Tender elanı
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs DİM əməkdaşlarının könüllü tibbi sığortasının satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Könüllü tibbi sığorta xidmətinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/-dövlat satınalmalarının vahid internet Portalına (Portal) elektron imza vasitəsilə daxil olsunlar va tender haqqında ətraflı malumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Portal vasitəsi ilə əldə edə bilərlər.
Satınalan Təşkilat: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN: 1304673921)
Bank: “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi
Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193
Kod: 507699
VÖEN(bank): 9900006111
SWIFT: AZRTAZ22
M/h: AZ02NABZ01350100000000022944
H/h: AZ98AZRT38060019440028835001
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsi ilə 6 avqust 2020-ci il saat 11:00-dək təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son bir il ərzində fəaliyyəti haqqında maliyyə hesabatının surəti;
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
– iddiaçının sığorta xidməti göstərməsi üçün tələb olunan sənədlər;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– iddiaçının sığorta xidməti göstərməsi üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;
– iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmayacaqdır.
Tender təklifinin (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və tender təklifinin dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatının (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır) Portala yüklənməsinin son tarixi və vaxtı: 14 avqust 2020-ci il saat 17:00.
Təkliflərin açılışı tarixi və vaxtı: 17 avqust 2020-ci il saat 11:00.
İddiaçılar açılışın nəticələrini Portal vasitəsi ilə izləyə bilərlər.
Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli şirkətlərin xeyrinə 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.
İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.
Tender Komissiyası
Mənbə: DİM
Xəbərçi: Aytən Abbasova