TARİXİN SİNTEZİ İKİ MİLLƏT- MACARLAR VƏ TÜRKLƏR
Macarıstan və yaxudda Avropada tanınan adı ilə desək Hungaria Orta Avropada, Karpatlarda yerləşən və dənizə çıxışı olmayan bir ölkədir. XVI-XVII əsrlərdə bu ölkə 3 ayrı hissəyə parçalanmışdı. Birinci hissə Türk idarəçiliyi altında olmuş və Macar mədəniyyətinin inkişafına mühüm töhvələr vermişdi. İkinci hissə Habsburqların tabeliyi altında olmuş və İtalyan katolikliyinin təsirinə məriz qalmışdı. Üçüncü hissə isə Transilvanya, Holland və İngilis protestantlığı ilə əlaqədə idi. Ölkənin mədəni və siyasi həyatında mövcud olan bu rəngarəngliyə baxmayaraq Macar mədəniyyəti XVI-XVII əsrlərdə özünün çiçəklənmə mərhələsində idi. Xüsusilə bu dövrdə Qabor Betlenin dövründə Transilvanya mədəniyyyəti inkişaf etmiş, məşhur Korvinlər qəsrində təkminləşdirmələr aparılmışdır. Bu dövrün tarixi əsərləridə özündə Türk-Macar əlaqələrini əks etdirirdi. Türk tarixçisi İlbər Ortaylı “Əfsanələr və Gerçəklər” əsərində qeyd edirki “Qanuni sultan Süleymanın Macarıstanı işğalı ilə bağlı ən görkəmli əsərlərdən biri İştvan Brodoviçin əsərləridir. Dövrün Türk-Macar əlaqələrini tam şəkildə öyrənmək isdəyənlər bu əsərlərə müraciət etməlidir.

1526-cı ildə Sultan Süleymanın rəhbərliyi ilə Türk ordusu Moxac döyüşündə Macar qoşunlarını məğlub edərək Macarıstana daxil olmuşdur. Bu torpaqlar təxminən bir əsr yarım Osmanlı imperiyasının əyaləti olaraq qalmışdır. Türk vəMacar xalqları kimi həyat yolları bir birinə bu qədər bağlanmış xalqlara tarixdə olduqca az rast gəlinir. Bunun bir digər səbəbi bu iki dövlətin anayurtlarının tarixən bir-biri ilə qonşu olması idi. Bu bağlılıq dildə də özünü büruzə verirdi. Araşdırmalar nəticəsində məlum olmuşdurki. o dövrdə Macarıstanda türkcə sözlər əhali arasında geniş isdifadə edilirdi. Osmanlı işğalına qədər Macar memarlığında Roman və Qotik üslublar hakim olsada, Osmanlıdan sonra Vyana yolu vasitəsilə yüksək Barok üslübu macar memarlığına daxil olmuşdu. Sayısız məscid və minarələr qısa zamanda Qotik qalaların qüllələrini kölgədə qoymuş və şəhərlərə Türk şəhərləri abu havası qatmışdı. Bu dövrdə Macarıstanda 150-yə yaxın məscid inşa edilmiş bir çox kilsə isə məscidə çevrilmişdi. İlk olaraq məscidə çevrilən kilsə Matias kilsəsi adı ilə tanınan məşhur Notre-Dame kilsəsi idi. Bəzi xırda dəyişikliklərdən sonra bu kilsəyə Süleyman xan məscidi adı verilmiş və kilsəyə məxsus olan 2 qiymətli gümüş şamdan hal-hazırda Ayasofya məscidindədir. Bu kilsəyə aid bütün təsvirlər həmin dövrdə uzaqlaşdırılsada Şərq qapısı üzərində əjdərha öldürən İlyas Peyğəmbər relyefi qorunub saxlanılmışdır.

Bu dövrdə Macarıstanda qalmağa davam edən məscidlərdən ən məşhuru Həsən paşa məscidir. Bu gün kilsə kimi istifadə edilən məscidin minarələri olduğu kimi qalmağa davam edir. Macarıstanda türk memarlığının əsas nümunələrindən biri isə Əyri minarədir. Məscid çoxdan dağıdılmış olsada 25 metr hündürlüyündəki minarə hələdə Türk simvolu kimi ölkədə qalmağa davam edir. Bildiyimiz kimi Türklərin dini həyatını əks etdirən abidələrdən biridə Türbələrdir. Budapeştdə Türklərdən qalma yeganə türbə məşhur Gül baba türbəsidir. Türbə 1543-1548 ci illərdə Budin valisi olan Yahya Mehmet Paşa tərəfindən tikilmişdir. Maraqlı cəhəti isə o dövrdə tikilən türbələrdə mayak olduqca nadir görülürdü. Mayakın üzərində ulduzda təsvir edilmişdi. Gül baba türbəsi hal-hazırda da öz ziyarətçilərinə açıqdır. Bir digər türbə hesab edilən İdris baba türbəsinim əsas fərqi isə hal-hazırda kilsə kimi fəaliyyət göstərməsi və Gül baba türbəsinə nisbətən xırda daşlardan tikilməsi idi.

Macarıstanda türklərdən qalma abidələrdən biridə hamamlardır. Burada Osmanlıdan yadigar 3 hamam qalmağa davam edir. Bunlar Rudos hamamı, İmperator hamamı və Kral hamamıdır. Bu adlar isə sonradan verilmişdir. Rudos hamamı Budinin ən məşhur valilərindən biri olan Sokullu Mustafa paşa tərəfindən 1556-cı ildə tikilmişdir. XIX əsrdə çəkilən bir rəsm əsərində Rudos hamamı və Gül baba türbəsi eyni təsvirdə yer alırdı. Nisbətən daha xırda olan kral hamamı isə 1570-ci ildə Sokullu Mustafa paşa tərəfindən tikilmişdir. Klassinizm dövründə hamam genişlənsə də öz şəklini dəyişməmişdir. İmperator hamamının nə vaxt tikilməsi və kim tərəfindən tikilməsi ilə bağlı əsaslı bir fikir yoxdur. Hamam 8 güşəli və nisbətən xırda daşlardan inşa edilmişdir. Macarların geyim tərzlərinədə Türk mədəniyyətinin təsiri böyük olmuşdur. Belə ki, keçən ilin sonunda Macarıstan milli muzeyi öz ziyarətçilərinə XVI-XVII əsrə aid olan qiymətli bir əşya nümayiş etdirdi. Bəhsi keçən əşya bu dövrdə yaşamış bir türk süvarisinə aid olan Qafdan idi. Rəvayətə görə, bu Qafdan Moxaç savaşını belə görmüş daha sonra Kont Almasy adlanan bir ailənin Bernstein qalasında qorunub saxlanmışdır. Qafdan iki yandan açıq və ancaq kəmərlə geyinilə bilərdi. Üstündəki naxışlar əsasən xalq üslubunda idi. Mənbələrin verdiyi məlumata görə, o dövrdə geyim tərzinə görə bir türk bir macardan sadəcə baş örtüsünə görə fərqlənirdi. Hətda Macarların Mante adlandırdıqları geyim Türklərin Qafdanları ilə demək olarki, birə-bir eyni idi. Bu paltarları geyinənlər əsasən yüksək təbəqəyə mənsub olam şəxslər idi.

Macarıstanda Türk memarlığının digər bir nümunəsi isə Budindəki Gəmili körpüdür. Körpünün tikintisi 1556-cı ildə Sokullu Mustafa Paşanın adı ilə əlaqələndirilsədə bəzi mənbələrə görə 1571-ci ilə tikilmişdir. 1578-ci ildə baş vermiş bir zəlzələ nəticəsində körpü dağılmış və yalnızca 1686-ci ildə bərpası mümkün olmuşdur. Müasir səyyahların çoxu Tuna çayının iki yaxasını birləşdirən körpüdən heyrətlə bəhs edirlər. Bu səyyahlardan biri hesab edilən və cihan səyyahı adlandırılan Evliyanın sətrləri olduqca maraqlıdır. O, körpünün quruluşu ilə yanaşı onun yerləşdiyi yeridə dəqiq şəkildə təsvir etmişdir. Onun yazdıqlarına görə körpü məşhur Miklos heykəlinin yanında yerləşir. Səyyah Kristian Wallendorf isə qeyd edirki, Türklər düşmən gəmiləri dayandırmaq üçün körpünün qarşısına böyük bir dəmir zəncir bağlamışdılar.Türklər bu üsuli 1453-cü ildə Fateh Sultan Məhməd Bizansa yürüş edərkən Haliç limanının zəncirlərlə bağlanması nəticəsində öyrənmişdi. Hal-hazırda vaxtilə Budində mövcud olan bu körpünün varlığını şəhər müzeyində nümayiş etdirilən dəmir zəncirlərin bir hissəsi xatırladır.

Macarlar və Türklərin qohum olması ilə bağlı tarixən müxdəlif iddialar mövcud olmuşdur.Bunu müdafiə edənlər isə əsas sübut kimi e.ə 1000 ci ildə Bizans imperatoru tərəfindən Macar kralına verilən tacın üzərindəki yazını göstərirlər. Beləki, tacın üzərində “Türkiyanın kralına” cümləsi yazılmışdı və bu tac hal-hazırda da qalmağa davam edir. Bu məsələnin nə dərəcədə düzgün olması müəmma olsada müasir dövrdə Türklər və Macarlar arasında olan əlaqələr inkişaf etdirilir. Budapeştdə mövcud olan Türk-Macar dostluq dərnəyinin rəhbəri İştvan Szabo qeyd edirki, XVIII əsrdə Osmanlıya sığınan Macar şəhzadəsi II Frans Rakoczi Türk-Macar dostluğunun simvolu hesab edilir. Beləki, Rakoczi 1735-ci ildə sultan III Əhmədin himayəsinə sığınmış və ömrünün sonuna qədər Təkirdağda ona verilən evdə yaşamışdır. Bu ev hal-hazırda Rakoczi muzeyi kimi fəaliyyət gösdərir.

Yazar: Müşfiqə Quliyeva
Həmçinin bax Türk olmaq