Topkapı Sarayında Roma dövrünə aid qalereya üzə çıxdı
İstanbulda Topkapı Sarayında aparılan yeraltı araşdırmalarda Roma dövrünə aid bir qalereya tapılıb. 3 hissədən ibarət qalereyanın yağış sularının toplanması üçün torpaq altında düzəldilən bir sistern olduğu təxmin edilir.
Sistern maye və səpələnən materialları saxlamaq və daşımaq üçün qapalı bir quyucuqdur. Yerləşdirilməsinə görə yeraltı, yarı yeraltı və yerüstü növləri var.
Sarayın qonaq qəbuletmə sahəsini genişləndirmə layihəsi çərçivəsində rast gəlinən bu tapıntı ilə bağlı elmi-araşdırma işləri gedir.
İstanbul Milli Saraylar İdarəsinin müdir müavini professor Əhməd Çapoğlu qalereyanın işləri tamamlandıqdan sonra gələnlərə təqdim ediləcəyini bildirərək deyib: “Bu gün yeni tapıntıya dəqiq olaraq sistern deyə bilmərik. Amma burada sisternə bağlı alt yollar və qalereyalar mövcuddur. Başqa tapıntıların da olma ehtimalı vardır. Tapıntı Roma dövrünə aiddir.”
Qaynaq: TRT
Həmçinin bax: İlk psixoloqlar
Həmçinin bax: tehsilim.org/aydinlan-ve-aydinlat-suari-ile-muqeddes-yola-cixan-qafqaz-maarif-birliyinin-yaradilmasindan-artiq-1-il-otur/