Temuçinin Naymanları və Keraitləri məğlub etməsi və Xaqan seçilməsi
1203-cü ilə yaxın Temuçin və Toğrul arasında düşmənçilik yarandı. Bunun açıq səbəbi Temuçinin Kerait Kralının qızını oğlu Cuciyə istəməsi idi. Toğrul bu tələbi rədd etdi. Əslində Temuçinin artan gücü Toğrulu narahat etməyə başladı. Oğlu Sengünün təşviqi ilə Camuka tərəfini tutmağa və gizli şəkildə Temuçinə hücum etməyə qərar verdi. Ancaq vəziyyəti öyrənən iki çoban, Temuçinə hücum planını bildirdi. Bunun üzərinə Keraitlərə hücum etməli olan Temuçin məğlub oldu və Buyir Nora qədər geri çəkildi və arvadının qəbiləsi Konqratlara sığındı (1203).
Bu vaxt Camuka Temuçinə qarşı kin içərisində Toğrula sığınan Monqol zadəganları ilə razılaşdı və Kerait Kralını öldürülməsinə razı oldu. Ancaq vaxtında xəbər alan Toğrul onları tez bir zamanda məğlub etdi. Camuka Naymanlara sığınmaq məcburiyyətində qaldı. Beləliklə, Temuçinə qarşı ittifaq dağıldı. 1203-cü ilin sonlarına doğru Toğrulun gücünün zəiflədiyini anlayan Temuçin, Keraitelərə hücum etdi və onları məğlub etdi. Oğlu Sengün ilə birlikdə Naymanlara sığınan Toğrul, onu tanımayan bir əsgər tərəfindən öldürüldü.
Bu qələbədən sonra Naymanlara qarşı çıxan Temuçin onları Kanqay bölgəsində məğlub etdi. Ağır yaralanan Nayman Kralı bir müddət sonra öldü və daha sonra tutulan Camuka Temuçinin əmri ilə edam edildi. Nayman Kralının oğullarından biri olan Kücüklük, bu məğlubiyyətdən xilas olmağı və ölkəsinə qaçmağı bacardı. Gələcəkdə taxtı götürəcək və Qara Kitaylara xaqan olaraq Monqollarla qarşılaşacaqdı.
Monqolustanda son müxalifət ünsürlərini, Naymanları məğlub etdikdən sonra xüsusən də bəzi Merkit quldur dəstələrini ortadan qaldıran Temuçin, 1206-cı ildə keçirilən böyük qurultayda “Çingiz Xan” adını aldı. Beləliklə, Monqol İmperiyası quruldu. Bununla birlikdə, hökmranlığı altındakı Monqolları on, yüz, min və bölüklərə böldü və onları hərbi təşkilata görə təşkil etdi. “Çingiz qanunu” adlı qaydaları qəbul edərək sosial nizamı təmin etdi. Bundan sonra Çingiz xanın hərbi fəaliyyəti sürətləndi.
QAYNAQ: Dinçer Koç- Altın Orda Tarihi
TƏRCÜMƏÇİ: Gülarə Həsənova
HƏMÇİNİN BAX: Hunların ilk böyük torpaq itkisi
HƏMÇİNİN BAX: Tehsilim.org/simal-bolgesinde-yeni-imkanlar-mekani-adpu-nun-quba-filialini-yaxindan-taniyaq/