Titanium Dioksid və canlı orqanizmə təsiri

Titanium Dioksid Nədir?

Dünyada ən çox istifadə edilən mineral, nanotexnologiyada isə istifadə edilən 3 əsas maddədən biri hesab olunur. Elmdə müxtəlif adlarla (TiO2, E171, Dioxotitanium və s.) tanınan, titaniumun oksidi olan və təbii şəraitdə yaranan bu maddə polimorf halda olub ağ rəngdədir. Yarımkeçirici bir maddədir. Ultrabənövşəyi şüaların altında yüksək dərəcədə fotokatalitik aktivlik göstərir. Titanium dioksid nanohissəciklərinin üzərinə işıq (foton) düşərsə, bu maddə ilə təmas halında olan qidalarda, təbii birləşmələrdə kimyəvi reaksiya nəticəsində parçalanmağa başlayır. Bu proses bitkilərdəki məşhur “fotosintez” prosesinə bənzəyir. Bilirik ki, fotosintez nəticəsində CO2 və H2O işığın təsirilə monomerləri sintez edir. Lakin, titanium dioksiddə gedən proses tam olaraq bunun əksidir. Maddələr parçalanaraq karbon qazı və suya ayrılır. Bu isə o deməkdir ki, titanium dioksid nanohissəcikləri hər hansı bir qida maddəsi və ya canlı hüceyrə ilə təmas halında canlı toxumanın, xüsusən də proteinlərin (zülalların) parçalanması və ya funksiyasının dəyişməsi ilə nəticələnən kimyəvi proseslərin başlanmasına səbəb ola bilər. Dünyada divar boyalarının istehsalatında istifadə olunmaqla başlayan titanium dioksid dövrü hal hazırda inkişaf etməkdədir. Hal hazırda bu titanium dioksid nanohissəcikləri demək olar ki, bütün dərman maddələrinə, hazır şəkildə paketlənmiş qidalara, içki məhsullarına, duz, şəkər, un hətta suya da qoruyucu, ağardıcı olaraq əlavə olunur. Bundan əlavə öz-özünü təmizləyən geyimlər, ipək parçalar, nanomaye olaraq isə müxtəlif təmizlik, kosmetik, gözəllik məhsullarının istehsalında istifadə edilir.

Titanium dioksid canlılara necə təsir göstərir?

Bəs, bu qədər yaxından təmasda olduğumuz titanium dioksid canlılara necə təsir göstərir? Avropa Kimya Agentliyi (ECHA- European Chemicals Agency) risk analizi hesabatında titanium dioksidin insanlarda tənəffüs yolu xərçənginə səbəb ola biləcəyini göstərən kateqoriyaya alınmasını təsdiqləyən qərar qəbul edilmişdir. Daha sonra “Journal of Exposure Science & Environmental Epidemiology” də yayınlanan məqalədə isə bu titanium dioksid nanohissəciklərinin insan sağlamlığının üzərində mənfi təsirləri olduğunu göstərmiş, dünya istehsalçılarını bunu diqqətə alınmasının gərəkliyini vurğulamışdır. Bundan sonra artıq bəzi Avropa ölkələrində titanium dioksidin sənaye işçiləri üçün təhlükəsi, sağlamlığa təsiri haqqında müxtəlif geniş araşdırmalar aparılmış və digər insanlar populyasiyaları ilə müqayisədə, işçilərdə ağciyər xərçəngi şkalasında cüzi artım olduğu göstərilmişdir. Lakin səbəb – nəticə əlaqəsi tapıla bilməmişdir.

Who’ya (World Health Organization) bağlı bir quruluş olan İARC (The International Agency) tərəfindən titanium dioksid xərçəngə səbəb olan faktorlar kateqoriyasına daxil edilmişdir. İARC nəticələrinə görə yüksək konsentrasiyalarda piqment dərəcəli (toz halında) və ya ultra incə titanium dioksid tozunun siçanlarda ağciyər xərçənginə səbəb olduğu təcrübə edilmişdir. Həmçinin bu titanium tozlu mühitdə çalışan insanlarda da siçanlarda ağciyər xərçənginə səbəb olan zəncirvari bioloji hadisələr (hüceyrə hasarı, fibroz, mutasiyalar və s.) baş vermişdir. Avropada 1970’ci illərdən bu yana E171 qida qatqısı kimi tanınan titanium dioksidin qadağan edilməsi barədə mübahisələr gedən ölkələr var. Amerika, Rusiya Norveç, Almaniya kimi ölkələrdə qadağan olunması məsələsi aktualdır. Fransa isə 2020ci artıq titanium dioksidin qida sənayesində istifadə olunan qatqı maddəsi (E171) kimi istehsalatın qadağan etdiyi barədə qərar qəbul etmişdir.

Araşdırmaçı yazar: Günay v. Adıgözəl

 

Həmçinin bax: Aralıq Dənizi Qızdırması

Həmçinin bax: tehsilim.org/beynelxalq-munasibetler-ixtisasi/