humus və rütubətlə zəif təmin olunduğundan bitkilərin inkişafı da zəif olur.
Gilli və gillicəli torpaqları becərmək üçün çoxlu enerji sərfi tələb olunur. Belə torpaqlara “ağır torpaqlar” deyilir. Ağır torpaqlar suyu çətin sızdırır, su və hava rejimi bitkilər üçün əlverişsiz olur. Lakin bu torpaqlar qida maddələri ilə zəgindir.
Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, meaxniki tərkib torpaqların mənşəyi, əmələ gəlməsi və təsərrüfat əhəmiyyəti haqqında təsəvvür yaradır.
YAZAR: Səbinə İsmayılova
HƏMÇİNİN BAX: Materik Relyef Formaları
HƏMÇİNİN BAX: Tehsilim.org/ilin-genci-ve-elaci-telebesi-ile-musahibe/