Telengit türkləri

Telengitlər Rusiyada yaşayan azlıq türk xalqları arasındadırlar. Dünyada cəmi 4.000 sakini var və hazırda yoxolma riski altında yaşayırlar (bəzi məlumatlara görə, 2500 nəfər). Telengitlər uzun müddət Altay xalqının bir etnik qrupu kimi tanınırdılar. 2002-ci ildən  Telengitlər ayrı bir xalq olaraq tanındılar. Dağlı Altay’ın Çüy çöllərində yaşayırlar.

Telengitlər

Şamanik inanclara görə yaşayan Telengitlər görünənlə görünməyən arasındakı əlaqəyə əhəmiyyət verirlər. Kainatı üçə bölürlər; yer – insanların yaşadığı yerdir, göy – Tanrının onları izlədiyi yerdir, yeraltı dünya – ölüm və ruhların yeridir. Telengitlər inanırlar ki, ruhlar insanlar arasında xəstəlikləri və  maddi-mənəvi çətinlikləri olan, bacarıqlı və gələcəyi hiss edə bilən insanları sınayıb seçirlər. Ancaq bu cür testlərdən keçən insanlar Şaman ola bilər. Şamanlar əməllərinə, niyyətlərinə görə “Ağ Şaman” və “Qara Şaman”olaraq bölünürlər. Xəstəliyi, pisliyi və ölümü qabaqcadan görən bu insanlar, ruhların onlara verdiyi üstün güclərdən istifadə edərək onlarla mübarizə etməyi bir vəzifə kimi qəbul edirlər. Şamanlar hər bir insanın ruhu olduğuna və bu ruhun insan bədənindən ayrıldıqda “pis günlər”in gələcəyinə inanarlar. Onlar xəstəlik və ölümün gəldiyini hiss edəndə həmin ruhu insan bədənində saxlamağa çalışırlar.

Telengitlər

Telengitlər daha çox bulaqlar və çayların müqəddəsliyinə inanırlar. Hamısının bir qız, bir xanım və ya bir yaşlı qadına sahib olduqlarını və insanlarla Tanrı arasında elçilər olduqlarını düşünürlər. Buna görə də orada ibadət və dua edirlər. Telengitlərdə bunlarla bağlı bir çox hekayələr var.

Atəş də Telengitlərin inanclarında böyük əhəmiyyətə malikdir. Bir od qalamaq və üzərindən tullanmaq və ya bir şeyləri atəşin üstündən keçirtmək onlar üçün pis ruhlardan və xəstəliklərdən təmizlənmək deməkdir. Bu səbəbdən atəş Şaman inancında əhəmiyyətli bir simvoldur. Telengitlər yaşadıqları bu torpaqları dünyanın ən sirli və müqəddəs yerləri kimi tanıyırlar. Onlara görə, bu torpaqlar sirr və bilik mənbəyidir, canlı məxluqun onları yaradan tanrı ilə qarşılaşdığı nöqtədir. Təbiət onlar üçün Tanrının qollarıdır.

Köçəri həyat sürən Telengitlər, sərt hava şəraitinə baxmayaraq heyvandarlıqla məşğul olurlar. Xüsusilə, böyük baş heyvanlarla – dəvə, yak (əsl öküz cinsinə aid heyvan növü), at, inəklə ailələrinin dolanışıqlarını təmin edirlər. Heyvanlarını qışda qışlaqda, yayda yaylaqda və çayların kənarlarında otarırlar. Ümumiyyətlə, Telengitlər keçə və ya taxta evlərdən tikilmiş çadırlarda yaşayırlar. Heyvandarlıq xaricində kişilər balıq ovlayır, qadınlar isə ot və bitki toplayır. Onların düşüncəsi belədir: “Yer Ana insanları öz əkin məhsulları bəsləyir, Göy üzü Ata isə əkinlərə su verir”. Allaha dua edirlər ki, bunlar həmişə bərəkətli və firavan olsun. Buna görə Ana torpaq və Göy üzü Atanın harmoniyasına diqqət yetirirlər.

Telengitlərin musiqi alətləri

Musiqi Telengitlərin həyatında önəmli yer tutur, onlar üçün musiqi doğuşdan başlayır, ölümlə bitir. Ən əhəmiyyətli xüsusiyyətləri isə müxtəlif qırtlaq səslərindən ibarət musiqilərinin olmasıdır. Körpələrin laylalarından tutmuş, heyvanlara bəstələnən holavar, sayaçı sözlərə qədər, yəni həyatlarının hər nöqtəsində xalq mahnıları və türküləri var. Ən vacib musiqi alətləri silah “Topşur”dur. Telengitlər bu aləti çalmaqla sevinclərini, kədərlərini və bütün əhval-ruhiyyələrini ifadə edirlər. Bəzən sadəcə özlərini rahatlatmaq və dincəlmək üçün onu çalırlar.

Telengitlərin musiqi alətləri

Telengitlərin musiqi alətləri

Türk tayfaları arasında Telengitlər adət-ənənələrini ən çox sevən insanlar kimi tanınırlar. Və onlar bu ənənələrinin davam etməsi üçün əllərindən gələni edirlər.

Telengitlər

 

Yazar: Şurubu Kayhan

Tərcümə: Məleykə Mirzəli

Həmçinin bax: Qədim türk hərb mədəniyyətində “Balqabaq oyunu”

Həmçinin bax: tehsilim.org/mey-mask-yeni-cagirislarin-qonagi-olacaq/