Təhsil müəssisələrində sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək

 

Təhsil müəssisələrində sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək

Təhsil müəssisələrində su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planına əsasən, bu istiqamətdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə fəaliyyət göstərəcək.

Mənbə: azertag.az
Müxbir: Aytac Cəfərova