Tbilisidə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanda yaşayan gənc soydaşlarımız Tbilisidə Ermənistan səfirliyinin binasının qarşısına toplanaraq Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildiriblər. Müxtəlif şüarlar səsləndirən gənclər Ermənistanın bu təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarının işğalına son verməsini tələb ediblər. Gənclər bildiriblər ki, Ermənistanın apardığı işğalçı siyasət bölgə xalqlarının inkişafına mane olur, regionda sülh və stabilliyə daim kölgə salır.

 

Mənbə: apa.az

Xəbərçi: Şəbnəm İbrahimli