Tac Mahal

Hindistanın Aqra şəhərində Camna çayı sahilində inşa olunmuş bu tikili dünya memarlığının şedevri sayılır. Tikili özünəməxsusluğu ilə seçilərkən eyni zamanda o məhəbbət rəmzi olmağı ilə də diqqəti üstünə çəkir. 1630-cu ildə sarayda gözlənilməz bir hadisə baş verir. Cahan şahın həyat yoldaşı Mümtaz Mahal Banu Bəyim 14-cü övladını dünyaya gətirərkən vəfat etmişdir. Bu kədərlə heç cür barışa bilməyən Cahan şah özünü ovutmaq üçün eyni zamanda Mümtaz Mahala olan sevgisini əbədiləşdirməkdən ötəri 1 il sonra bu möhtəşəm türbənin inşasına qərar verir.

Tac Mahalın inşası zamanı işçilərin sayı 22 minə çatmışdır.Deyilən rəvayətlərə görə Cahan şah ağ mərmərdən inşa edilmiş türbənin qarşısında onun qara rəngi olanınıda tikdirmək istəmişdir. Ancaq o döyüşdüyü müharibələrdən buna vaxtı çatmamışdır. Təbii ki bu real əsaslara söykənməyən bir rəvayətdir.

Tac Mahal günün müxtəlif saatlarında fərqli rənglərə bürünür. Türbə səhər saatlarında çəhrayı, günorta saatlarında ağ və gecə vaxtlarında sanki ay işığı ilə sintez edərək qızılı rənginə boyanır. Bunun səbəbi qadınların tez-tez dəyişimini simvolizə edir.

Cahan şahın çox sevdiyi yoldaşı Mümtaz Mahal üçün inşa etdiyi bu türbənin tikintisinin başa çatması 17 il ərzində sonlandırılmışdır. Tac Mahalın eksteryeri (xarici görünüşü) 4 tərəfdəndə eynidir

Tac Mahal içərisində məscid,qonağ evi və göz oxşayan bağçaları ilə birlikdə cəmi 17 hektarlıq ərazini əhatə edir.Tac Mahalın hündürlüyü 171 m-dir. Türbənin inşası zamanı materialları daşımaq üçün 1000-dən artıq fillərdən istifadə olunmuşdur.

Tac Mahalın digər şəkilləri

   

     

 

Yazar: Aydan Ələmdarzadə