Şuşa ili

Gənc Yaradıcılar Təşkilatı nəzdində fəaliyyət göstərən Tarix və Vətənpərvərlik Klubunun təşkilatçılığı və Kafkazh.com saytının dəstəyi ilə keçirilən “Şuşa İli”məqalə müsabiqəsinin qalibi Günel Hüseynovanın məqaləsi.

ŞUŞA İLİ

Azərbaycanın dilbər guşələrindən biri də Qarabağdır. Şuşa isə Qarabağın tacıdır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022 – ci ili ” Şuşa İli ” elan etdiyini bildirdi. Bu il yanvarın 5 – də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022 – ci ilin  ” Şuşa İli ” elan edilməsi haqqında Sərəncam imzaladı. Məlum olduğu kimi , Şuşa şəhərinin təməli 1752 –  ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz mədəniyyət paytaxtımızın 270 – illiyini ” Şuşa İli ” elan olunması isə bütün xalqımız üçün  cari ildə görüləcək işlərin əhəmiyyətini daha da artırır .

Uzun müddət Qarabağ erməni canilərinin tapdağı altında olmuşdur . Ermənilər  Azərbaycan xalqına dost kimi görünüb , üzünə gülüb namərd xəncərini sancmışdırlar . Bəli ermənilər 30 il boyunca Qarabağa kölgətək çökmüş , şirin röyaları kabusa çevirmişdilər . Mən bir Şuşalı qızı olaraq Anamın şirin laylasında , danışdığı əvəzsiz nağıllarda və ən əsasda xoş uşaqlıq xətirələrini dinləyib , təsvir edərək böyümüşəm. Biz Şuşadan, Qarabağdan 30  il uzaq olsaqda , Şuşa bizə yad deyil. Çünki , biz canımızla ,qanımızla Şuşalıyıq. ” Şuşa ” sözü, bu diyarın saf , qeyri – adi dərəcədə şəffaf dağ havasının rəmzi olan ” Şüşə ” sözündən götürülmüşdür. Ana təbiət Şuşaya  bənzərsiz bulaqlar və mineral sular bəxş edib . Turşsu , İsabulağı , Səkinə bulağı , Qırx bulaq , Yüz bulaq və başqa bulaqlar əvəzsiz gözəlliyə sahibdir . Şuşa həm də öz tarixi memarlığı ilə məşhurdur . Erməni vandallarının işğalına qədər 129 memarlıq abidələri yerləşirdi burada. Şuşa qalası – Cənnət məkanı , Şuşanı əhatə edən qala divardır . Şuşa qalası uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qoruyub , uzun müddət alınmazlıq simvolu olmuşdur . Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Azərbaycanın görkəmli xadimi Pənahəli xanın adı ilə bağlıdır . Pənahəli xan 1748 – ci ildə isə müstəqil Qarabağ xanlığının əsasının qoymuşdur .

Pənahəli xanın hakimiyyəti dövründə Qarabağ xanlığı ərazisində salınmış ilk qala Bayat qalası olmuşdur . Kəbirli mahalında – Ağcabədi yaxınlığında inşa edilmiş bu qalanın əsası 1748 -ci ildə qoymuşdur . Mirzə Cəmal Qarabaği yazırdı : ” Hələ Qarabağın Xəmsə mahalları ( xristianlığı qəbul etmiş alban məliklərini nəzərdə tutulur – Y. M . , C . M . ) ona tabe olmadığı zaman Pənah xan qəfil xanların öz üzərinə hücum edəcəkləri təqdirdə ailə və qohumlarının , qulluqçu və yaxın adamların , el böyüklərinin qorunması üçün ellərinin arasında münasib bir yerdə qala tikilməsini lazım bilmişdir . Bayat qalasının ilk növbədə , müdafiə məqsədi ilə inşa edildiyini lap əvvəldən onun ətrafında bişmiş kərpicdən qalın qala divarlarının çəkilməsi sübut edir . Qala divarlarının dövrəsində isə düşmən hücumları zamanı içərisi su ilə doldurulan dərin və enli xəndək qazmışdır . Yalnız bundan sonra Pənahəli xan qalanın əhali tərəfindən məskunlaşdırılmasına icazə vermişdir . Xan ailəsindən başqa buraya ətraf kəndlərdən , hətta Təbriz və Ərdəbil şəhərlərindən də çoxlu sənətkar köçürmüşdür .

“Qarabağnamələr “də Pənahəli xanın şəhər qalanın salınması üçün çağırdığı məşvərət məclisinin tarixi göstərilmir . Çox güman ki , bu hadisə xanın iqamətgahının Bayat qalasından Şahbulaq qalasına köçürdüyü vaxt , daha doğrusu , 1750 – ci illərin əvvəllərində baş vermişdi . Görünür , Şahbulaq qalasının təhlükəsizlik baxımından xeyli zəif olduğunu tez başa düşən Qarabağ xanı daha etibarlı tikdirmək məqsədilə göstərilən məşvərət məclisini çağırmış və elə həmin vaxtda Pənahabad  – Şuşa qalasının salınması barədə əmr vermişdir . Beləliklə , Azərbaycanlıların qədim yaşayış məkanı olan  Şuşa ərazisində Qarabağ xanlığının yeni iqamətgahını tikintisinə başlanıldı . Yeni şəhər – qala mövcud olduğu ilk illərdə öz banisinin adı ilə Pənahabad , sonra isə bu yerin qədim adı ilə Şuşa adlandırıldı və Qarabağ xanlığının daimi paytaxtına çevrildi . Şəhərin adının etimoloji mənasının Azərbaycan türk dilinə mənsub olması heç bir şübhə doğurmur . Bu ad şhərin salındığı relyefə uyğun olub qədim türk dilində ” yayla ” , ” piramida ” ,” şiş qaya ” mənasını daşıyır . Təsadüf deyildir ki , bu şəhər qala  xalq arasında  və bir sıra ədəbi əsərlərdə ” şişə ” kimi məşhurdur .

Bəli , Azərbaycan bu cür əvəzsiz tarixə məxsusdur . Biz bunun kimi memarlıq abidələri ilə yanaşı , tariximizin tozlanmış hər bir səhifəsini işıqlığa , aydınlığa  çıxarmalı , mənimsəməliyik .

44 günlük o şanlı Zəfərimizdə bizə keçmişdən pay , bu günümüzə amal , gələcəyimizə açardır . O zəfərlə qartalımız tam oldu , qanadlandı . Əzəmət saçan Üçrəngli bayrağımız Azərbaycanla birgə Qarabağın dilbər guşələrində dalğalandı . Azərbaycan gücünü dünyaya ,ermənilərə isə yerini göstərdi. Sübut etdi ki , ” Quldan tac taxmaqla şah olmaz , ermənidən Qarabağa şah nədi , qul olmaz.” H.Günel .

Bu zəfərlə 30 – ildir yanan həsrət ocağı söndü . Xarıbülbül çiçək açdı . Yumruqtək birləşmiş Azərbaycan xalqı duaları ilə aslan , igid oğullarını Vətənə dəstəyə göndərdi .Bir sözlə kabus röyaya çevrildi . Azərbaycan torpaqlarından erməni adlı bəla yox oldu . Biz Azərbaycanlılar tarixə qızıl hərflərlə yazılan bu ” Zəfər”i Ali Baş Komandanımızın görülməmiş hərbi taktikası , Əsgər qardaşlarımızın cəsarəti , Qazi qardaşlarımızın fədakarlığı və həyat xırmanını yandıran Şəhidlərimizə borcluyuq . 2020 -ci il 27 sentyabrdan başlayıb 44 gün davam edən 2 -ci Qarabağ müharbəsində həsrətində olduğumuz torpaqlarımız bir – bir azad edildi .

CƏBRAYIL : 04 . 10 . 2020

FÜZULİ : 17 . 10 . 2020

ZƏNGİLAN : 20 . 10 . 2020

QUBADLI :  25 . 10 . 2020

ŞUŞA : 08 . 11 . 2020

XOCAVƏND : 10 . 11 . 2020

XANKƏNDİ : 10 . 11 . 2020

XOCALI : 10 . 11 . 2020

AĞDAM : 20 . 11 . 2020

KƏLBƏCƏR : 25 . 11 . 2020

LAÇIN : 01 . 12 . 2020 düşmən tapdağından təmizləndi! Torpaqlarımızın azad edilməsi ilə yanaşı hər bir Şəhidimizin qisası alındı , bir sözlə qanları yerdə qalmadı . Şəhidlərimiz Qarabağ uğrunda həlak oldular . Onlar illərdir qanayan yaraya , öz qanlarıyla məlhəm oldular və torpaqlarımızı azad edərək Şəhidlik zirvəsinə ucaldılar . Qəlblərimizdə əbədi taxt  qurdular. Qarabağa həyat, Şuşaya nəfəs verərək, Şuşa qapısının üzərindən o dumanı çəkdilər .

Bu gün isə artıq işğaldan azad edilmiş  Şuşanın yenidən dirçəlməsi istiqamətində möhtəşəm işlər görülür . Prezident İlham Əliyevin son bir ildə Şuşa şəhərinə 7 dəfə səfər etməsi də burada bərpa – quruculuq işlərinin həyata keçirilməsinə , eləcə də tarixi – mədəni irsin bərpası və qorunması istiqamətində aparılan işlərə dövlətimiz tərəfindən xüsusi diqqətin ayrıldığından xəbər verir . Əlbəttə , 2022 -ci ilin ” Şuşa İli ” elan olunması ilə bu işlər daha geniş vüsət alacaq .Bir Azərbaycanlı üçün bundan gözəl xoşbəxtlik olarmı ? Arzusu gerçəkləşmiş Ulu Öndər demişkən ” Mən fəxr edirəm ki , Azərbaycanlıyam ”  . Yaşasın Azərbaycan , Yaşasın Öndərimizin yetirməsi olan o yenilməz sərkərdə , yaşasın igid ordumuz , qəhrəman Şəhidlərimiz .

 

Yazar: Günel Hüseynova

Həmçinin bax: https://kafkazh.com/ozbek-saire-gulcohre-taxirovanin-dordlukleri/

Həmçinin bax: https://turaz.org/serdar-umurzakov-yaponiyanin-xin-rehberi-ile-gorusub/