Tallinn Universiteti koronavirus riski yüksək olan ölkələrdən tələbə qəbulunu dayandırıb
Tallinn Universiteti koronavirus riski yüksək olan ölkələrdən tələbə qəbulunu dayandırıb
Estoniyanın Tallinn Universiteti COVID-19 virusuna yoluxma riski yüksək olan ölkələrin tələbələrini qəbul etməkdən imtina edib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, universitetin qəbul komitəsi Tallinn Texniki Universitetinin (TalTech) çıxardığı qərarın analojisini qəbul edib.
Bununla belə, Tallinn Universiteti qeyd edilən səbəblərə görə, Estoniyaya gələ bilməyən tələbələrə bir sıra ixtisaslar üzrə elektron təhsil imkanları təklif edir. Eyni zamanda, qəbul alan tələblərin gələn il tədrisə başlamağı mümkün olacaq.
Mənbə: azertac
Xəbərçi : Şükürova Fatma