Tanrı kəlamı

Tanrı Kəlamı
Var olduğumuz aləm öz sirləri, nizamı və mizanı ilə bəşər övladını heyrətə salmaqla yanaşı
bir o qədər də düşündürür.Günəş və ayın planlı yer dəyişimi (bir-birini əvəzləməsi),
okeanların, səhraların ağıl almaz sonsuzluğu insanın bunların yaradıcısını axtarmağa sövq
etmişdir.Ancaq,bu cür heyrətamizliyin yaradıcısı olan Rəbb insanlardan heç vaxt uzaq
olmamış hətta insanlara onların özlərindən də yaxın olmuşdur.Öz bəndələrini düz yola
gətirmək, dünya yaşamının sirlərini onlara öyrətmək və insanları özlərinin özlərini saldıqları
çirkablıqdan qurtarmaq üçün müxtəlif dövrlərdə peyğəmbərlər ,səmavi kitablar
göndərmişdir.Bu peyğəmbər və səmavi kitablar insanoğluna düz yolu göstərmək üçün
müfəssəl olaraq yaradılmışdır. Göndərilən səmavi kitablar (Tövrat,Zəbur,İncil, Quran)
içərisində Muhəmməd (ə)-a nazil olunmuş “Quran’i Kərim” öz qüsursuzluğu və mükəmməliyi
ilə istər müsəlman aləminin istərsə də digər dini inancları olan şəxslərin diqqətini hər daim
özünə cəlb etmişdir. İslam dininin müqəddəs kitabı olan Quranın(رآن
ُ
الق Əl-Quran)
mənası-oxumaq, qiraət etmək deməkdir.
Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi (Surə
kəlməsi dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir) Bəqərə (İnək) surəsi
(286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə
surəsinin 282-ci ayəsidir.Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun
zaman müddətində – 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran
Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə
görə, Bəqərə (İnək) surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə
vəhy edilmişdir. Özünəxas xüsusiyyətlərə malik olan Qurani-Kərim “Fatihə” surəsi ilə
başlayıb “Nas” surəsi ilə bitir.Furqan olan bu səmavi kitabın surələri Məkkə və Mədinədə
nazil olmuşdur.Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil
olmuşdur. “Ey insanlar” deyə başlayan surələr Məkkədə, “Ey iman gətirənlər” deyə başlayan
surələr və ayələr Mədinədə nazil olanlardır.Quranda surələr “Bismillahir-rəhmanir-rəhim”
kəlməsi ilə başlayır.Quranın 114 surəsindən yalnız “Tövbə” surəsi
“Bismillahir-rəhmanir-rəhim!”-lə başlamır. Buna baxmayaraq, Quranda
“Bismillahir-rəhmanir-rəhim” kəlməsi 114 dəfə işlədilib. Belə ki, Nəml surəsinin 30-cu
ayəsində Süleyman peyğəmbərin yazdığı məktub “Bismillahir-rəhmanir-rəhim”-lə
başlayır.Bəzi qaynaqlara görə bir neçə ayənin və yaxud bir surənin nazil olma səbəbi
vardır.Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı
nüzul deyilir.
Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin əhəmiyyəti
böyükdür. Belə ki, Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha
yaxşı başa düşürdülər. Baxmayaraq ki, hər ayənin nazil olma səbəbinin olduğunu iddia
etmək olmaz, ayənin nüzül səbəbini bilmədikcə, onun tam olaraq başa düşülməsi mümkün
deyil. Məsələn, Bəqərə surəsinin 158-ci ayəsi: “(Ey möminlər!) Həqiqətən, Səfa (dağı) və
Mərvə (dağı) Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya
ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına
dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş
görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir”.
Əgər bu ayənin nüzül səbəbini bilməsək, belə aydin olar ki, Həcc ziyarəti zamanı Səfa və
Mərvənin arasında səy etmək vacib deyil. Amma həqiqətdə bu əməl həcc ziyarətinin
rüknüdür və yerinə yetirilməsə, bu ziyarət batil olar.
Ayənin nazil olma səbəbi isə belədir:
Müsəlmanlar ilk dəfə İslami qaydada həcc ziyarətini yerinə yetirən zaman Səfa və Mərvənin
hər birində bir büt qoyulmuşdu və müsəlmanlar səy edərkən bu bütlərin qarşısından keçməli
idilər. Onlar bunun dogru olub-olmadığını bilmirdilər və ziyarətlərini batil edəcəklərini
düşünürdülər. Ayənin nazil olması ona dəlalət etdi ki, o zaman bu işi görmələrində
müsəlmanlar üçün heç bir günah yoxdur.
Quranda bir çox elmlərdən məlumatlar verilir, peyğəmbərlərin bir çoxunun ibrətamiz
həyatından, Tək Allaha təbliğ yolunda üzləşdikləri çətinliklərdən danışılır,insanlara düz yola
yönəlmək və Allah rızasının önəmi bildirilir.Bir çox surələrdə Allaha və onun göndərdiyi
peyğəmbərlərə asi olan qövümlərin məhvindən danışılır və ibrət alanlar üçün bu ayələrdə
həqiqi dəlillər olduğu bildirilir.
Digər səmavi kitablarda olduğu kimi Quran’i Kərimdədə ilk insan olan Adəmin
yaradılışındanda bəhs olunur.İncildə Adəm barədə sistemləşdirilmiş hekayə olduğu halda,
Quranda Adəmin adı bir neçə surələrdə çəkilir. Onun adı qeyd edildiyi ayələr Quranın başqa
başqa hissələrinə səpələnib.
Qurani-Kərimdə insanın Allaha oxşar olduğu və onun simasında yaradıldığı əqidəsi yoxdur.
Kitabda daha çox Allah insanı öz düşündüyü tərzdə yaratdığı deyilir. Həmçinin, Quranda
qeyd olunur ki, göylərin, yerin və başqa varlıqların yaranışından sonra Allah taala onların ən
üstününü, ən şərəflisini, yəni insanı yaradaraq onu özünə yer üzündə xəlifə və canişin seçdi.
(Bəqərə. 30).
Səcdə surəsində (6-7 ayə) deyilir ki, Allah Adəmi palçıqdan yaratdı. Bəqərə surəsində
Adəmin təyinatı daha dolğun şəkildə açıqlanır (Allah mələklərə deyir ki, yer üzündə canişini
qoymaq istəyir), həmçinin rəvayət olunur ki, bütün mələklər Adəm qarşısında səcdəyə
düşdülər cin Şeytandan (İblisdən) başqa, hansınaki mələklər arasında yaşamaq xüsusi
üstünlüyü verilmişdir, taki o, qiyam etmədiyinə qədər. Həmçinin, surədə Adəm və Həvva
cütlüyün cənnət bağında həyatından danışılır. Allah bağda müəyyən ağaca doğru
yaxınlaşmağı qadağan edir (Əraf surəsi. 19)
Əraf surəsində İblisin Adəmi və onun arvadını qadağan edilmiş ağacın meyvəsini yemələri
üçün (118—123 ayələr) necə yoldan çıxartdığı haqda danışılır. Quran günahkarların hər
ikisini bərabər xətalı görür. Nəticədə insanlar Allah tərəfindən cənnət bağından qovulurlar.
Həmçinin Quranda deyilir ki, Allah Adəmin günahını hətta onu yerə göndərməkdən öncə
bağışlamışdı (Taha surəsi, 121-122 ayələr).
Quranda yerin əşrəfi adlandırılan insanların Ulu Tanrı qarşısında bir olduqları bildirilir.Onların
yalnız bir-birləri ilə yaxşı əməl uğrunda yarışmaları tövsiyə olunur.Quranda bu kitabın digər
səmavi kitabların təsdiqi olmağı da vurğulanır.”Sənə özündən əvvəlkiləri (səmavi kitabları)
təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi”
(Ali-İmran.3).
Rəhman olan Allah insanları vəd olunmuş günün əzabından qorxmağa,pisliklərin daşını
atmağa çağırır.”Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün
insanları (bir yerə) toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!”(Ali-İmran.9.).O
gün, Qiyamət günü heç kəsin heç bir kəsə yardım edə bilməməsindən də söz açılaraq deyilir
ki, heç bir insanın günahı digərinə yüklənməz.
Tanrı müqəddəs kitabda yaxşı işlər görənləri cənnətlə (/əl-Bəqərə.25./(Ya Peyğəmbər!) İman
gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan
cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim
əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, -deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara
(dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak
(olan) zövcələr də var.) ,pis əməl sahiblərini isə cəhənnəmlə( /əl-Bəqərə .81./ Bəli, günah
qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik
qalacaqlar.) müjdələyir.
Ümumilikdə Quran insanlığı pis əməldən çəkinməyə, Allaha şərik qoşmadan ibadət etməyə,
müqəddəs kitabda nazil olanlara iman gətirməyə və bu kimi gözəl insani keyfiyyətlərə dəvət
edir.
Unutmayın həmd və səna yalnız aləmlərin Rəbbinədir.

Yazar: İsmayıl Camalov
Həmçin bax: https://tehsilim.org/mental-arifmetika-layihesi/
Həmçin bax: Peyğəmbər(s.ə.s) təbliğində bəzi cəhətlər. Qəza, qədər və ya alın yazısı.