Şuşa Qarabağın zümrüd tacıdır

Dünyada bir çox şəhərlər var ki, onlar müəyyən mədəni və siyasi səbəblərdən rəmzə çevrilmişdir. Onların adlarını dilə gətirmək kifayətdir ki, hər birimizin yaddaşında həmin şəhərin obrazı yaransın.Hər bir azərbaycanlı üçün belə şəhər Şuşadır.” (Mehriban Əliyeva)

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu “Şuşa” (şüşə) adlandırmışlar.

Şuşa şəhərinin inkişafının ilkin mərhələsi, demək olar ki, 1747-ci ildə Pənahəli xanın Qarabağ xanlığını əsasını qoyması ilə başlanır. Pənahəli xan Şahbulaq qalasını tikdirsə də, o, o qədər də qüvvətli sığınacaq deyildi, nisbətən qüvvətli düşmənin qurbanı olurdu. Pənahəli xan Şuşa-Pənahabad qalasını tikdirib, xanlığın iqamətgahına çevirdi. Qarabağ xanlığının yeni paytaxtı Şuşa-Pənahabad şəhərinin siması ölkəmizin Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi şəhərlərinin memarlıq üslublarını özündə əks etdirir. Qarabağ xanlığının tarixini araşdıranlar Pənahəli xanın Şuşa-Pənahabadda hakimiyyətə başlamasından az sonra xüsusi zərbxana düzəltdirməsi və pul kəsdirməsindən bəhs edirlər. Şuşa-Pənahabadda Pənahəli xan tərəfindən sikkəxana tikilmişdi. Şuşada sənətkarlar fəaliyyət göstərirdilər. Şuşa-Pənahabadda bazar, karvansaray, məscid, hamam və s. inşa edilmişdir. Qarabağ xanlığının mərkəzi Şuşa-Pənahabadda yaşayış evlərinin, ictimai tikililərin interyerində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır.

1805-ci il mayın 5-də Qarabağ xanı ilə Rus imperatoru arasında Kürəkçay müqaviləsi imzalandı. Şuşada Rusiya qoşununun yerləşdirilməsi barədə razılıq verildi. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqaviləsi ilə İran və Rusiya arasında Azərbaycan iki hissəyə bölündü. Şuşa hər iki müqavilə ilə Şimali Azərbaycanın tərkibində qaldı. Ruslar Şimali Azərbaycan ərazisinə ermənilər köçürmüşdür, həmçinin Şuşaya da köçürülmüşdür.Bu köçürülmə nəticəsində demoqrafiq quruluş dəyişdirildi, süni surətdə ermənilərin yerli türk-müsəlman əhalisindən sayca üstünlüyü təmin edildi.

Çar Rusiyasının apardığı 1846-ci il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına tabe edildi. Qafqaz və Cənubi Qafqaz diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetapol quberniyası yaradıldı. Şuşa onun tərkibinə daxil edildi. Şuşa-Pənahabad şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər 1905-1906-cı illərinsə azərbaycanlılara qarşı açıq şəkildə qanlı aksiyalar keçirmişdi. Bu qırğınlarda Şuşa şəhəri də qurban olmuşdur. Qanlı aksiyalarda məqsəd azərbaycanlıları Şuşa-Pənahabadı və Qarabağı tərk etməyə məcbur etmək idi. 1918-ci ildə baş vermiş ermənilətin törətdiyi soyqırımlar nəticəsində Şuşa talan edilmiş və yandırılmışdır. 1919-cu il yanvarın 15-də Şuşa və bir neçə ərazidə Qarabağ general-qubernatorluğu yarandı. Bölgənin dinc erməni əhalisi Azərbaycan hakimiyyətinə tabe edildi. 1920-ci il mayın 29-da Şuşa qəzasında bolşeviklərlə əlbir olan ermənilər 30 Azərbaycan kəndini yandırdılar. Sultan bəy Sultanovun başçılıq etdiyi müqavimət hərəkatı ilə birgə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu 1920-ci il iyun ayının əvvəllərində Şuşa-Pənahabadı XI ordunun silahlı dəstələrindən təmizləyə bildi. Lakin, Dağlıq Qarabağa erməni seperatçılarına kömək məqsədi ilə gətirilmiş birləşmiş ordu hissələri iyunun 15-də Şuşada da Sovet hökumətini bərpa etdi. 1930-cu ildə Şuşaya “şəhər” statusu verilmişdi.

1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrildi. Burada böyük Azərbaycanlı şairlərin, musiqiçilərin və digər yaradıcı şəxsiyyətlərin heykəl və büstləri ucaldıldı, ev-muzeyləri təşkil olundu. Şuşada böyük Azərbaycan şairi M.P.Vaqifin qəbri üzərində məqbərə inşa edildi.

Şuşanın qədim abidələri:

  1. XVIII əsrin ortalarında İranda və Azərbaycanda mərkəzləşdirilmiş dövlətin süqutundan sonra Azərbaycan ərazisində bir-birinin ardınca müstəqil xanlıqlar yaranmağa başlayır ki, onlardan da biri Qarabağ xanlığıdır.

Qarabağ xanlığının ərazisində yerləşən qalalardan biri də Bayat qalasıdır. Bayat qalası Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qaladır. Qarabağın Kəbirli mahalında 1748-ci ildə inşa edilmiş qalanın memarı bəlli deyil. Ancaq, Pənahəli xanın göstərişi ilə tikilmişdir. Daha sonra Pənahəli xan onun yerinin düzgün olmadığını fikirləşərək xanlığın mərkəzini Şahbulaq qalası ilə əvəz etmişdir.

  1. Şahbulaq qalası və ya Tərnəküt qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Ağdam rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal edilmişdir. Şahbulaq qalası da rayonun daxilində idi. Erməni işğalçıları abidənin daxilində olan məscid, hamam və bulaqları dağıdıblar. Şahbulaq qalası təmir edilib ermənilər tərəfindən kilsə kimi istifadə edilirdi.

Şuşa məscidləri:

  • Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir.
  • 1750-ci illər – Pənahəli xanın qamış məscidinin tikilməsi
  • 1768-1769 – İbrahimxəlil xanın daş məscidinin tikilməsi
  • XIX əsrin I yarısı – Üçüncü məscidin inşası
  • 1883-1884 – Dördüncü məscidin inşası.
  • Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir. Məscid 1874-1875 ci ildə inşa edilmişdir.  Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında tikilmişdir
  • Çöl Qala məscidi — XIX əsrdə Şuşanın Çöl Qala məhəlləsində tikilmişdir.
  • Culfalar məscidi — XIX əsr-əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilmişdir. Memarı Kərbəlayı Səfixan Qarabağidir.
  • Hacı Yusifli məscidi — Şuşanın Hacı Yusifli məhəlləsində yerləşir. XIX əsrdə tikilmişdir. Memarı Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği olmuşdur.
  • Xoca Mərcanlı məscidi — XVIII əsrdə Şuşanın Xoca Mərcanlı məhəlləsində tikilmişdir. Abidə XVIII əsrdə inşa edilibdir.
  • Köçərli məscidi — XIX əsrdə Şuşanın Köçərli məhəlləsində tikilmişdir. Bəhmən Mirzənin saray kompleksinə aiddir.
  • Quyuluq məscidi — XVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilmişdir.
  • Mərdinli məscidi — XIX əsrdə Şuşanın Mərdinli məhəlləsində tikilmişdir.
  • Mamay məscidi — XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir.
  • Malıbəyli məscidi –Şuşada Malıbəyli kəndinin mərkəzində yerləşən təkminarəli məsciddir.
  • Təzə məhəllə məscidi — XIX əsrdə Şuşanın Təzə məhəllə məhəlləsində tikilmişdir.
  • Seyidli məscidi — XVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmişdir.
  • Saatlı məscidi — Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmişdir.

Və Şuşanı dünyaya tanıdan ən məşhur nadir tapıntılardan biri də Xarı bülbül çiçəyidir ki,dünyanın heç bir nöqtəsində ona rast gəlinmir.

“Vətən bağı” al-əlvandır,
Yox içində xarı bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!

Şuşada yerləşən Topxana meşəsi Dövlət Qoruğu Qarabağın nadir təbii sərvətlərindən biri idi. Şuşa ətrafını əhatə edən bu meşədə palıd, fıstıq, qarağac və s. nadir ağac növləri vardı.Topxana əsl təbiət möcüzəsidir. Ermənilər meşənin qiymətli ağaclarını tikinti məqsədilə qırmış, Ermənistana daşımışlar.

1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən Şuşa şəhəri işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış,onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən çox insan məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlıların taleyi barədə məlumat yoxdur.

Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, M.P.Vaqifin məqbərəsin yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.

Şuşa 27 sentyabr 2020-ci ildə başlamış Azərbaycan-Ermənistan arasında baş vermiş əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu 8 noyabr 2020-ci il tarixində mənfur, qaniçən vandal, təcavüzkar Ermənistan ordusunun işğalından azad edilmişdir.Və Şanlı Azərbaycan bayrağı Şuşa qalası üzərində dalğalanır. Şuşa Azərbaycanındır! QARABAĞ AZƏRBAYCANDIR!

YAZAR: Zeynəb Hüseynzadə

Həmçinin bax: Şuşa-milli qürur yerimiz

Həmçinin bax: https://turaz.org/dim-in-tesebbusu-ile-onlayn-telim-kecirilmisdir/

Həmçinin bax: https://tehsilim.org/huseyn-cavidin-iblis-eserinin-sehneye-qoyulmasinin-100-illiyi-munasibetile-onlayn-elmi-sessiya-kecirilib/