Təkamül ideyalarının inkişaf tarixi

XVIII əsrə qədər biologiyada insanın və digər canlıların ilahi qüvvə tərəfindən yaradılması ideyası üstünlük təşkil edirdi. Bu dövrün alimləri belə hesab edirdilər ki, ilahi qüvvə tərəfindən yaradılan canlı orqanizmlər daha mükəmməl və məqsədəuyğundur və yarandığı gündən dəyişilməmişlər. Belə baxışlar biologiyada Kreasionizm adlandırılırdı.

Sonradan materialist fəlsəfənin inkişafı xəyalpərəst Heraklitin təlimində öz əksini tapmışdır. O öyrədirdi ki, dünya (üzvi aləm) nə Allah, nə də hər hansı bir qüvvə tərəfindən yaradılmışdır. Ona görə dünyada durğun halda heçnə yox idi, hər şey hərəkətdə idi. Bildirirdi ki, bir şey başqasına çevrilir ve nəticədə, əmələ gələn də olduğu kimi qalmır. Təbiətdə bütün dəyişmələrin əsasını od təşkil edir. Od sönərək havaya çevrilir, sonra isə su və torpağa çevrilir, torpaq isə yenidən suya çevrilə bilir, su buxarlanaraq oda, işığa çevrilir.

« Soyuq istiləşir, isti soyuyur, nəmlik quruyur, quru nəmlənir»..
Heraklit

Heraklitin nəzəriyyəsinə oxşar ideyaları Sisiyali Empodekol inkişaf etdirərək deyirdi ki, 4 əsas kök movcuddur: torpaq, hava, su və od. Onlar birləşir ve ayrılır, onların nisbətində həyati varlıqlar əmələ gəlir.

Sonralar o dövrün ən nəhəng ensiklopediyaçısı hesab olunan Demokritin (460-370 e.ə) təlimin də antik fəlsəfə özünün inkişaf  zirvəsinə yüksəlmişdi. Demokrit materiyanın quruluşunun atom nəzəriyyəsini işləmişdir. O deyirdi ki, təbiətdə bütün varlıqlar xırda, bölünməz hissəciklərdən-atomlardan qurulmuşdur.

Demokrit həmçinin insanın mənşəyini və ictimai həyatının inkişafını izah edərək deyirdi ki, əvvəllər ibtidai insanlar vəhşi həyat tərzi keçirmişlər. Onlar qida axtarmaq üçün tək-tək gəzirdilər. Onlara vəhşi heyvan hücüm edən zaman bir-birinə kömək etməyi öyrəndilər və bu da nitqin əmələ gəlməsinə səbəb oldu.

Demokrit

Qəti idealist filosof  olan Platon (e.ə.V-IV əsr) ruhun sərbəstliyini sübut edirdi. Platona görə ruh bədənə köçür, küt ağıllı adamların ruhu sürünənlərə, yüngül ağıllı adamların ruhu isə havada uçan quşlara köçür. Maraqlı məsələlərdən biri isə eyni zamanda bir insanda 2 materialist ideyanın qarışmasıdır. Engels isə bunu “Universal zəka” adlandırırdı.

Platon

Qədim yunan filosofu, alim-ensiklopedisti (b.e.ə. 384-322) Aristotel zoologiyanın banisi olub, heyvanların ilk təsnifatını vermişdir ki, zooloqlar bu təsnifatdan XVIII əsrin ortalarına qədər istifadə edirdilər. O, bütün heyvanlar aləmini iki qrupa ayırırdı: qanı olanlar ( onurğalılar) və qanı olmayanlar ( onurğasızlar). Sonradan bu qrupları qohumluq əlaqələri də nəzərə alınmaqla, daha kiçik bölmələrə ayırdı. Aristotel ilk dəfə cücülərin, arıların rüşeym mərhələsini təsvir etmiş, morfologiya və embriologiyanın əsasını qoymuşdur.

Aristotel
Canlı təbiət haqqında metafizik görüşlər:

Bitkilərin elmi sistematikasının yaranma vacibliyi haqqında 1583-cü ildə Florensiyada Çezalpin xüsusi əsər nəşr etdirir. Çezalpin bitkiləri təsnifləşdirmək üçün ilk cəhd göstərmişdir ki, bu, toxum və meyvələrin quruluşuna əsaslanırdı. O, bitkiləri iki yerə: çiçəkli və çiçəksiz bitkilərə ayırırdı. Çiçəkli bitkiləri də öz növbəsində 3 qrupa ayırırdı ( ağaclar, kollar, otlar). Hər bir qrupu isə siniflərə bölür. Çezalpin çiçəkli bitkiləri 15 sinfə ayırır, 16-cı sinfə isə çiçəksiz bitkiləri aid etmişdir.

Çezalpin
Karl Linneyin təsnifat sistemi.

K.Linney öz təsnifat sistemində növü canlı təbiətin elementar vahidi kimi əsas götürmüşdü. K.Linney yaxın növləri cinslərdə, cinsləri dəstələrdə, dəstələri siniflərdə yerləşdirməklə 4 sistematik kateqoriyanı (növ, cins, dəstə, sinif) irəli sürmüşdür. O, növü adlandırmaq üçün ilk dəfə sələfləri tərəfindən irəli sürülən qoşa latın adlarından istifadə etmişdi. Sistematikada növlərin qoşa latın adları ilə adlandırılması bizim dövrümüzdə də davam edir. Linneyin sistematikasının çatışmayan cəhəti ondan ibarətdir ki, o, növlərin sistemləşdirilməsi zamanı yalnız bir-iki zahiri əlaməti (bitkilərdə erkəkciyin miqdarı, heyvanlarda tənəffüs və qan-damar sisteminin quruluş xüsusiyyətləri) əsas götürmüşdü. Bu səbəbdən genetik cəhətdən bir-birindən uzaq olan növlər eyni qrupa, bir-birinə yaxın növlər isə müxtəlif qrupa düşürdülər. Linneyin sistematikası bitki və heyvanları müəyyənləşdirməyə kömək göstərsə də, üzvi aləmin tarixi inkişafını əks etdirə bilmədi. Linney təbiətdə növlərin ilahi qüvvə tərəfindən yarandığını və dəyişməz olduğunu göstərirdi. Lakin sonradan növlərin dəyişilməsi qənaətinə gəlmişdir.

J.B.Lamarkın təkamül təlimi.

1809-cu ildə fransız alimi J.-B.Lamark “Zoologiyanın fəlsəfəsi” əsərində növlərin dəyişilməsi barədə fərziyyə irəli sürdü. O göstərdi ki, bitki və heyvanlar üzvi aləmin tarixi inkişafının – təkamülün (lat. “evolyutio” – çevirmək) nəticəsidir.

“Təkamül” dedikdə orqanizmlərin sadədən mürəkkəbə doğru tarixi inkişafı prosesi nəzərdə tutulur.

J.-B.Lamark üzvi aləmin tarixi inkişafının ümumi istiqaməti kimi canlı orqanizmlərin quruluşunun tədricən mürəkkəbləşməsini – qradasiyanı (“gradacio” – tədricən yüksəlmə) göstərmişdir. Onun fikrincə, qradasiyanın əsas hərəkətverici qüvvəsi orqanizmlərdə əvvəlcədən qoyulmuş tərəqqiyə doğru olan “daxili meyil”dir. Lamarka görə, orqanizmlərin mühit şəraitinə uyğunlaşması düzgün qradasiyadan kənara çıxmağa gətirib çıxarır. J.-B.Lamark K.Linneyin sistematikasını təkmilləşdirərək bir deyil, çoxlu əlaməti əsas götürdü, ən başlıcası isə orqanizmin qohumluğunu və mənşəyini əsas götürməklə elmi sistematikanı yaratdı.

Lamark təkamül barədə iki fikir irəli sürmüşdür. Bunlardan birincisi məşqetmədir. Lamarka görə orqanizm özünü həyat şəraitinə uyğunlaşdırmaq üçün daim məşq edir. Məşq edən orqanlar daha yaxşı inkişaf edir, məşq etməyənlər isə sıradan çıxır.

İkincisi isə məşqetmə nəticəsində qazanılan əlamətlərin faydalı olması və irsən nəslə keçməsidir. Lamark buna zürafələrin boyunlarının uzanmasını misal göstərmişdir. Bunun sayəsində uzunboyunlu zürafələr meydana gəlmişdir. Sonrakı tədqiqatlar Lamarkın fikrinin düzgün olmadığını sübut etmişdir. Lamark təkamül haqqında söylədiyi fikirlərə tam dolğun cavab tapa bilməmişdir. Sübutların az olması, yaxşı əsaslandırılmaması səbəbindən Lamarkın təlimi müasirləri tərəfindən qəbul edilmədi və alimlərin tənqidinə məruz qaldı.

YAZAR: Əmirəliyeva Fidan

Həmçinin bax: https://kafkazh.com/medeni-bitkilerin-mense-merkezleri/

Həmçinin bax: https://turaz.org/gelen-ilden-polietilen-torbalar-ve-plastik-stekanlarin-satisi-qadagan-edilir/

Həmçinin bax: https://tehsilim.org/veten-megrur-men-megrur-suari-altinda-zefer-toplantisi-kecirilib/