TARİXİN GİZLİ QƏHRƏMANLARI-MÜMİN AKSOY

Yırtıcılar az yaşar,uzun sürmez doğanlık.

Her ışığın ardında gizli bir karanlık.

Adsız-sansız olsada en büyük kahramanlık,

Göz kırpmadan saldırıp bir daha dönmemekdir.

Hüseyin Nihal Atsızın bu şeirdə də dediyi kimi ən böyük qəhrəmanlıq səssiz,adsız-sansız olandır. Heç özünüzə sual verdinizmi? Millət üçün nə edə bilərəm deyə. Ölə bilərəm, öldürə bilərəm və s. Bəs millət üçün millətin və ailənizin gözündə Vətən xaini olmağı gözə alarsızmı? Qəhrəman olduğunuz bilinmədən qəhrəman olmağı gözə alarsızmı? Hələ kiçik yaşlarımızdan etibarən hamının balaca dünyasında gizli bir qəhrəmanı olur. Kimi üçün bu qəhrəman cizgi filmlərdə gördüyü, kimi üçün yaxını olur. Amma böyüdükcə anlayırsanki, əsl qəhrəmanlıq sözdə yox özdə olandır. Qəhrəmanlıq özünü və öz ailəni qorumaq yox, başqası üçün gözünü qırpmadan onları belə gözdən çıxarmaqdır. Ən təcrübəli həkimlərin belə qarşısındakı əməliyyat masasına öz yaxınını qoysanız əli titrəyər. Ən təcrübəli polisin belə qarşısına öz oğlunu qoysanız vurmağa tərəddüd edər. Ancaq indi danışacağım şəxs Millətin bütünlüyü üçün millətin etibarını itirən qəhrəman Albay Mustafa Mümin Aksoydur. Və ya xalqın ona taxdığı ləqəblə “Gavur” Mümin.

Bildiyimiz kimi 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsinə əsasən Osmanlı dövlətinin bəzi bölgələri ittifaq dövlətləri tərəfindən ayrı-ayrı işğal zonalarına bölündü. Mümin Aksoyun yaşadığı İzmirdə isə yunan işğalı dövrü başlandı. İzmirin işğalında başda jurnalist Hasan Tahsin, Miralay Süleyman Fethi kimi şəxslər şəhid edildi və adları tarixə yazıldı. İzmir şəhəri işğaldan sonrakı adı ilə desək Simerni, işğalda olduğu 3 il 135 gün müddətində yunanların amansız zülm və işgəncələrinə məruz qaldı. Nəticədə işğala qarşı xalq içində Mustafa Kamal paşanın rəhbərliyi ilə xüsusi gizli təşkilatlanmalar yaradıldı. Bu təşkilatlardan birinin üzvü olan Mümin Aksoy yunan işğalı başladıqdan sonra digər ordu üzvləri kimi Ankaraya-Mustafa Kamal paşanın yanına getmək üçün müracitə etdi. Lakin müraciət rədd edildi. İllər sonra onun vətənpərvərliyini şübhə altına salan bu rədd cavabının niyə verildiyi bəlli olacaq. Əvvəlcə döyüş zamanı düşmənə əsir düşən Aksoy, Yunan ordusunun etimadını qazanmaq üçün öz silahdaşını onun razılığı ilə öldürür. Daha sonra İzmir dirənişi ilə bağlı bir neçə vacib məlumatı onlara söyləyərək düşmənin etimadını qazanır. Ailəsinin belə öldü hesab etdiyi Mümin Aksoy tezliklə yunan ordusunun tərkibində İzmirə geri qayıdır. Qarşılama mərasimində yunanlara atəş açdığı üçün öz oğlu edama məhkum edilir. Lakin Mümin Aksoy yunan generalı razı salaraq qeyd edirki “Yunan işğalı qanla başlamamalıdır. Siz bu gənci bağışlamaqla xalqın etimadını qazana bilərsiz”. Nəticədə oğlunu edamdan azad edə bilir. Lakin artıq həm ailəsinin, həmdə xalqının etimadını itirmişdir. Anasının övladlıqdan rədd etdiyi Mümin Aksoy sonralar yazdığı xatirələrində bunları qeyd edib. “O vaxtlar mənə xain deyib kin güdənlərə əsəbləşmirəm. Onları başa düşürdüm. Çünki xalqım ilə birlikdə orduda vuruşacağıma, xain paltarı geyinib küçələrdə gəzirdim. Qurtuluşu üçün öləsiyə döyüşdüyüm İzmir küçələrində üzümə qarşı deyilən söyüşlər cəbhədə aldığım yaralardan daha ağır idi. Lakin ölməkdən qorxmurdum. Qorxduğum tək şey Vətən xaini olaraq ölüb getmək idi”. Yunan ordusunun tərkibində olarkən yunanların agentlərinin kimliyini, silah və sursatlarının yerini, gələcək strategiyalarını Türklərə ötürmüşdür. Hətda Mustafa Kamalın məşhur Bandırma gəmisində olması xəbərinin yunan generalına çatmasına əngəl olmuşdur. Bu gün 9 sentyabr İzmirin qurtuluş günü kimi qeyd edilən bu bayram Gavur Mümin və yaxudda ona yaraşan ad ilə desək Osmanzadə Mümin Aksoy kimi qəhrəmanlar sayəsində olmuşdur. Bu gün İzmirin bir çox küçəsinə, bulaq və restoranına Osmanzadə adı verilmişdir. Mümin Aksoyun hekayəsinə həyat verən məşhur türk serialı “Vatanım Sənsin“ isə müasir dövrdə çəkilən lazımsız film və seriallara nisbətən izlənməsi tövsiyə edilən tarixi serialdır.

Yazar: Müşfiqə Quliyeva

Həmçinin bax Türk olmaq

həmçinin bax https://tehsilim.org/indoneziyanin-kristen-duta-vacana-universiteti-ingilis-dilinde-meqale-qebulu-elan-edir/