Temuçinin Kerait xanı Toğrulla ittifaq qurması və ilk hərbi fəaliyyətləri
Temuçin 18 yaşında ikən nişanlısı Börte ilə evləndi və sadiqliyini bildirmək üçün Tele çayının sahilini məskunlaşan Kerait Kralı Toğrulun yanına getdi. Toğrul Temuçinin atası Yesugey Bahadırın ona dəstək olduğunu xatırladı və onu yaxşı şəkildə qarşılayıb sahib çıxdı. Beləliklə, Temuçin Toğrul əmrinə girdi. Bir müddət sonra, Toqagobekinin rəhbərlik etdiyi bir Merkit dəstəsi, Temuçinin çadırına basqın edərək arvadı Börte’yi qaçırdı. Temuçin, Cacirat qəbiləsinin başçısı Camuka və onun himayədarı Toğrulun köməyi ilə Börteyi Merkitlərdən xilas etdi. Ancaq bir müddət sonra dünyaya gələn böyük oğlu Cucidən həmişə şübhələnirdi. Temuçinin kömək etdiyinə görə Camuka ilə qan qardaşları oldu. Təxminən bir il yarım birlikdə köçəri həyat sürdükdən sonra, hər ikisi Monqol qəbilələrinə xan olmaq istədikləri üçün dostluqları pozuldu.
Temuçinin əmisi Darıtay Oçigin, Curkin qəbiləsinin başçısı Seçe-beki, Kutula Xanın oğlu Altan Oçigin, Kuçar kimi qohumlarının yanında Celayir, Kıyat və Barın qəbilələrinin dəstəyini aldı. Beləliklə, 1196-cı ildə Monqol zadəganları tərəfindən Xan elan olunsa da, Toğrul və Camuka kimi iddialı rəqibləri və güclü düşməni Buyi Nor Tatarlarının iştirakı ilə qiyamına uyğun şərait yaratmaq üçün bir müddət gözlədi.
1198-ci ildə, Tatarları yox etmək üçün Çin İmperiyası ilə Kerait Kralı Toğrul arasında bir ittifaq quruldu. Toğrulun tərəfinə keçən Temuçin, tatarların məğlubiyyətində böyük rol oynadı. Bu qələbədən sonra Toğrul Çin imperatorundan kral və ya hökmdar mənasını verən wang adını aldı. Temuçin, bu səfərdə iştirak etməyən Seçe-beki başda olmaqla bəzi qohumlarını edam etdi. Bu hadisədən sonra Toğrul, Nayman Kralı İnanc Bilgə tərəfindən dəstəklənən qardaşı Erke-kara tərəfindən sui-qəsdə məruz qalanda, ən böyük dəstəyi Temuçindən aldı. O, Temuçinin köməyi ilə Kerait
taxtını bərpa etdi. Buna baxmayaraq, Toğrul Temuçinə sədaqət göstərmədi. Naymanlara qarşı yürütdüyü kampaniya zamanı Temuçinə xəbər vermədən geri çəkildi. Temuçiin Naymanların basqınından çətinliklə xilas oldu. Çöl ənənəsində xəyanət mənasını verən bu hərəkətə baxmayaraq Toğrula sadiq qaldı. Eyni zamanda, Naymanlar Kerait torpağına hücum edərkən ən yaxşı döyüşçülərini Toğrulun köməyinə göndərdi və Naymanları geri çəkdi. Bu döyüşdən sonra Toğrul və Temuçin Tayçiutlara qarşı bir kampaniya təşkil edərək onları məğlub etdilər. Temuçinin köhnə
düşməni Tarqutay da qarşıdurmada öldürüldü. Naymanların, katakinlərin, salciutların, sörbenlərin, məğlub
tatarların qalan hissəsi və Kongratların tanınmışları ilə müttəfiq olaraq Toğrul və Temuçin’i öldürməyə qərar verdilər. Ancaq vəziyyəti qayınanası Day-Secen tərəfindən xəbərdar edən Temuçin, Bayir Gölü yaxınlığında qəfildən hücum edərək onları məğlub etdi.
1201-ci ildə Camuka Kerulen çayının aşağı hissəsindəki Arqun sahillərində toplandı və Temuçin’ə düşmən olan Cacirat, Tayiçiut, Konqrat, İkires, Körlas, Dörben, Katakin və Salciut kimi qəbilələri ətrafına topladı və merkitlərin, oyratların, naymanların və Tatarların dəstəyi ilə özünü xan elan etdi Ancaq Toğrulun dəstəyi ilə Temuçin üstünlük qazandı və Camuka’yı Arqunun cənubuna çəkilməyə məcbur etdi. Bu qələbədən bir il sonra Temuçin bir daha Tayçiutlara qarşı çıxdı və onları tamamilə məğlub etdi. Daha sonra atasını öldürən Çağan və Alçı Tatarlarının üstünə
gedərək onları məhv etdi. Bu qələbədən sonra Temuçin Merkit Kralı Tokto’a’nın hücumunu dəf etdi.
QAYNAQ: Dinçer Koç- Altın Orda Tarihi
TƏRCÜMƏÇİ: Bəhriyyə Əhmədova
HƏMÇİNİN BAX: Mastopatiya
HƏMÇİNİN BAX: Tehsilim.org/seristeli-metodist-layihesine-qeydiyyat-davam-edir/