TƏBİB: COVİD-19-la mübarizədə geniş tədbirlər qrip və digər respirator xəstəliklərin azalmasına səbəb olub

TƏBİB: COVİD-19-la mübarizədə geniş tədbirlər qrip və digər respirator xəstəliklərin azalmasına səbəb olub

“Hazırda geniş müzakirə olunan məsələ payız-qış mövsümünə hazırlıqdır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hər il payız, qış mövsümündə mövsümi qrip və başqa kəskin respirator xəstəliklərinin artımı gözlənildiyi kimi, bu il də gözlənilir: “Bu artım COVID-19 pandemiyası fonunda hansı nəticələrə gətirib çıxara bilər? Hazırda bu məsələ geniş müzakirə olunur. Əgər biz koronavirusla mübarizədə qəbul olunmuş profilaktik tədbirlərə riayət edəriksə, bu bizi bütün başqa respirator xəstəliklərdən də qoruyar”.

O bildirib ki, bu gün dünyada COVİD-19-la mübarizədə geniş tədbirlər görülən ölkələrdə hətta qrip və digər respirator xəstəliklərin sayında da azalma hiss olunur: “Biz yenə də maskadan istifadə etməli, gigiyena qaydalarına əməl etməliyik”.

Mənbə:apa.az
Müxbir:kafkazh.com xüsusi müxbir Məmmədova  Zöhrə