Təbiətin dostu
Yaşadığımız dünya,öz flora və faunasıyla sehirli bir vəhdət təşkil edir.Dünyamızın gələcəyi bu vəhdətdən və bu vəhdətin əbədi,əzəli tarazlığından asılıdır.Bu harmoniyanın,sirli tarazlığın pozulması dünyamızı fəlakətə sürükləyə bilər. Yer kürəsində var olanların ən alisi hesab olunan biz insanlar bu harmoniya pazılının əsas parçasıyıq.Ona görədə Yer kürəsinin mühafizəsində insanların rolu olduqca böyükdür.Bəs bizlər bu vəzifəni layiqincə yerinə yetirə bilirikmi?
Son zamanlar bəşəri problem olan ekoloji pozuntular bu sualın acınacaqlı cavabıdır.Cümlədə adi bir sözün yerini dəyişdikdə başqa məna alınır,təbiətin nizamı pozulduqda isə nələrin baş verəcəyini insanoğlu görmək belə isdəmir.
Hər keçən gün minlərlə plastik əşyaların və bu qəbildən olan tullantıların təbiətə atılması yer qatını keçən əsirlərə nəzərən acınacaqlı vəziyyətə gətirib.Özüdə yeri çirkləndirməklə qurtarmamış kimi, göylərində nizamını pozmuşuq.Buna səbəb isə insanlar tərəfindən yaradılmış zavodlar,mühərrikli maşınlar və s.dir.Bu kimi hallar, Almanların adlandırdığı kimi, dünyanın “Yaşıl ciyəri” olan ağaclara ziyan vurur.
Amma, gedişatın mənfiyə doğru getdiyi bu prossesde müsbət addımlar olduqca çoxdur.Bu burulğanda özünün qocaman evi olan Dünyanı düşünən minlərlə “Təbiət dostu” var. Bu xoşməramlı amal uğrunda mübarizə aparan, dünyanı fəlakətin asdanasından qurtarmağa çalışanlar heç də az deyil.Ölkələr arası müxtəlif toplantılar,könüllü gənclər tərəfindən müxtəlif ideyalar həyata keçirilir.
Ölkəmiz bu kimi tədbirlərdə yaxından işdirak edir.Prezident Cənab İlham Əliyevin 2010-cu ili “Ekologiya ili”elan etməsi bunun bariz nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti,YUNESKO,İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın “Hərəmiz bir ağac əkək”lahiyəsi bu işdə müstəsna rol oynayır.Bu lahiyələr çərçivəsində 3 milyon ağacın əkilməsi ana təbiətə Azərbaycan vətəndaşının məhəbbətinin bariz nümunəsidir.
Bundan əlavə Ekalogiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqların qorunması,vətəndaşların ekoloji məsələlərə həssaslığının artırılması və ictimai nəzarətin daha da gücləndirilməsi məqsədiylə “Təbiət Dostu “ekoloji könüllülər hərakatının təşkilinə start verilib.Bu istiqamətdə əhali arasında maarifləndirmə aparacaq bir qrup şəxsə “Təbiətin Dostu” adlı emblemlər təqdim olunub.
Ölkəmiz ekoloji sferanın qorunması üçün gün keçdikcə müxtəlif lahiyələr həyata keçirir.Lakin,öz evimiz olan Təbiəti qorumaq üçün hər hansısa hərakatı gözləmədən öz imkanlarımız hesabına müxtəlif addımlar ataq.Gəlin Dünyamızın sabahını gözəlləşdirək,çünki,onun sabahı bizlərin gələcəyidir.
Yazar: Camalov İsmayıl BDU tələbəsi (kafkazh.com saytı və ADPU TGT IBT fakultəsinin təşkilatçılığı ilə “Ən Yaradıcı Məqalə” müsabiqəsinin iştirakçısı)