Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək.

“Dünən yürüş iştirakçılarının bir hissəsi qanunsuz olaraq Milli Məclisin binasına daxil olub ve dağıntılar törədiblər”. APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Mətbuat ve ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev bildirib. C. Əliyev deyib ki, polis dağıntı törədən həmin şəxsləri binadan çıxarıb: “Hazırda Baş Prokurorluq hadisə ile bağlı araşdırma aparır. Milli Məclisin binasına ve inventarına nə qədər zərər vurulduğu araşdırılacaq”. C. Əliyev qeyd edib ki, hazırkı dövr həssas yanaşma tələb edir: “KİV-dən də Milli Məclisə həssas yanaşmağı istəyirik. Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək”.

QAYNAQ: Apa.az