Suvar xaqanlığı

Qərbi  Hun  imperiyası dağıldıqdan  sonra  Şimali  Qafqaz   çöllərində ( Xəzər dənizinin  şimal-qərb  sahillərində )  yaranmış   digər  türk dövləti  Suvar Xaqanlığı  idi. Sabirlərin qədim vətəni — müasir Qərbi Qazaxıstan çölləri də Qərb xaqanlığının tərkibinə daxil idi. Burada bölgə knyazı Tun cabqu xanın əmisi idi. O, «Bahadır» titulu daşıyır və kiçik xaqan hesab olunurdu. Bu ölkə VII əsrdə artıq «Sibir» adlanırdı, çünki sonralar «Bahadır» «Kyüülük Sibir xan» titulunu qəbul etmişdi. Öz meylləri etibarı ilə Sibir tayfaları da bolqarlar kimi dulu qruplaşmasına yaxın idi.

Sabir türkləri çox döyüşkən idilər. Hələ VI əsrin əvvəllərində onlar muzdlu döyüşçülər kimi həm Bizans, həm də Sasani qoşunlarında qulluq edirdilər. Sabirlər 515-ci ildə Sasanilərin Cənubi Qafqazdakı mülklərinə basqın etmiş və nəticədə onlara verilən xəracın miqdarının artırılmasına nail olmuşdular. Bu  tayfanın adı  ilk  dəfə  Klavdi  Ptolomeyin  əsərində  Savar  kimi, Bizans  mənbələrində   isə  Sabir kimi  qeyd olunmuşdur. Bəzi  tədqiqatçılara   görə   Suvar (əsli  Savar)  Bolqarın bir  hissəsinin  adı  idi. Mənbələrdə  suvarların  III əsrdən  başlayaraq   Cənubi  Qafqaza  basqınları  barədə  məlumatlar  vardır. 515-ci   ilə   aid  Bizans  mənbəsində suvarlar  Don-Volqa  çayları  arasında  qeyd  olunurlar. Onlar   Kuban  çöllərinə  və  Şimali  Qafqaza  keçmiş  və  orada  kiçik  bir  xaqanlıq  yaratmışlar.

Uturqurlardan şərqdə, Kuma rayonunda və Dağıstanda yaşayan Sabirlər Bizans-İran müharibəsində əvvəlcə İranın tərəfində, sonra isə ona qarşı fəal iştirak edirdilər. 552-ci ildə onlar Albaniyanı tutdular, lakin 554-cü ildə artıq farslara məğlub oldular.

528-ci ildə  bu dövlətin  başında  Balak, sonra  arvadı  Boarik ( əsli Buy-Arik) dururdu. Burası da  məlumdur ki,  Boarik  yüz  minlik  ordu  ilə  528-ci  ildə  Bizans   tərəfində  İrana  qarşı  vuruşmuşdur. Sonraki  əsrlərdə   suvarlar müxtəlif  ərazilərə  yayıldlar. Onların  bir  hissəsi  Albaniyaya  gəlib  orada  məskunlaşmışdılar. Bəzi  tətqiqatçılara  görə  V  əsrdə   təşəkkül  tapmış  Şabran  şəhərinin  adı  məhz  Sabaran (Savaran) adının  fonetik  formasıdır. Bu  onunla  bağlıdır ki ,  VI əsrdən  başlayaraq  suvarlar  şimaldan   Albaniyaya  gələrək  orada  məskunlaşdılar. VI əsrin  axrlarında  avarlar  suvarları  özlərinə  tabe  etdilər. Ondan  sonra  suvarların bir hissəsi avarlara  qarışdılar,  digər  hissəsi  Azərbaycana  gəlib,  orada  məskunlaşdılar. İran  şahı  Xosrov  Ənuşirəvan (531-579     ) Albaniyaya  10  min   suvar  yerləşdirmişdi

VI əsrin ortalarında Xəzər dənizindən şimaldakı çöllərdə və Qafqazın şimal-şərq hissəsində Göytürk Xaqanlığının təsiri gücləndi. Onların təzyiqi ilə avarlar Şimali Qafqazdan qərbə doğru axışdılar. Avarlar 558-ci ildə sabirləri və bulqarları özlərinə tabe edərək Bizans mülklərinə soxuldular. Həmin il Bizansla bağlanan müqaviləyə görə, Bizans imperatoru hər il Avar xaqanma bac ödəməli idi. Lakin avarlar az sonra müqavilə şərtlərini pozaraq Bizans mülklərinə yenidən hücum etdilər. VI əsrin 60-cı illərində avarlar Dunay sahili boyunda möhkəmlənib nəhəng dövlət – Avar xaqanlığı yaratdılar. Еramızın VII-VIII əsrlərində Оrta Vоlqabоyunda bulqarlar və suvarlar (suvazlar) məskən saldılar.

 

 

Ədəbiyyat:

1.Əsməd Muxtarova -Türk xalqlarının tarixi Elm 1999.

2.Qabil Əliyev-Qafqaz tarixi Elm 1999.

3.Lev Qumilyov- Qədim  Türklər Elm 1967.

YAZAR: Samirə İbrahimli

HƏMÇİNİN BAX: Neolit dövrü
HƏMÇİNİN BAX: Qloballasan-dunya-ile-yenilenen-lugetimiz/