Təhsil sahəsində yeni layihə

Azerbaijan School of Diplomacy layihə təqdim edir. Təhsil şəbəkəsi qlobal pandemiya ilə əlaqədar yeni layihəni həyata keçirməyi planlaşdırır. Bu böyük sosial layihə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci illiyinəvə Cənab Prezidentimiz İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına qoşularaq Azərbaycanda təhsil alan kollec və universitetlərin subbakalavr , bakalavr və magistr tələbələrin birinci və ikinci semestr illik ödənişlərin ödənilməsi ilə bağlıdır. Dünyanı cənginə alan qlobal pandemiya səbəbi ilə iş yerlərinin müvəqqəti olaraq dayanması aztəminatlı ailələrin sosial-iqtisadi durumuna mənfi təsir göstərmişdir. Virusun milli iqtisadiyyata mənfi təsirlərinin qarşısını almaq, böhranın Azərbaycana təsirini azaltmaq üçün hökümətin dəstək proqramı hazırlaması indiki şəraitdə hər bir vətəndaşın,hər bir sahibkarın yanında olması, öz dəstəyini göstərməsi ölkəmizin bu sınaqdan da ləyaqətlə və daha az itkilərlə çıxacağına zəmanət verir. Pandemiyanın tuğyan etdiyi bir şəraitdə ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tarixinin ən böyük sosial-iqtisadi layihəsi həyata keçirilməkdədir. Dövlət vətəndaşların sosial müdafiəsi istiqamətində yeni layihələr hazırlayır.

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başlatdığı sosial aksiya davam edir. “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdədir. Prezidentimiz İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” tezisinin vətəndaşlarımızın toparlanması və həmrəy olmasına ciddi təsir göstərdiyinin şahidiyik. Azerbaijan School of Diplomacy təhsil şəbəkəsi də bu çağırışa qoşularaq özəl və dövlət müəssisələrində təhsil alan bütün Azərbaycan tələbələri bu layihədə iştirak edə bilərlər. Lahiyənin icra mexanizmi tam şəffaflıqla həyata keçiriləcək və bu aksiyadan aztəminatlı ailələr, veteran və əlil ailələri yararlanacaq.

Layihədə iştirak edə bilər:

1.  Ailədə valideynlərinin birini və ya hər ikisini itirmiş şəxslər;

2. Ailədə valideynlərinin biri və ya hər ikisi işsiz olan şəxslər;

3. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Veteran statusu almış şəxslərin övladları;

4. Sosial baxımından az təminatlı  səviyyədə yaşayan tələbələr;

5. Valideynlərindən biri və ya hər ikisi I , II və III dərəcəli əlildirsə;

6. Ünvanlı dövlət-sosial yardım alan ailənin üzvləri;
7. Tələbənin özü I , II və III qrup əlildirsə , eyni zamanda sağlamlığını 26 yaşa qədər itirmiş şəxslər;

8. Yaşa görə ( valideyn ) əmək pensiyası alırsa;

9. Yaşa görə ( valideyn ) sosial müavinət alırsa;

10. İctimai fəal tələbələr;

11. Akademik transkripti yüksək olan tələbələr.

 

Proses belədir:

1. Ehtiyacı olan hər kəs avqustun 1-dən 20-sinə qədər www.sosialtelebe.org saytında şəxsi kabinet yaradıb zəruri məlumatları qeyd edəcək.

2.Ondan sonra daxil olan məlumatlar müvafiq olaraq dövlət məlumat bazası ilə yoxlanılacaq. Şərtlərə uyğun olan tələblərin 1 semesterlik təhsil haqları ödənəcək.

3.Layihə bir neçə mərhələdə həyata keçiriləcək. (Sənədlərin qəbulu, yoxlama və müsahibə).

4.Layihə Ölkə Prezidentinin pandemiyadan zərər çəkmiş şəxslərə kömək proqramına dəstək vermək məqsədi daşıyır.

5.Həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri müraciət edə bilər.

6.Heç kimə vəsait nağd şəkildə ödənmir. Hər kəsin təhsil müəssisəsindəki hesabına ödənir.

 

Ünvan : Cəfər Cabbarlı 44, Caspian Plaza, III korpus 10-cu mərtəbə

Əlaqə nömrələri:

(012) 310 35 09

050 800 11 13

050 800 11 14

 

Mənbə: sosialtelebe.org
Xəbərçi: Ülviyyə Rəhman