Tibb bacısının şəxsi gigiyenası və vəzifələri

Tibb bacısının vəzifələrinə həkimin göstərişlərini yerinə yetirmək, xəstəyə qulluq və müşahidə, həkiməqədər ilk tibbi yardım göstərmək aiddir. Onun həmçinin tibb bacısı biliklərindən başqa şəxsi keyfiyyətləri də olmalıdır.

Bu keyfiyyətlər 2 qrupa ayrılır:

  1. Zahiri keyfiyyətlər (şəxsin ümumi sanitariya-gigiyenik mədəniyyətindən ibarətdir)
  2. Daxili keyfiyyətlər (tibb bacısının davranışında və mənəvi simasında öz əksini tapan keyfiyyətləridir).

1)Rütbə və dərəcədən asılı olmayaraq tibb bacıları şəxsi gigiyena qaydalarını gözləməlidilər. Bu həm özləri, həm də qulluq etdikləri şəxslər üçün vacibdir.

+ Gün rejimini qorumaq – şəxsi gigiyenanın əsas qaydalarındandır.

+ Səhər eyni vaxtda yuxudan durmaq və eyni vaxtda yatmaq, səhər, günorta və axşam yeməyini eyni vaxtda yemək lazımdır.

+ İş və istirahət saatları düzgün bölüşdürülməlidir.

+ Şəxsi gigiyenada qidalanma rejimi əsas cəhətdir.

+ Qida eyni saatlarda qəbul olunmalı, ərzaqları yaxşı seçilməli, keyfiyyət və kəmiyyət cəhətdən qidalanma rejimi gözlənilməlidir. Bunların sağlamlıq üçün çox böyük əhəmiyyəti vardır.

+ Tibb bacısı zərərli adətlərdən uzaq olmalıdır.  Məsələn, siqaret çəkmək, alkoqol istifadə etmək, narkotik vasitələrindən sui-istifadə etmək və s.

+ Tibb bacısı bədən təmizliyinə xüsusi diqqət yetirməlidir.

+ Sağlamlığını qorumaq üçün bədən tərbiyəsi ilə məşğul olmalıdır.

+ Əlləri həm tibbi manipulyasiyadan sonra, həm də əvvəl yumaq lazımdır.

+ Əlləri şotka ilə yumaq lazımdır.

+ Ağız boşluğu qulluğuna xüsusi fikir verilməlidir.

+ Qan dövranını çətinəşdirməyən geyimlər seçilməlidir.

2)

+ Tibb bacısı xəstələrlə münasibətdə son dərəcə səbirli olmalıdır.

+ Nəzakətli olmalıdır.

+ Məsuliyətli olmalıdır.

+ İntizamlı olmalıdır.

 

YAZAR: İsmayılova Səbinə

Həmçinin bax: Parkinson riskinin həm artması, həm də azalması ilə əlaqəli olan genetik dəyişikliklər

Həmçinin bax: turaz.org/qarabagda-regional-radio-acilacaq-resmi/

Həmçinin bax: tehsilim.org/v-ix-sinifler-enenevi-tedrise-baslayir/