Torpaq uğrunda ölən varsa Vətəndir
Torpaquğrunda ölən varsa,vətəndir
Azərbaycan Silahli Quvvələrinin 26-cı ildönümü ilə əlaqədar
Türkiyə Özəl Kuvvetler okulunda hərbi təhsilalmış hərbi qulluqçu Vahid Abdullayev ilə müsahibə.
Tarix boyu torpağın var olmasını mənalı edəni nsanlardır. Torpaq- uğrunda ölən varsa,vətəndir- deyimi boş yerə yaranmayib. Azərbaycanımızı da bu günə qədər var edən, təkcə keçmişdən tanıdığımız qəhrəmanlar olmayıb,eyni zamanda bu gündə qəhrəmancasına vətən üçün canlarından keçə biləcək gənclərimizin olmasıdır. Bu gənclər Mübariz İbrahimov kimi müasir Azərbaycanımızın ən yenitarixini yazan gənclərdir. Bunlardan biri də Türkiyə Özəl Kuvvetler okulunda təhsil almış, Azərbaycanınən qaynar nöqtələrində həyat təcrübəsi toplamış gəncimiz – Vahid Abdullayevdir.(Ad və soyad şərtidir.)
Kafkazh.com saytı, Azərbaycan Silahlı Qüvvələrinin 26-cı ildönümü ilə əlaqədar,Vahid bəydən müsahibə almışdır. Vahid bəylə müsahibəni sizə təqdim edirik.
-Vahid bəy, mən sizin haqqınızda qısa məlumat verdim. Siz özünüz haqqında daha geniş məlumat verərsinizmi? Bu peşəni seçməyinizin bir tarixçəsi varmıdır?
– Mən uşaq vaxtı ucqar bir dağ kəndində böyümüşəm. O kənddə, mənim uşaqlıq illərimdə hərbiçi yox idi. Bütün uşaqlar kimi mənimdə böyüyəndə nə olub olmayacaqım haqda özlüyümdə gözəl fikirlərim var idi. Uşaqların bir çoxu polis olacağını deyərdi. Mənim dayım birinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdu. Mənim uşaqlığım hər zaman onun haqda mövzuları eşidərək keçərdi. Anam evdə hər zaman ondan söhbət salar, sonda da ağlayardı . Biz uşaq vaxtı elə bilərdik ki, hərbiçi olmaq, axırda ölmək deməkdir. Mən anama “ağlama, məndə böyüyəndə hərbiçi olacam, onda da ağlamazsan” kimi sözlər deyərdim. Həqiqətən mənim böyük bir həvəsim yaranmışdı hərbiçi olmağa. Dayımın əsgər şəkillərini görüb, daha da marağım artardı və tale elə gətirdi ki, mənim həyat yollarım 18 yaşında deyil, 16 yaşımda, məni hərbi müəssisələrinin qapıları ağzına gətirdi. Mən o illərdən ayağıma “botinka” geyinib, əlimə silah aldım.Sinif yoldaşlarım həyətdə top oynayanda, mən bu cür istəklərdən məhrum olmuş bir kursant kimi, hər zaman məktəb uşaqlarına həsrətlə baxardım.
-Pesenizdən çox nə xoşunuza gəlir?
-Bilirsiz hər bir insanın peşəsi ona xoş sevimli olur. Peşəsini sevməyən, ona laqeyd yanaşan insan heç vaxt bu peşədə sonuna qədər işləyə bilməz. Mənim peşəm həqiqətən bir çox peşələrdən fərqlənir. İstər idealığı, istər ağırlığı, istərsə də birinciliyi ilə. Buna görədə mən hər zaman öz işimi sevirəm və onunla qürur duyuram. Tək mən yox, məni tanıyanlar, mənim işim haqda məlumatı olan bütün insanlar bu işin həqiqətən də gözəl, şərəfli, sədaqətli bir iş olduğunu, daim vətən, millət, xalq üçün hər zaman, zamansız, fasiləsiz, ilin fəsilindən asılı olmayaraq, hər zaman xalqımıza qüsursuz xidmət etdiyimizi bilirlər. Buna görə də bu iş hər zaman mənim xoşuma gəlir. Həm də ona görə ki, doğruluq, dürüstlük hər zaman bizimlədir.
–Bu peşəyə yiyələnmək üçün hansı təhsili alıbsınız?
-Bildiyimiz kimi, özəl qüvvətlər mənsubu olmaq və özəl qüvvətlər ailəsinin üzvü olmaq, bir çox insanın arzusu olsa da, bu çox az insana nəsib olur. Bütün dünyanın hər bir ölkəsində bu ölkənin maddi-mənəvi maraqlarını qoruyan, hər zaman dövlətçiliyini, dövlətini qoruyan özəl qüvvətləri vardır. Bildiyimiz kimi Azərbaycanda da bu qurum var. Və bu qurumun zabitləri bir çox xarici ölkələrdə ağrı-acılı kurslar keçərək, lazımi biliklərə yiyələnərək öz ölkəmizə geri dönürlər. Mən də bu peşəyə yiyələnmək, peşəkar zabit olmaq üçün, uzun illər Türkiyədə dağ-komando-paraşüt (havadesantı), amfibiya və bir çox bu tip kurslar keçmiş, hərbi biliyə yiyələnmişəm və bu biliyi özümdən sonra gələn gənc hərbiçi yoldaşlarımla bölüşməklə özümlə qürur duyuram .
-Sizcə hərbiçi olmaq üçün insanda hansı xüsusi keyfiyyətlər olmalıdır?
-Bildiyimiz kimi hərbiçi olmaq üçün insanları gənc yaşlarından xüsusi qruplara ayırıb, onları hər bir insanın öz iş qabiliyyətinə görə ixtisaslara bölürlər. Çünki ilk öncə və daha sonra hərbi keyfiyyətlərin olması, hərbiçi kimi formalaşmağa kömək edir.Bu da gələcəkdə o şəxsdə özünü biruzə verir. Kurslar dövründə, bilirsiniz ki, bir çox dil bilmək, fiziki cəhətdən sağlam, güclü olmaq, mənəvi cəhətdən sağlam olmaq çox vacibdir və bu keyfiyyətlər hərbiçilər üçün müsbət nəticədir, gələcək xidmətlərində, ixtisas seçimlərində onlara çox kömək olur. Ancaq düşünürəm ki, hərbiçi olmaq üçün daha önəmli olan şey onun insani keyfiyyətlərinin olmasıdır. Axı hərbiçi olmaq həm də böyük məsuliyyətə sahib olmaq deməkdir, beləki bir dövlətin, xalqın, millətin təhlükəsizliyinə cavabdeh olursan .
-Sizin işinizdə yaradıcılıq göstərmək mümkündürmü?
-Hərbi iş bəzən improvizasiya tələb edir. Çunki bəzən sənə verilən tapşırıqlarda tək ola bilirsən və tək başına qərar verəsi olursan. Bu qərarsağlam qərar olmalıdır və lazım gələrsə, öz rəisinə bu qərarı əsaslandıra bilməlisən. Bu cürqərarlarınveriləbilməsibacarığı, xidmətdövründəözünün nizam intizamlı göstərilməsi, xidmətinin öhdəsindən layiqincə gələ bilmək bacarığı hərbi qulluqçulara yuxarı rütbə və ya vəzifə verilməsində böyük önəm daşıyır. Hərbidə hərbiçinin situasiyaya uyğun, yaradıcı yanaşaraq, improvizasiya etməsi və düzgün, sağlam qərar verməsi yuxarı rəhbər şəxslərin hərbi qulluqçunu qiymətləndirərək həvəsləndirməsi və çox vaxt rütbə və ya vəzifə artırılması ilə nəticələnir.
-Hərbi qulluq sizi şəxsiyyət kimi necə dəyişmişdir?
-Hərbi qulluq hərbiçilərin xidmət keçdikləri yer olub, kimisi gənc yaşlarında, kimisi isə orta yaş dönəmlərində hərbiyə gəlir və düşdüyü mühitə görə dəyişə bilirlər. Həm də düşdüyün kollektivdə sən birinsan kimi,bir şəxsiyyət kimi özündən asılı olmadan dəyişir və formalaşırsan. Beləki bildiyimiz kimi hərbidə olan insanlar hərəsi bir bölgədən olur və hər bölgənin bir adət ənənəsi vardır.Bunları da görüb-götürür, onlarla yoldaşlıq edib,bir çox yaxşı cəhətlərini götürə bilərsən. Hərbi həyat ınsan ısubardinasiya qaydalarına-yəni böyük-kiçik arasında münasibət qaydalarını öyrədir. Öz evində böyük qardaşına, valideyninə hörmət qoymayan bir şəxs, bəzən hərbidə bunun peşmançılığını çəkir, bu səhvini düzəldir və bundan sonra daim böyüklərə hörmət bəsləyir, öz insani keyfiyyətlərini dəyişir. Mən də hərbidə olduğum müddətdə bir çox şey öyrəndim. Birincisi, kəndyerində böyüdüyüm üçünmən bəzi şəhər qanunlarını, davranışlarını bilmirdim. Bunların hər birini hərbi müəssisədə yoldaşlar tərəfindən öyrəndim.
-İşiniz nədən ibarətdir?
-Bu sirr qalsın, mümkünsə, gələcəkdə lazım olarsa,deyə bilərəm.Təşəkkür edirəm.
-Əlbəttə,mümkündür. Biz sizin hər birqərarınıza hörmətlə yanaşırıq, Vahid bəy.
-İşinizdə ən maraqlı olan şey nədir?
-İşimdə maraqlı olan şey çoxdur. Belə ki,mənim işim onsuzda maraqlı, çətin və şərəfli bir işdir. Hər bir hərbi qulluqçunun arzusunda olduğu isə geydiyimiz xüsusi geyimdir. Kənara-xüsusi tədbirlərə çıxdıqda bu çox böyük maraq oyadır.Bu da bizə bir növ qürur verir. İşimin mənim üçün ikinci maraqlı cəhəti, bəzən sevdiyim insanlarla uzaq məsafəli yürüşlərə-dağlar qoynuna yürüşlər etməyimiz, təlimlər keçməyimiz, ya da səmada təyyarələr vasitəsi ilə yüksəklikdən paraşütlə atılmaq və s.-dir. Çünki, ümumiyyətlə,adi sıravi insanların nə qədər pul xərcləsələr də sahib ola bilmədikləri şeyləri bizim etməmiz, işimizə maraq qatır. Bir çox yüksək dağlar var ki, ora ancaq alpinistlər qalxabildiyi halda, biz bu yerlərdə təlimlərdə iştirak etmişik. Bu çox maraqlı olur və bizdə ruh yüksəkliyi yaradır.
–Sizin ixtisasınız ölkəmiz üçün nə qədər vacib və faydalıdır?
-Mənim ixtisasım mənim ölkəm üçün çox vacibdir və həqiqətəndə faydalıdır. Belə ki, bu ölkənin hər bir qarış torpağı bizim üçün necə əzizdirsə, mənim ixtisasımda məni müçün o qədər doğma və əzizdir. Çünki bu ixtisasıma arxalanaraq, mən xalqımı əmin edirəm ki, narahat olmasınlar, bu vətən, bu torpaq etibarlı əllərdədir.
-Var olun, Vahid bəy! Biz sizə arxalanırıq!
-Vahid bəy, sizin peşənizdə nəqədər müddətə professianallıq qazanmaq olur?
-Bildiyiniz kimi,hərbiçi olmaq heç də işində həmişə peşəkar olacaqsan-demək deyildir.Çünki, başqa peşələrdən fərqli olaraq, gərək hər zaman özünü formada saxlayasan, öz peşən üzərində çalışasan, bilmədiklərini başqa bilənlərdən öyrənəsən. Bu xidmət illərinin çoxluğuna və ya azlığına baxmır. Daima öz peşənin üzərində çalışmalısan.Düzdü bizim özəl qüvvətlər kursunu bitirən hər kəs,demək olar ki, artıq işinin peşəkarı sayılır. Çünki bu kurs müddətində ixtisasa dərindən yiyələnirsən, ancaq yenə də hər zaman çalışmalısan. Bu peşənin özəlliyidir ki, daim özünü fiziki və zehni formada saxlamalısan. Bu vacibdi. Çünki, insan yaddaşı və fiziki keyfiyyətləri daim öz üzərində çalışmağı tələb edir. Hələ orasını demirəm ki, texniki tərəqqinin ən çox tətbiq olunduğu sahə hərbidir. Yeniliklərlə ayaqlaşmaq lazımdır.
–Vahid bəy, elə anlar olubmuki, size olduğunuz şərait qorxulu gəlib?
-Bilirik ki, hər bir insanın içərsində qorxu var. İçində qorxusu olmayan insan, məncə normal bir insan deyil. Bəli mənim də həyatımda bu cür hadisələr olub. Lakin şəxsi qorxu olmayıb, həqiqətən də dövlət, millət, xalqüçün içimdə qorxu olub. Çünki elə bir vəziyyətlə qarşılaşmışıq ki, həqiqətən də qorxmuşam ki, bu iş alınmasa,xoşa gəlməz hadisə ola bilər. Bunun üçün hətta üzülmüşəmdə.Bu mənim həyatımda dəfələrlə başverib.Yenə də Allaha min şükürlər olsun ki,vəziyyətdən xətasız-bəlasız qurtulmuşuq. Hər işdə, necə deyərlər,xeyir varmış.
–Gənclərə nə məsləhət görərdiniz?
-Mən öz adımdan, hərbiçi yoldaşlarımadından, bütün komandir və rəislərim adından, rəhbər şəxslərimizin adından gənclərimizə demək istəyirəm ki, vətənpərvər olsunlar, vətəni, bu milləti sevsinlər, əllərini bu vətəndaşının altına gücləri çata biləcək qədər salsınlar, vətənin hər bir xırda gücə ehtiyacı var.Çünki bilirik ki, dünyada iki yüzdən çoxdövlət var, ancaq onların 165-nin bayrağı, gerbi və himni var. Onların içərisində vahid birdövlət olaraq biz də varıq.
Gənclər pisvərdişlərdən, cahillikdən uzaq olsunlar. Belə şeylərin nə əvvəli, nə də sonu var. Hər bir gəncimiz ancaq bu vətən, bu millət haqda duşünsün, itirilmiş torpaqlar, əsirlikdə olan ana-bacılarımız,ata və qardaşlarımız haqda düşünsün.
–Gələcəkdə oğlunuz hərbiçi olmaq istəsə, ona mane olardınızmı?
-Mənə valideynlərim heç vaxt bu peşəni seçməkdə mane olmayıblar, əksinə mənə dəstək olublar,arxa-dayaq olublar. Mən də bu günə qədər heç vaxt onların başını aşağı edəcək heç bir pis iş tutmamışam, hər zaman onların adını uca tutmuşam. Mən də arzu edərəm ki, mənim oğlum olsun, o da mənim kimi hərbiçi olmaq istəsin.Mən hər zaman bir hərbiçi kimi, ata kimi ona arxa-dayaq olaram,ona bu yolda kömək olaram. Özüm ona hərbi haqda bir çox məlumatlar verərəm, ona sevdirərəm.Ümud edirəm ki, əgər nəvaxtsa oğlum olarsa, o yüz faiz hərbiçi olacaq. Əlbəttə ki,öz istəyi ilə.Ancaq görsəm ki, o hərbiçi olmaq istəmir, heç vaxt onu məcbur etmərəm. Çünki həyatda hərşey istəyə bağlıdır, məcburiyyətə deyil.
-Cəmiyyətdə sizə münasibət necedir?
-Bilirsiniz ki, cəmiyyətdə bizə münasibət bir mənalı olsada, bir çox insanların fikri, münasibəti başqadır. Erməni xislətli insanlar var ki, onlar daima bizə, bizim orduya nifrətlə yanaşıblar, daim çalışıblar ki, hərbini, hərbiçiləri gözdən salacaq hərəkətlər edərək onları şantaj etsinlər. Ancaq bunların bəzilərinin qarşısı alınıb və bir çoxları da inzibati məsuliyyətə cəlb edilməklə cəzalandırılıblar. Ancaq mən tam əminliklə deyərdim ki, əhalinin bir çoxqismi, əsasən də rayon və rayon ətrafı kəndlərdə hərbiyə və hərbiçilərə münasibət çox müsbətdir. Bizi hər zaman xoş qarşılayırlar. Bu da bizim üçün sevincli və ruh vericidir. Necə deyərlər, biz də gücümüzü xalqdan, millətdən alırıq.
-Mənim gördüyüm cəmiyyət daima əsgərlərimizə dəyər verib, onlara çox qayğıkeş münasibət edib. Başqa cür ola da bilməz. Çünki sizlər varsınız deyə, biz bu gun sivil həyat keçirə bilirik, dövlətimizin dunya siyasi arenasında müəyyən yeri və gücü var.
–Sizin üçün müharibə nə deməkdir?
-Bilirsiniz, müharibə hər kəsdən nəyi isə alıb aparan bir şeydi. Şəxsən mənim üçün müharibə çoxlu döyüş yoldaşı itkisi olub. Mənim üçün bu baxımdan çox ağrılı və acılı keçib. Çünki müharibə varsa,orda itki qaçınılmazdır. İndi bilirsiniz ki, hal-hazırda dövlətlər arasında siyasi soyuq müharibələr gedir.Bizim üçün- 20% torpagı işğalda olan xalq üçün, müharibə qaçınılmazdır. Ali Baş Komandanın əmrini gözləyirik. Hər an müharibəyə hazırıq. Bunu xalqımız da bilir, dövlətimiz də. Aprel döyüşlərində bir daha sübut olundu ki, Ermənistan ordusunun qarşısında duran,uzun illər əvvəlki pərakəndə ordu deyil, Azərbaycanın güclü,qüvvətli nizami ordusu dayanıb. Ayaqları altında olan Azərbaycan torpağı üçün Azərbaycan əsgəri hər an müharibə etməyə hazırdı.
-Var olun!Bizim orduya eşq olsun!
Müharibə ilə əlaqəli nostalji hisslər keçirirsinizmi?
-Müharibə ilə əlaqəli deyil, şəhid olmuş döyüş yoldaşlarım haqqında nostalji hisslər keçirirəm. Müharibə hər bir insanda acı xatirələrdən başqa heç bir şirin xatirə buraxmır ki, onun üçün nostalji hisslər keçirim. Hər yerdə şəhid qanı olan bir yerlər üçün necə nostalji hissləri keçirmək olar axı?Bu hansısa bir parkda oturub yeyib-içmək məclisi deyilki? Bizim xatirəmizdə yaşayan müharibə, bizdə ancaq tarixi bir qan yaddaşıdır, başqa heç bir şey deyil. Ümid edirəm ki, döyüş yoldaşlarımda mənim bu fikirimlə razıdır.
-Şübhəsiz,Vahid bəy. Haqlısınız. Mən bu sualıverəndə onunəzərdə tutmuşdumki, bəzi hərbiçilər, düşmənə olan nifrətini söndürmək üçün, muharibənin olması faktının, bu hisslərini reallaşdırmaq üçün yeganə bir çıxış yolu olduğunu düşünə bilərlər. Dünya praktikasından da bu məlumdur.
-Sizə xatirələr, hərbi yuxular əziyyət verirmi?
-Bilirsiniz, bayaqda qeyd etdiyim kimi, bizim üçün acı xatirələr çoxdur. Tarixi yada salacaq xatirələrimizdən biri olanXocalıdır ki, mən hər zaman televiziyada Xocalı haqda hər hansı birv erlişə və ya onun işğalı haqda bir filmə baxanda həqiqətən bir vətəndaş olaraq bu mənə əzab-əziyyət verir.Ermənilərin törətdikləri o amansızlıqlar, qadınlara, ana-bacılarımıza verdikləri şiddətli cəzalar göz önümə gəldikdə, yuxum ərşə çəkilir. Nə yaxşı ki, mən yuxuya çoxda meyilli deyiləm.Bu məndə uşaqlıq vərdişidir. Mən uşaq vaxtlarından gec yatan, tez duran olmuşam. Hərbidə də bunun mənə çox köməyi olmuşdur, mən heç vaxt busarıdan əziyyət çəkməmişəm və bütün hərbiçi yoldaşlarıma da bu cür ayıq-sayıq olmağı arzu edirəm.
-Baş vermiş hadisələrə, yasadığınız hərbi həyata hal-hazırda–illər sonra necəqiymət verirsiniz?
-Bu cür hadisələr çoxdu və mən onları bu gün burda danışmaq istəmirəm. Çünki o cür hadisələri danışmazlar. Bəzən elə şeylər var ki, onlar sənindi və səndə olaraqda qalması daha məqsədə uyğundur .
-Kecmişin dərki və qiymətləndirilməsi prosesi necə gedir?
– Bilirsiniz bu istər dövlət, istərsə də şəxs olaraq qiymətləndirilməlidir. Beləki dövlət olaraq hər bir dövlət formalaşmaq üçün bu dövlətin keçdiyi həyat yoluna nəzər salır.Əgər buna nəzər salınmazsa, bu dövlətin gələcəyindən söhbət gedə bilməz. Mən də bir insan olaraq, (düzdü səhvsiz insan yoxdur, səhvini görməyən onu düzəltməyən insanlar var), hər zaman həyat səhifələrimi geriyə vərəqləyən, orda hansı səhvləri buraxdığımı axtaran insanam və tapdığımda buna çox sevinirəm, onun üzərində işləyirəm, gələcəkdə növbəti həyat səhifələrimdə bir daha bu cür səhvlərimin olmaması üçün bacardığım qədər çalışıram. Hələki, mənim fikrimcə,bu proses mənim üzərimdə yaxşı gedir. Heç bir əyri-əskiklik olmayıbdır.
-Sizi müharibəyə göndərənlərə münasibətiniz.
-Məni müharibəyə göndərən, birinci mənim içimdəki düşmənə nifrətdir. Bu nifrət mənim tariximdən –ata-babalarımdan qalma bir mirasdır. İkincisi, mənim xalqımdır, mənim millətimdir ki, bu müharibəyə getməyi, orda canımı-qanımı qurban verməyi mənim vətəndaş borcuma çevirir. Üçüncü isə bu mənim peşə işim olduğu üçün mənim öz rəislərimə, komandirlərimə, vətənimə verdiyim bir anddır. Müharibədə iştirak etməkdən, daxilimdə də olsa belə, heç vaxt yayınmağa çalışmamışam. Əksinə komandirlərim mənimüharibəyə aparmasaydılar, arxacəbhədə saxlasaydılar, mən budurumdan narazı qalardım, təəssüf hissi keçirərdim, bəlkə də özümə nifrət edərdim. Nəyaxşı ki, bu hissləri mən hal-hazırda keçirmirəm, çünki mən müharibənin alovunda yaşamışam. Fürsətdən istifadə edərək bu işdə əməyi olan hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm və Azərbaycan Silahlı Qüvvələrinin yaranması kimi şərəfli bir günlə hamını təbrike dirəm.
-Biz də xalqın sakit həyat sürməsi üçün, torpaqlarımızın bölünməməsi üçün, dövlətçilyimizin qorunması üçün canından da keçməyə hazır olan döyüşçülərimizə hədsiz minnətdarıq, sizi və onları, ümumilikdə bütün Azərbaycan xalqını bu əlamətdar bayram münasibə tilə təbrik edirik.
-Müharubədəiştiraketmənizgələcəkhəyatınızanecetəsiretdi?
-Bilirsiniz,müharibədəiştiraketməkhərbirinsanıninsanlıq,vətəndaşlıqborcudurvəorahərkəsgetməlidir.Düzdübəziinsanlar varki,onlarbəziüzürlüsəbəblərdəngedəbilmirlər. Mənimiştirakımisəbugünkigündə, gələcəkdədəmənimvicdanımırahat, üzümüisəağedir.Əminliklədeyəbilərəmki, müharibədəiştirakımhəçdəmənimhəyatimamənfitəsiretməyib, həttadeyərdimki, məniucaldıb.
-Bizimvədüsməninhərbitexnikası -müharibəbərabərşəraitdəkeçirdimi?
-Bəziməlumatlarməxfiolduğuüçünbuhaqdaheçnədeyəbilməyəcəm.
-İnsan ve texnika munasibətləri sistemi.
-Bizim hərbi qulluqçular bütün texnikalara, onların sirlərinə çox yaxşı yiyələnmişlər. Bu isə muharibənin gedişatında çox yaxşı tərəfdən özünü biruzə verir. Texniklarımız çətin relyeflərdə çox yaxşı irəliləyir və düşmənin istənilən hücumlarına qarşılıq vermək gücünə malikdir.
–Hərbi dostluqlar,qarşılıqlı kömək, böyüklər və kiçiklər arasında münasibətin rolu. Dostların itirilməsi.
– Bildiyimiz kimi ən böyük kollektivçilik ruhu hərbiçilər arasında olur. Bu cür dostluq, yoldaşlıq mən inanmıram ki, ikinci hansısa bir qurumda olsun. Böyük-kiçik münasibətləri isə daha üstün səviyyədədir. Hərbçilər arasında bir yaş belə böyük olmaq arada olanpərdəni saxlamağa gətrib çıxarır. Hərbi qulluqçuların dostluğu çox gözəl və möhkəm olur. Bəzən bu cür dostluqlar ailəvi münasibətə kimi gətirib çıxarır ki, bu da bir çox hərbi qulluqçuların ailəliklə bir-birləri ilə dostluq, yoldaşlıq bağlarının möhkəmliyinə gətirir. Bu isə bəzən həmin yerdə olan böyük-kiçiklik göstərən rəhbər şəxslərdən aslı olur.
–Çətinliklər, maraqlı, məzəli hadisələr.
-Hə, çətinliklər də var, maraqlı, məzəli hadisələr də. Bəzən çətinlik məzəli əhvalatla da yadda qalır. Hərbiçilər çətin günlərini daim bir yerdə keçirirlər. Bəzən olub ki, bir konfeti bir neçə insan arasında bölüb yemişik. Hərbiçilərin bəzən amansız, acımasız, çətin yolları olur. Ancaq maraqlı hadisələr də həddindən artıq çox olur. Beləki bir gün, biz iş yoldaşımızın şəxsi avtomobili ilə başqa bir rayondan digər iş yoldaşımızgilin məclisindən evə qayıdrdıq. Axşam,havada çox soyuq,yollar isə buzlu…
Biz arxada oturmuşuq, rəisimiz isə sürücünün yanında,qabaqda əyləşib. Birdən maşın yerindən oynadı. Hamımız arxada oturub, heç kim heç nə danışmır. Əlbəttəki, içəridəki sakitlik təbii ki, rəisin burda olması üzündən idi. Birdən sürücü sakitliyi pozdu və dedi. “Ay Allah xeyirliyə calasın, bu nə yuxu idi gördüm. Arxada oturan uşaqlar, içimən daxil, hamımız bu sözə güldük. Sonra dedik ki, sənin sükan arxasında yatdığın az deyilmiş, hələ yuxuda görürsən?Bax belə hadisələrdə olur.
-Müharibə zamanı dincəlmə dəqiqələri necə keçirdi? Hansı şəraitdə və nə qədər yuxulaya bilirdiniz?
-Məlumdur ki,müharibə daimi və uzun müddətli, davamiyyətli, fasiləsiz olmur. Müharibədə fasilələr çox olur. Bu fasilələr yemək vaxtları, istirahət, yuxu vaxtlarına bölünür. Beləcə istirahət vaxtı çatan hərbiçilər yeməyini yeyir və iki-üç saat,az da olsa gözünün acısını alır. O da yatmaq deyil, sadəcə göz yorğunluğunu çıxarmaqdır. Bir də növbə çəkən şəxslər olur ki, onlar da növbələrində olurlar. Növbəti döyüş başlayana kimi, bax beləcə davam edir.
-Müxtəlif mərhələlərdə müharibəyə münasibətiniz necə idi? Hərbiçi olmamışdan əvvəl, hərbiçi olandan sonra bu münasibətdə fərq varmı?
– Mən hərbiçi olmamışdan öncə, bayaq yuxarıda dediyim kimi, elə bilirdim ki, əsgərlər hamısı ölürlər. Təbii ki, bu fikir dayıma görə idi. Sonra müharibə haqda fikirlərim yarandı. Müharibənin çətinliyinin bu qədər olduğunu bilmirdim. Axı biz televiziyada müharibənin arxa tərəfini görməzdik, ancaq səngər və əsgər görərdik. Elə bilirdik ki, çox asandı. Əslində elə deyil. Müharibə çox çətindir.Onun idarə olunması hər şeydən çətindir. Bura qida ilə təminat, rabitə ilə təmin olunma, tibbi xidmət və s.-bir sözlə arxa təmina tdaxildir. Və bu işlər arxada çox çətin vəziyyətdə və fasiləsiz aparılır.
-Sonda Azərbaycan xalqına sözünüz.
– Son olaraq onu deyim ki, bütün Azərbaycan xalqı tam əmin olsun ki, bu vətən, bu millət çox etibarlı əldədir. Bu vətənin keşiyində namuslu, vicdanlı hərbi qulluqçular dayanır. Onlar sizlər üçün canını, qanını gözünü qırpmadan verməyə hazırdılar. İnşallah bu yaxınlarda Azərbaycanın işğal altındakı torpaqları geri qayıdar, istər sülh, istərsə də hərb yolu ilə. Bizlər üçün fərq etməz, yetər ki, bu torpaqlar bizə qayıtsın, əsirlikdə olan qardaş və bacılarımız işğalçı düşmənin əsarətindən xilas olsunlar. Ölkəmizdə firavanlıq, sağlamlıq bərqərar olsun. İnşallah bu qara buludların ölkəmizin, dünyamızın üzərindən çəkilməsini arzu edirik. Hər bir azərbaycanlıya xoşbəxtlik, ailələrində bol ruzi-bərəkət arzu edirik. Xoşbəxt olun.
–Vahid bəy, maraqlı, geniş məlumatınıza, original cavablarınızagörə, vaxt tapıb bizə müsahibə verdiyinizə görə sizə dərin təşəkkürlərimi bildirirəm. Sizin kimi igidlər var olduqca, Azərbaycanımızın kürəyi yerə dəyməz, inşallah.
Bu gözəl insanla danışdıqdan sonra bir daha anladim ki, bu peşə necə vacibdir və hər kəs bu peşənin ağırlığını daşımaq hünərində deyil. Var olsun bu cür qəhrəman gənclərimiz.
Müsahibəni apardı – Zərrə