Torpağın rekultivasiyası
Texniki tərəqqi əsrində, dünyanın bir sıra ölkələrində sənayenin yüksək inkişaf etməsilə əlaqədar torpaq örtüyünün pozulması, dağılması fəlakətli miqyas almışdır.Əvvəllər kənd təsərrüfatı bitkiləri becərilən sahələr, məhsuldar meşələr, çəmənlər, otlaqlar altında olan münbit torpaqların yerində karxanalar qazılmış, yararsız laylarla örtülmüş, yollar, borular salınarkən dağıdılmışdır.İnsan fəaliyyəti ilə relyefi, hidroloji rejimi dəyişmiş, torpaq örtüyü dağılmış və çirklənmiş, bitki örtüyü məhv edilmişdir.Belə yerlər pozulmuş sahələr adlanır.Bu zaman slar və atmosfer də çirklənməyə məruz qalır.
Sənaye tərəfindən pozulmuş ərzilərdə nisbətən qısa bir vaxtda insan tələbatını təmin edən yeni məhsuldar və davamlı təbii ərazi kompleksləri yaratmaq üçün insan aktiv və məqsədyönlü iş görməsi lazım gəlir.Sənayenin neqativ nəticələrini aradan qaldırmaq üçün hazırda sənaye inkişaf etmiş ölkələrdə torpağın rekultivasiyaslı kimi aktual roblem irəli sürülür.Pozulmuş ərazi və torpaqların bərpası prosesi rekultivasiya adlanır.
Torpağın rekultivasiyası praktiki, xüsusən nəzəri baxımdan yeni istiqamət sayılır. “Rekultivasiya” termini faydalı qazıntılarda açıq üsulla istehsalın inkişafı ilə əlaqədar olaraq geniş yayılmışdır.Sənaye tərəfindən pozulmuş ərazilərin rekultivasiya işləri ilk dəfə XIX əsrin ortalarında Almaniyada başlamışdır. XX əsrin əvvəllərində isə bu işlər İngiltərə və ABŞ-da aparılmışdır.Avropa və ABŞ-da rekultivasiya işləri II Dünya müharibəsi başlamazdan əvvəl və əsasən müharibədən sonra daha geniş vüsət almışdır.
Ərazinin rekultivasiyasının məqsədi müxtəlif işlərin (mühəndis, dağ-texniki, meliorasiya, kənd təsərrüfatı, meşəçilik və b.) kompleksi kimi müəyyən vaxt ərzində yerinə yetirilərək sənaye tərəfindən pozulmuş torpaqların məhsuldarlığını bərpa etmək və onları müxtəlif istifadə növlərinə qaytarmaq, yəni onların yerində daha məhsuldar və səmərəli təşkil olunmuş, mədəni-antropogen landşaftların elementlərini yaratmaq, son nəticədə texnogen landşaftları optimallaşdıraraq ətraf mühit .əraitini yaxşılaşdırmaqdan ibarətdir.
Sənaye fəaliyyəti tərəfindən pozulmuş landşaftın rekultivasiyasının istiqaməti və metodları pozulmanın xarakterindən, regionun inkişaf vəziyyəti və prespektivindən, rekultivasiyanın həmin region üçün iqtisadi və sosial əhəmiyyətindən, fiziki-coğrafi xüsusiyyətindən asılıdır.Odur ki, müxtəlif ölkələrdə, hətta bir ölkənin müxtəlif rayonlarında rekultivasiya işləri oranın spesfik xüsusiyyətlərinə uyğun aparılmalıdır.
Dünya ölkələrinin əksəriyyətində texnogen landşaftların sonraki istifadə məqsədlərindən asılı olaraq aşağıdaki əsas rekultivasiya istiqamətləri məlumdur (Motorina, Ovçinnikov, 1975)
1.Kənd təsərrüfatı istiqaməti: Pozulmuş ərazidə əkin (səpin) aparmaq, bağ salmaq, çəmən və otlaq kimi istifadə etmək
2.Meşə təsərrüfatı istiqaməti: a) məqsədyönlü meşəliklər (torpaqqoruyucu, su tənzimləyici) salmaq; b)istismar əhəmiyyətli meşə salmaq
3.Yaşıllaşdırma və səhiyyə-gigeyina istiqaməti: istirahət zonası yaratmaq, park yaşıllığı salmaq, ətraf mühiti çirkləndirən tullantı layların konservasiyası və ya yaşıllaşdırılması;
4.Müxtəlif təyinatlı su hövzələri yaratmaq (sutənzimləyici hovuzlar, su anbarı, idman hovuzu, balıq və ov yetişdirmək üçün göl və s.)
5.Pozulmuş ərazidə yaşayış və digər tikililəri yaratmaq.
Torpaqların rekultivasiyası adətən bir neçə ardıcıl mərhələdə həyata keçirilir (Motorina, 1966).
Birinci mərhələ – hazırlıq mərhələsi: pozulmuş ərazinin müayinəsi və tiplərə ayrılması, ərazinin spesfik .əraitinin öyrənilməsi, rekultivasiyanın və rekultivasiya olunan ərazinin istifadə məqsədinin təyini, rekultivasiyanın növbəti mərhələsinə tələbatın müəyyən edilməsi və iş metodunun seçilməsi, rekultivasiya üzrə texniki-iqtisadi və texniki-işçi layihələrin tərtibi.
İkinci mərhələ – ərazinin müxtəlif məqsədli istifadəsi üçün dağ-texniki və ya mühəndis-texniki, yaxud da dağ-texniki rekultivasiyası.Birinci mərhələdə hazırlanmış layihələr əsasında aparılır.Məqsədli istifadəyə olan tələbatı nəzərə alaraq bura tullantı laylarının, karxanaların səmərəli formalaşması daxildir.
Üçüncü mərhələ – bioloji rekultivasiya və rekultivasiya olunan ərazinin məqsədyönlü istifadəsinə keçid.Buna pozulmuş yerin münbitliynin və bioloji məhsuldarlığının bütövlükdə bərpa edilməsi, kənd təsərrüfatı və meşə təsərrüfatı sahələri yaratmaq, su hövzələrində balıq, salınan meşələrdə isə ov heyvanları yetişdirmək.
QAYNAQ: Qərib Məmmədov və Mahmud Xəlilov- Ekologiya və Ətraf Mühitin Mühafizəsi
YAZAR: Günel Qardaşova
HƏMÇİNİN BAX: Biosenozlar
HƏMÇİNİN BAX: Tehsilim.org/turizm-sahesi-uzre-telimlerden-sen-de-faydalan/