Tənəffüs orqanlarının xəstəlikləri.

Tənəffüs orqanları. Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər

Tənəffüs orqanlarının xəstəlikləri Tənəffüs orqanlarının xəstəliklərində adətən, təngnəfəslik, quru və bəlğəmli öskürək, qanhayxırma, döş qəfəsində ağrılar, bədən temperaturunun qalxması, titrətmə, çox tərləmə və s. əlamətlər müşahidə edilir.

Bronxit.

1)Tənəffüs orqanlarının əsas xəstəliklərindən biri kəskin bronxitdir.

2) Kəskin bronxitin səbəbləri nəfəslə udulan zərərli qazlar, ammonyak, xlor, fosgen və başqa zəhərli maddələrin buxarları, habelə infeksion xəstəliklər, qızılca, göyöskürək, qrip, ağciyər vərəmi və s. ola bilər.

3)Adətən bronxit yazda və payızda, havanın temperaturu kəskin surətdə dəyişdikdə müşahidə edilir. Hər hansı yaşda olan adamlar bronxitlə xəstələnirlər. Lakin o, uşaq və qocalarda ağır keçir. Bu xəstəliyin əmələ gəlməsində sinir-reflektor amillər mühüm rol oynayır.

4)Orqanizmin və onun ayrı-ayrı hissələrinin soyuması, tənəffüs yollarının kimyəvi maddələrlə qıcıqlanması reflektor olaraq qan dövranını pozur. Bu, damarların genişlənməsi nəticəsində bronxların selikli qişasının hiperemiyası şəklində meydana çıxır.

5)Beləliklə, yuxarı tənəffüs yollarında olan saysız-hesabsız patogen mikrobların orqanizmə keçməsi üçün şərait yaranır.

6)Adətən ən çox təsadüf edilən ümumi əlamətlərdən kefsizlik, üşütmə, qızdırma, beldə və ətraflarda əzələ ağrısı, əmək qabiliyyətinin və iştahanın azalması, boğazın göynə-məsi, öskürəklə selikli və ya selikli-irinli bəlğəm ifrazı, döşdə ağrı olmasını göstərmək olar.

7)Kəskin bronxit bir neçə gündən 2 həftəyə qədər çəkir. Xəstənin xarici müayinəsi, döş qəfəsinin perkussiyası və palpasiyası heç bir dəyişiklik aşkara çıxarmır. Bronxların selikli qişası şişkin olduğuna görə qulaq asdıqda sərt tənəffüs eşidilir, nəfəsalmaya nisbətən nəfəsvermə uzun çəkir, quru xırıltılar eşidilir.

8)İri bronxlar zədələndikdə bu xırıltılar vızıltılı, xırda bronxlar zədələndikdə fışıltılı olur. Zəifləmiş adamlarda bəzən proses ağciyərlərin ara toxumasına və alveol toxumasına keçir, ocaqlı pnevmoniya əmələ gətirir.

9)Bu, temperaturun birdən-birə qalxması, tənəffüsün tezləşməsi ilə xarakterizə olunur.

 Perkussiyazamanı kütlük, ağciyərlərə qulaq asdıqda çoxlu gur yaş xırıltılar eşidilir, habelə sianoz baş verir.

Həkimə qədər yardım:

1)Temperatur qalxdıqda xəstəni yatağa salıb, gündə 3 dəfə 0,5 q aspirin və ya amidopirin təyin edir, 2)döş qəfəsində ağrılar olduqda banka, xardal yaxması qoyurlar.

3)Öskürəyə qarşı kodein, etilmorfin, bronxolitin, mukaltin və s. təyin edirlər.

4)Bəlğəmgətirici kimi gülxətmi kökünün dəmləməsi, ammonium-xlorid, natrium-sitrat, natrium hidrokarbonat (çay sodası), pertussin, terpinhidrat vermək olar.

6) Belə xəstələrə isti südlə borjom və çay sodası (bir stəkan südə 1 çay qaşığı soda) məsləhət görülür. Doktor «MOM» preparatı verilir, xardal qoyulur.

7)Bəlğəm gətiricilərdən mukaltin preparatı, altey, termopsis dəmləmələri, kalium-yodidin 3%-li məhlulu, bronxolitin, bromheksin yaxşı nəticə verir. Bronxlarda spazm olarsa, teofedrin, efedrin, eufillin təyin edilir. Quru, əziyyətverici öskürəkdə kodein, dionin, libeksin, baltiks verilir.

Pnevmoniya-nın qarşısını almaq üçün antibiotiklərdən biseptol, bakterim, sulfametoksin təyin edilir.

1)Ağırlaşma, pnevmoniya qorxusu yoxsa, antibiotiklər məsləhət deyil.

2)Xəstələrə siqaret qadağan edilir, çoxlu maye içməsi məsləhət görülür.

3) Xəstənin gimnastika, id-manla məşğul olması sağalmaya müsbət təsir göstərir.

Bronxial astma –1) bronxların spazmı ilə əlaqədar onların havakeçirmə qabiliyyətinin pozulması nəticəsində əmələ gəlir və birdən-birə baş verən tutmaşəkilli boğulma ilə təzahür edir.

2)Xəstəliyin əmələgəlmə səbəbləri :

a)Sinir sisteminin zəifləməsi,

b)allergiya çox rast gələn səbəblərdəndir.

3) Alimlərin fikrincə, son zamanlar bronxial astmanın geniş yayılmasının səbəbi əhalinin allergiyaya meylliyinin artmasıdır. Bu vəziyyəti törədən səbəblər çox olub, o cümlədən, əhalinin müxtəlif dərmanlar, xüsusən antibiotiklər (penisillin, streptomisin və s.) qəbul etməsidir. Kimyəvi və boyaq maddələr allergiya yaradır.

Bronxial astma

1)qripdən, ağciyərlərin iltihabından sonra da meydana çıxır.

2)Bu xəstəliklərdə allergenlər (zülali maddələr) mühüm rol oynayır. Bunlar orqanizmə tənəffüs, mədə-bağırsaq sistemi, dəri, selikli qişalar vasitəsilə daxil olur.

3)Uşaqlarda çox zaman göyöskürək, qrip və sətəlcəmdən sonra bronxit başlanır.

4)Astmanın tutmaları adətən birdən-birə, çox vaxt gecələr olur.

5) Bəzən bundan qabaq xəstə döşdə sıxıntı, ümumi zəiflik, yuxuculluq hiss edir, əsnəyir, burnu gicişir və tutulur.

6)Qida allergiyası hallarında qusma, mədə qıcqırması və s. olur. Astma tutması zamanı xəstə əllərini möhkəm bir şeyə söykəyir, rahat nəfəs almağa çalışır.

Boğulma

1) tutmalarına qarşı uzunmüddətli – 12–18 saata qədər təsir göstərən preparatlardan teopek, teodur tətbiq edilməsi yaxşı nəticə verir.

2)Bu zaman hormonal preparatlardan da istifadə olunur.

Hidrokortizon, prednizolon–hidroxlorid venaya yeridilir. Xəstənin çox həssaslıq göstərdiyi allergenləri aradan qaldırmaq lazımdır. Sinir sistemini sedativ və ümumi möhkəmləndirici vasitələrlə, su müalicəsi, psixoterapiya, tənəffüs gimnastikası, idman və bədən tərbiyəsi ilə möh-kəmlətmək lazımdır.

Ağciyərin absesi. Ağciyərin irinli iltihabıdır.

1)Əksər hallarda abses axırıncı mərhələlərdə bronxlara açılır və onlar vasitəsilə təmizlənir.

2)Üşütmə, qızdırma, tərləmə, orqanizmin intoksikasiyası müşahidə edilir.

3)Abses açıldıqda, bronxlar vasitəsilə çoxlu irinli bəlğəm ifraz olunur, xəstənin vəziyyəti yaxşılaşır, temperaturu düşür.

4)Xəstə yataq rejimində müalicə olunmalıdır.

5) Abses zamanı antibiotik məhlullarından, aerozollar-dan istifadə olunur və traxeyaya məhlullar yeridilir. 6)Qidada çoxlu zülal, vitaminlər, kalsium duzları olmalıdır.

7)Absessin tez-tez baş verdiyi xəstələr tənəffüs orqanlarının digər xəstəliklərindən qorunmalı və bədənlərini möhkəmlətməlidirlər.

8) Tənəffüs orqanlarının xəstəliklərinin ağırlaşmış formalarında qanhayxırma ola bilər. Belə hallar ürək-damar siste-minin xəstəliklərində də baş verə bilər.

7)Qanhayxırmanın mənbəyini və səbəbini müəyyən etmək üçün bəlğəmi nəzər-dən keçirmək lazımdır. Təmiz al qan ağciyər vərəmində olur, traxeya və bronx zədələnmələrində bəlğəmlə qarışıq qan olur.

Yardım:

1)Güc verərək öskürmənin qarşısı alınmalıdır.

2)Daxilə kalsium-xloridin 10 %-li məhlulundan bir xörək qaşığı gündə 3 dəfə, venaya 10 ml 10 %-li kalsiumxlorid, əzələyə kalsium-qlükonat və s., antibiotiklərdən penisillin, ampisillin, linkomisin, gentamisin təyin edilir.

3)Qanaxmanı kəsmək üçün 1 stəkan suya bir xörək qaşığı duz töküb, hər yarım saatdan bir 1 xörək qaşığı qəbul edilir. 100 ml qan-köçürmə də qanhayxırmanı kəsir. Ağır hallarda ətraflara turna qoymaq da olar.

Yazar: Səbinə İsmayılova

Həmçinin bax: Böyüklərin Vəziyyətinə dair Üç Müzakirə-2

Həmçinin bax: https://turaz.org/tehsil-nazirliyinin-mesafeden-tehsile-destek-cagirisina-azercell-sirketinden-musbet-reaksiya/