Tədqiqat hipotezi

Nəzəriyyələr adətən bir təcrübədə sınaqdan keçirilə bilməyəcək qədər geniş çərçivəyə salınır. Buna görə də, elm adamları tədqiqatları üçün əsas kimi nəzəriyyənin xüsusi hissələri arasında ehtimal edilən əlaqənin daha dəqiq ifadəsini – tədqiqat hipotezini istifadə edirlər. Tətdiqat hipotezi xüsusi və iki ya daha artıq dəyişənlər arasında əlaqəni təhrif edə bilən təxmindir, hansı ki, dəyişənlər müxtəlif insanlar, müxtəlif zamanlar yaxud müxtəlif yerlər arasından həqiqi məna kəsb edə bilən bir atributdur.Tədqiqat hipotezi maraq dəyişənləri ilə bu əlaqənin konkret istiqaməti arasında əlaqənin mövcudluğunu bildirir. Məsələn, “Marixuanadan istifadə etmək öyrənməni azaldacaq” tədqiqat hipotezi “marixuanadan istifadə” dəyişəni ilə “öyrənmə” adlanan başqa dəyişən arasında əlaqənin olduğundan xəbər verir. Eynilə, “Psixoterapiyada iştirak etmək narahatlığı azaldacaq” araşdırma hipotezində əlaqəli olması gözlənilən dəyişənlər “psixoterapiyada iştirak” və “narahatlıq səviyyəsi”dir. Mücərrəd şəkildə ifadə edildikdə, tədqiqat hipotezinin əsasını təşkil edən fikirlər konseptual dəyişənlər kimi tanınır.

Konseptual dəyişənlər tədqiqat hipotezlərinin əsasını təşkil edən mücərrəd fikirlərdir. Bəzən konseptual dəyişənlər olduqca sadə olur – məsələn, “yaş”, “cins” və ya “çəki”. Tədqiqat hipotezini sınaqdan keçirilməsində ilk addım konseptual dəyişənlərin konseptual dəyişənləri təmsil edən ədədlərdən ibarət dəyişənlər olan ölçülən dəyişənlərə çevrilməsini nəzərdə tutur. Məsələn, psixoterapiyadan keçmək (psixoterapevt qəbulunda olmaq) məvhumu  ilə bağlı fikir ayrılığı (uyğunsuzluq) xəstənin artan  psixoterapiya saatı miqdarı ölçülmüş dəyişən kimi təqdim edilə  bilər və marixuanadan istifadə konseptual uyğunsuzluğu araşdırmaya qatılanların 1-dən  10-a, nə dərəcədə tezlikdə marixuana istifadə etdiklərini və ya ondakı kimyəvi maddələrin varlığını ölçən bir qan testi tətbiq edərək  müəyyənləşdirilə bilər.

Psixoloqlar konseptual dəyişənin necə ölçülən dəyişənə çevrildiyinə dair dəqiq ifadəyə istinad etmək üçün identifikasiya üsulundan(əməliyyt tərifi) istifadə edirlər.  Tədqiqat fərziyyəsində konseptual və ölçülən dəyişənlər arasında əlaqə sxemləşdirilir. Konseptual dəyişənlər şəklin yuxarısındakı dairələrdə, ölçülən dəyişənlər isə aşağıda kvadratların daxilində göstərilir. Konseptual dəyişənlərdən ölçülmüş dəyişənlərə aparan iki şaquli ox iki dəyişənin əməliyyat anlayışlarını ifadə edir. Oxlar konseptual dəyişənlərdəki dəyişikliklərin (bu nümunədə psixoterapiya və narahatlıq) müvafiq ölçülən dəyişənlərdə dəyişikliklərə səbəb olma gözləntisini müəyyən edir. Ölçülmüş dəyişənlər daha sonra konseptual dəyişənlər haqqında nəticə çıxarmaq üçün istifadə olunur.

“Psixoloji Tədqiqatda İstifadə Edilən Konseptual Dəyişənlərin Əməliyyat təriflərinin Nümunələri” psixoloji tədqiqatda istifadə edilmiş konseptual dəyişənlərin bəzi potensial əməliyyat təriflərini siyahıya alır. Bu siyahını oxuyarkən nəzərə alın ki, mücərrəd konseptual dəyişənlərdən fərqli olaraq, ölçülən dəyişənlər çox spesifikdir. Bu spesifiklik iki səbəbə görə vacibdir. Birincisi, daha konkret təriflər o deməkdir ki, toplanmış məlumatların başqaları tərəfindən səhv başa düşülməsi təhlükəsi azdır.  İkincisi, konkret təriflər gələcək tədqiqatçılara tədqiqatı təkrarlamağa imkan verəcək.

QAYNAQ: Girma Lemma- General psychology 
TƏRCÜMƏÇİ: Nərgiz Ələkbərli
HƏMÇİNİN BAX: Qanunlar və nəzəriyyələr
HƏMÇİNİN BAX: Tehsilim.org/tehsilim-orgda-yeni-tecrube-proqrami/