Sutka ərzin 6 min nəfər koronavirusdan öldü – ÜST

Sutka ərzin 6 min nəfər koronavirusdan öldü – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 253 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 30-u saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 253 793 nəfər koronavirusa yoluxub, 5 999 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 16 812 755 , ölənlərin isə 662 095 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Mənbə: publika.az
Müxbir:kafkazh.com xüsusi müxbir Jalə Hüseynova